Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:51

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

12:59 8.7.2015

Amerikada ştatların qəribə qanunları(infoqrafika)

Cənubi Karolina ştatında yaşı 16-dan yuxarı olan oğlan və ya kişi qıza, qadına evlənmək vədi verib, evlənməsə, onu 1 ilədək həbs cəzası gözləyir. Amerika ştatlarında kənardan qəribə görünən qanunlar var (xəritədə ştatın üzərinə basın qanunlara baxın)

12:27 8.7.2015

Şagirdlər tövlədə dərs keçir

Tərtərin ən böyük kəndində - Azad Qaraqoyunluda 375 şagird tövlədə təhsil alır.

21:09 7.7.2015

Əsgərlər iyulun 20-nə kimi tərxis oluna bilər

Hərbi qulluq vaxtını tamamlayan əsgərlər niyə hələ də ordudan tərxis olunmurlar? Millət vəkili Zahid Oruc Modern.az-a deyib: "Müdafiə nazirliyinin yerinə danışmaq çətindir. Mənim bildiyim ondan ibarətdir ki, bəzi hərbi hissələrdə hərbi xidmət müddətini başa vuran hərbiçilər daha bir neçə ay qulluq keçəcəklər. Lakin bunun ölkədəki bütün hərbi hissələrə şamil olunması da doğru deyil. Hesab edirəm ki, xidmət müddəti başa çatan digər hərbi qulluqçular iyulun 20-ə qədər ordudan tərxis olunacaqlar”.

Ehtiyatda olan zabit Üzeyir Cəfərli Azadlıq Radiosuna deyir ki, qanunla, tərxis iyulun 30-na kimi baş verə bilər.

21:05 7.7.2015

Komissiya tək-cüt nömrə qaydasında razılığa gəlmədi

Bakıda tıxaclarla mübarizədə Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına gələn əsas təkliflər məlum olub. Komissiyanın iclasında iki məsələ ilə bağlı ümumi fikrə gəlinməyib. Dövlət Yol Polisi İdarəsinin Komissiyaya təqdim etdiyi təklif Bakıda qeydiyyatda olan avtomobillərlə bağlıdır. Təklif edilir ki, həftənin tək günlərində dövlət qeydiyyat nömrəsi cüt rəqəmlə bitən avtomobillərin, həftənin cüt günlərində isə dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin Bakıda hərəkətinə icazə verilsin. Bu təkliflə bağlı Komissiyanın iclasında yekun rəyə gəlmək mümkün olmayıb. Mübahisə doğuran digər məsələ, rayon maşınlarının səhər 7-dən axşam 12-yə kimi Bakıya buraxılıb-buraxılmamasıdır.

Davamı

XS
SM
MD
LG