-
FİFA prezidenti Sepp Blatter mətbuat konfransına başlamazdan əvvəl onun üstündə bir bağlama pul atıblar.
Bildiriblər ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatına Şimali Koreya belə namizədliyini versə, pul naminə Blatter ona da razılaşa bilər.
Sepp Blatter və digər FİFA rəsmilərinin adı tez-tez rüşvət və korrupsiyada hallanır.
Bir neçə gün əvvəl FİFA-nın etika komitəsi administrator Chuck Blazeri idman fəaliyyətindən ömürlük məhrum edib.
70 yaşlı Blazer 1996-2013-cü illərdə FİFA icrayyə komitəsinin üzvü olub.
O 2013-cü ildə Nyu-York məhkəməsində etiraf edib ki, komitənin digər üzvləri ilə 1998-ci ildə baş tutmayan Mərakeş çempionatı, 2010-cu ildə isə baş tutan Cənubi Afrika çempionadına görə, rüşvət alıb və qanunsuz ödənişlər ediblər.