Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

02:30 7.7.2015

Müğənni Azərbaycanın "qara siyahısına" düşdü

Azərbaycan Xarici İşlər Nazirliyi opera müğənnisi Kazarnovskayanı "qara siyahıya" salıb: "Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya "Azərbaycanın dövlət sərhədi haqqında" qanunu pozaraq, qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

01:57 7.7.2015

Heydər Əliyev fondu təkzib edir

Heydər Əliyev Fondu Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatları təkzib edib. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamenti iyulun 6-da bəzi kütləvi informasiya vasitələrində Fondun vitse-prezidenti Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “ hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”.

YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az saytına demişdi ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var

01:12 7.7.2015

Yaponiya robot duelinə "hə" dedi

Yaponiyanın Suidobashi şirkəti ABŞ-ın Megabots şirkətinin nəhəng robotların dueli təklifinə "hə" deyir və özünün 4 tonluq Kuratas robotunu rəqibin Mark2 robotuna qarşı çıxarır. Döyüş 1 ildən sonra olacaq. O vaxta kimi yaponlar Kuratası həm odlu, həm də soyuq silahdan istifadəyə öyrədəcəklər.

Kuratas robotu:

​Mark 2 robotu:

21:10 6.7.2015

Məktəbli forması bahalanacaq

“Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin artlrılması nəzərdə tutulur. Bu barədə "Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimov Trend-ə məlumat verib. Bildirib ki, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq”.BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.

Davamı

XS
SM
MD
LG