+ 364 manat
Xədicə İsmayıl dövlət ittihamçısı Ramazan Hadıyevin onun haqqında 9 il həbs cəzası istəməsinə gülərək reaksiya verib.
Prokuror həbs cəzası ilə yanaşı, jurnalistə dövlət və yerli idarəetmə orqanlarında 3 il vəzifə tutmamaq qadağasının qoyulmasını da istəyib. Cəza hissəsində 364 manat məhkəmə xərcini ödəmək də yer alıb.
Avropa Şurasının rəsmisi Xədicə İsmayılı azad etməyə çağırır
“Prokurorn jurnalist Xədicə İsmayıla 9 il həbs cəzası istəməsi, məyusedici, amma gözlənilən xəbərdrir”.
Bunu Avropa Şurasının insan haqları komissarı Nils Muznieks bəyan edib.
Bəyanatda deyilir ki, Xədicə İsmayıl hüquq müdafiəçiləri və jurnalistlıərin uzun siyahısında sonuncu qurbandır, o tənqidə dözümsüz olan siyasi sistemin saxta ittihamları ilə hədəfə alınıb.
Nils Muznieks Azərbaycanın məhkəmə hakimiyyətini qanunun aliliyini müəyyən edən beynəlxalq standartlara əməl etməyə, prokurorun müraciətini rədd etməyə və Xədicə İsmayılı azad etməyə çağırır.
Bəyanatda qeyd edilir ki, bu Azərbaycanın Ədliyyə sisteminə inamı bərpa etməyin yeganə yoludur.
Xədicənin anası: «İnanmırdım, inanmıram da»
«Mən Xədicə üçün 15 il cəza istəyəcəklərini gözləyirdim, ancaq prokuror 9 il istədi. Çox sağ olsunlar».
Bunu ironiya ilə Xədicə İsmayılın anası Elmira İsmayılova dövlət ittihamçısının Xədicə haqqında 9 il cəza istəməsinə münasibət bildirərkən deyib.
Elmira İsmayılova deyib ki, prokuror ittihamı əvvəlcədən necə qurmuşdusa, onu da müdafiə edib: «Xədicənin xeyrinə bir kəlmə də söz demədi. Elə bil heç Xədicənin xeyrinə ifadə verən olmayıb. Hansı ifadələr ki, təzyiq altında verilib, onları oxudu».
Elmira İsmayılova deyib ki, Xədicə də, ailə üzvləri də prokurorun uzunmüddətli həbs cəzası istəyəcəyini gözləyirmiş: «Mənim övladım heç vaxt pis iş görməyib. Düz danışan, dürüst olub. Mən prokurorun da, hakimin də düz qərar verəcəyinə inanmırdım, inanmıram da. Bilirəm ki, cəza verəcəklər. Ancaq mənim övladım həbsdə saxlanmağa layiq deyil. Xədicə prokurorun 9 il cəza istəməsinə xeyli güldü, mənim kimi dedi ki, az cəza istəyir. Deyirdi, daha çox gözləyirdim».