Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:40

Bizdə belə sözlər yoxdur


Tərtibatçı Anjana Iyer-in əl işi
Tərtibatçı Anjana Iyer-in əl işi

-

"Tsundoku (yaponca): Bir kitabı satın aldıqdan sonra oxumamaq, alınıb oxunmamış başqa kitabların üstünə atmaq."

"Tərcümədə aşkarlanmışdır"

Yeni Zelandiyalı qəzet-jurnal dizayneri Anjana Iyer “Tərcümədə aşkarlanmışdır” (“Found in Translation”) adlandırdığı layihəsində müxtəlif mədəniyyətlərdən olan, ingiliscə bircə sözlə ifadə edilməyən sözləri bir yerə toplamaqdadır.

Anjana həmin sözlərin hərəsinə bir rəsm həsr edərək, onları bu səhifədə nümayişə qoyur.

Sözlərdən bəzilərini təqdim edirik. Onların tək sözlə qarşılığı Azərbaycan dilində də yoxdur.

Waldeinsamkeit (almanca): Meşədə təkbaşına və təbiətə yaxın olmaq duyğusu.

Culaccino (italyanca): İçində soyuq içki olan bir stəkanın masada və ya süfrədə qoyduğu iz.

Iktsuarpok (İnuit dili): Bayıra çıxaraq “Gələn varmı?” deyə, baxmağa səbəb olan səbrsiz gözləmə hissi.

Jayus (İndonez dili): Lətifə gülməli olduğu üçün deyil, gülməli olmadığı üçün və çox pis nəql olunduğu üçün gülmək vəziyyətinin adı.

Komorebi (yaponca): Ağacların yarpaqlarının arasından süzülən günəş şüası.

Mångata (isveçcə): Ayın suyun üstündə yaratdığı nazik uzun parıltılı əks.

Pana Poʻo (havayca): Unutduğunuz bir şeyi xatırlamaq üçün başınızı qaşıma hərəkəti.

Pochemuchka (rusca): Çox sual verən adam.

Sobremesa (ispanca): Günorta və ya axşam yeməyindən sonra o yeməyi birlikdə yeyən adamların söhbət edərək keçirdikləri zaman dilimi.

Gattara (italyanca): Həyatını pişiklərə həsr etmiş yaşlı və tənha qadın.

Tingo (Rapa Nui dili): Bir qonşunun evindəki əşyaları borc alıb geri qaytarmamaq.

Schadenfreude (almanca): Başqalarının istirabından həzz almaq.

Backpfeifengesicht (almanca): Əzişdirilməli sifət.

Fernweh (almanca): Heç olmadığınız bir yer üçün darıxmaq.

Ohrwurm (almanca): İnsanın dilinə bir mahnının düşməsi. Hərfi tərcümədə: qulaq qurdu.

Cafuné (portuqalca): Bir adamın barmaqlarını şəfqətlə o biri adamın saçına keçirməsi.

Friolero (ispanca): Soyuq havaya həssas olan şəxs.

Ghiqq (farsca): Çaydan qaynayanda çıxan səs.

Istoriesmearkoudes (yunanca): Çox şişirdilmiş, hap-gop hekayələr. Hərfi tərcümədə: içində ayı olan hekayələr.

Iktsuarpok (İnuit dili): Görüş zamanı qarşı tərəfi gözləyərək keçirilən gərginlik hissi.

Hanyauku (Kvangali dili): İlıq qumun üstündə barmaqların ucunda yerimək

Mamihlapinatapei (Yaghan dili): Aralarında münasibətin başlamasına hazır olan, amma ilk addımı atmaqdan çəkinən iki adamın sözsüz baxışması.

Utepils (norveçcə): Günəşli bir gündə bayırda əyləşib pivə içmək.

Gökotta (isveçcə): Quşları dinləmək məqsədilə səhər erkən qalxmaq.

Bakku-shan (yaponca): Arxasınca baxıldığı müddətdə gözəl qadın.

Tsundoku (yaponca): Bir kitabı satın aldıqdan sonra oxumamaq, alınıb oxunmamış başqa kitabların üstünə atmaq.

Wabi-Sabi (yaponca): Böyümək, qocalmaq və ölməyin təbii dövran olduğunu nəhayət ki, qəbul etmək.

Dozvonitsa (rusca): Cavab eşidənə qədər telefonu çaldırmaq.

Poronkusema (fincə): Qayıqların avarsız getdikləri məsafə.

Luftmensch (Yiddiş dili): Xəyalpərəst insanlar deməkdir, hərfi tərcüməsi: Hava insanı.

Duende (ispanca): Bir sənət əsərinin insana qeyri-adi dərəcədə təsir etməsi.

Gufra (ərəbcə): Bir ovuca sığa biləcək su miqdarı.

Schlimazl (Yiddiş dili): Başına daim bədbəxt hadisələr gələn, işi daşdan keçən adam.
Tretar (İsveçcə): fincanda ikinci dəfə soyumuş qəhvənin təzələnməsi.

Age-Otori (yaponca): Saçını kəsdirəndən sonra əvvəlkindən də pis görünmək.

Kyoikumama (yaponca): Uşağını dərs oxusun deyə, amansızlıqla döyən ana.

Torschlusspanik (almanca): "Qapanan qapı qorxusu”, yaxud yaş keçdikcə fürsətləri itirməkdən duyulan qorxu.

Dépaysement (fransızca): İnsanın öz ölkəsində yox, başqa bir ölkədə olmasından doğan qürbət hissi.

Pålegg (norveçcə): Bir dilim çörəyin üstünə sığdırıla biləcək hər şey.

Oxu zalı

XS
SM
MD
LG