Xədicə gətirilməyib
Xədicə İsmayıl Ali Məhkəməyə gətirilməyib və onun hüquqlarını müdafiə edən Yalçın İmanov buna etiraz edib.
Elman Türkoğlu da nümayəndəsi gəlmədiyi üçün məhkəmənin təxirə salınmasını istəyib.
Məhkəmə avqustun 26-da saat 11-də davam edəcək.
Xədicə İsmayılın vəkilləri işin istintaqla aparılmasını tələb edirlər.
Şahidlərin dindirilməsi davam edir
Avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsi davam edir.
Jurnalistin ailə üzvləri və səfirliklərin əməkdaşları içəridədirlər.
Bu gün məhkəmə şahidlərin dindirilməsi ilə davam etdirilməlidir.
Fasilədir
Məhkəmə işçiləri AzadlıqRadiosunun əməkdaşına fasilə elan olunduğunu söyləyiblər. Amma səbəbini bildirməyiblər.
Məhkəmə prosesi hazırda davam edir.