Prosesdə nə baş verib?
Müdafiə tərəfinin vəkilləri bir neçə vəsatət qaldırıblar. Bunlardan biri AzadlıqRadiosunun səlahiyyətli nümayəndəsi Adil İsmayılovun şahid kimi dindirilməsi ilə bağlı olub. Bu haqda vəkil Fariz Namazlı məlumat verib. Onun sözlərinə görə, Xədicə İsmayıla qarşı ittihamlar AzadlıqRadiosu ilə bağlıdır:
“Ona görə də biz məhkəmədən xahiş etdik ki, radio ilə bağlı bütün suallara səhaliyyətli nümayəndə cavab versin. Amma məhkəmə bizim vəsatəti qəbul etmədi ki, bu ittihamların AzadlıqRadiosuna heç bir adiyyatı yoxdur”.
Məhkəmə hansı sənədləri qəbul etməkdən imtina edib?
Prosesdə Milli Teleradio Şurası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin AzadlıqRadiosuna verdiyi lisenziyalarla bağlı sənədlər məhkəməyə təqdim olunub. Amma məhkəmə həmin sənədləri qəbul etməkdən imtina edib. Fariz Namazlı deyir ki, bu sənədlərdə ittiham aktında yazılanın əksinə olaraq, FM tezliyinin 1 yanvar 2009-cu ilədək qüvvədə olduğu göstərilib:
“Amma ittiham aktında göstərilib ki, radionun yerli FM tezliyində yayımlanması ilə bağlı lisenziyanın müddəti 2008-ci ilin sentyabrında qüvvədən düşüb. Bizim məhkəməyə təqdim etdiyimiz sənədlərsə bunun tam əksini sübut edirdi. Amma məhkəmə həmin sənədləri qəbul etməkdən imtina etdi”.
Daha bir vəsatət təmin olunmayıb
Məhkəməyə şahidlər - jurnalist Esmira Cavadova və Şahvələd Namazovun mülki müqavilələri təqdim olunub. Həmin müqavilələrin Xədicə İsmayılova ilə bağlanmadığını sübut edir.
Bu gün 6 nəfər şahidin dindirilməsi ilə bağlı dünən qaldırılan vəsatət də təmin olunmayıb.