Həbs müddəti uzadılır
“Azadlıq Radiosuna qarşı ittihamların, eləcə də Xədicənin həbs müddətinin uzadılmasının heç bir əsası yoxdur”. Azad Avropa və Azadlıq Radioları Korporasiyasının yaydığı bəyanatda bu fikirləri Radionun baş redaktoru Nenad Pejic-in bildirdiyi qeyd edilir. (Bəyanat)
Martın əvvəlində Nəsimi Rayon Məhkəməsi Xədicə İsmayılın həbs müddətinin 2 ay da uzadılması haqda qərar çıxarıb. Sonradan həbs müddəti avqusun 24-cən bir daha uzadılır.
Xədicənin həbsinə reaksiyalar
Avropa Birliyinin xarici işlər naziri Federica Mogherini bəyanat yayaraq Xədicə İsmayılın həbsini söz azadlığının pozulması adlandırıb. "Amnesty International" təşkilatı həbsi "ölkədəki müstəqil media səslərinin susdurulması yönündə növbəti addım" kimi səciyyələndirib. Bir çox başqa beynəlxalq təşkilatlar da həbsi pisləyiblər.
Müsavat Partiyası, AXCP Xədicə İsmayıla qarşı qaldırılan cinayət işini «uydurma» adlandırılıb.
Hakimiyyət iddia edir ki, Xədicə İsmayılın həbsi ilə onun araşdırmaları arasında heç bir əlaqə yoxdur.
"İntihar iddiası"ndan imtina
2015-ci ilin aprelində Xədicə İsmayılın intihar həddinə çatdırdığı iddia edilən Tural Mustafayev X.ismayıla qarşı iddiasından imtina etmiş, amma Azərbaycanın hüquq-mühafizə orqanları artıq X.İsmayıla qarşı yeni ittihamlar irəli sürmüşdü: vergidən yayınma, mənimsəmə, səlahiyyətdən sui-istifadə.
Xədicə İsmayıl həbs edildi
Azadlıq Radiosunun araşdırmaçı jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. İlk olaraq onu Tural Mustafayev adlı jurnalist həmkarını intihar həddinə çatdırmaqda suçlayıblar.