Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

Taciklər çinlilərə uzunqulaq satmaq istəmirlər- [video]


Taciklər çinlilərə uzunqulaq satmaq istəmirlər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Taciklər çinlilərə uzunqulaq satmaq istəmirlər

.
Mumin Ahmadi, Baroti Yusifi

TACİKİSTAN HÖKUMƏTİNDƏN RƏSMİ RƏDD CAVABI
Tacikistanda uzunqulaq əti İslam qaydalarına görə haramdır. Digər tərəfdən ulaq min illərdir xüsusilə dağ kəndlərində insanların sadiq köməkçisi hesab olunur. Onu həm yük daşımaq, həm də nəqliyyat üçün istifadə edirlər.

Amma son zamanlar bu heyvanın əti qonşu çinliləri maraqlandırmağa başlayıb. Bu yaxınlarda Rusiya-Çin müştərək şirkəti Tacikistandan ulaq əti istehsalı üçün müəssisə yaratmağa icazə istəyib. Lakin Tacikistan Kənd Təsərrüfatı Nazirliyi əcnəbilərin bu xahişinə yox cavabı verib. Bu müəssisənin məhsulu sonda Çin bazarlarına çıxmalı idi. Tacikistan hökuməti imtinanı ölkədə bu heyvanların sayının məhdud olması ilə izah edib. Rəsmi məlumata görə ölkədə 186 min baş ulaq var.

Paytaxt Düşənbə yaxınlığındakı kəndlərdə uzunqulaq sakinlərin hər işdə yardımçısıdır.
Paytaxt Düşənbə yaxınlığındakı kəndlərdə uzunqulaq sakinlərin hər işdə yardımçısıdır.

KƏNDLİLƏR ÖZ SADİQ YARDIMÇILARINI SATMAQ İSTƏMİRLƏR
Tacikistanda uzunqulaq əsasən təsərrüfat işlərində ucqar kənd sakinlərinin köməkçisidir. Çinlə sərhəddəki Fanfarok kəndində də eşşək sakinlərin işinə çox yarayır. 20 ailənin yaşadığı bu kənddə hər ailənin azı 2 uzunqulağı var. Sakinlər çinlilərə ulaq satmaqdan imtina ediblər. Necə deyərlər, burada böyükdən-kiçiyədək hamı bu heyvanın qədrini bilir.

Kənddə mağaza yoxdur, nəqliyyatın hərəkəti məhduddur. Belə şəraitdə ulaq hər bir ailədə əvəzolunmaz sayılır.

Bəzi dağ kəndlərində yarı zarafat deyirlər ki, əgər çinlilər bu templə davam etsələr onda regionda ulaq qalmayacaq və onun qiyməti qalxacaq.
Çinlilər Tacikistanda Düşənbə-Xucand yolunu çəkirlər və bu yolun keçdiyi kəndlərdə uzunqulaq da alırlar. Bu hevanın əti əti çin mətbəxində ləziz məhsul hesab edilir.

Fanfarok kənd sakini Mahmadrajab Mirzoyev deyir ki, çinli fəhlələr ondan və qonşularından dəfələrlə ulaq almaq istəsələr də imtina ediblər. Mahmadrajab Mirzoyev deyir ki, əsasən qış aylarında, yollar qarla örtüləndə ulağın yardımı əvəzsiz olur. Bu hevan təsərrüfat işlərində də onlara çox kömək edir.

Mahmadrajab Mirzoyevin evinə gəldiyimiz gün o iki ulağının belində saman daşıyırdı. Deyir ki öz həyatını ulaqsız təsəvvür edə bilmir:

- Yayda biz qış üçün saman, payızda çır-çırpı odun yığırıq, qışda yolları qar basanda həyatımız üçün vacib olan ərzaqları ulaqların belində 3-4 km məsafədən gətirə bilirik. Odur ki, ulaqlar bizim yaşayışımız üçün çox vacibdir.

Düşənbə yaxınlığında uzunqulaqla ot daşıyan sakinlər.
Düşənbə yaxınlığında uzunqulaqla ot daşıyan sakinlər.

UZUNQULAĞIN QİYMƏTİ ARTA BİLƏR
Bazarda onların qiyməti 600-dən 1500 soma qədər (100-250 dollar) dəyişir.
Sadriddin Holboyev qızıl yataqlarında çalışır və çinlilərlə iş təcrübəsi var. Onun sözlərinə görə tacik mətbəxində qoyun əti əsas yer tutduğu kimi çinlilərin mətbəxində də uzunqulaq ətindən çox istifadə edilir:

- Ulaq əti almaq istəyən çinlilər özləri yerli sakinlərlə əlaqəyə girirlər. Onlar bir ulağa 400-800 som (80-110 dollar) təklif edirlər. Adətən işləməkdən beli zədələmiş, şikəst olmuş ulaqları alırlar. Biz buna normal baxırıq, çünki çinlilərin nə yeməklərinin bizə aidiyyatı yoxdur. Amma adamlar öz heyvanlarını daha çox imkansızlığa görə satırlar.

Çinlilərsə yerli sakinlərin neqativ reaksiyalarına normal baxırlar. Bunu bizə qarşımıza çıxan iki çinlı deyir. Onlar bildirirlər ki, hərənin öz mətbəxi var, hər kəs öz seçimini edir.

Rəsmi məlumata görə Tacikistanda 6000 çinli işləyir. Onlar əsasən ticarət, kənd təsərrüfatı və tikinti sektorunda çalışırlar. Çinli fəhlələr Tacikistanda zəhmətkeş adlandırırlar çünki onların gördükləri iş nisbətən keyfiyyətli olur.

XS
SM
MD
LG