Milli Şura parlament seçkilərinə getmək istəmir
«Nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq» – bunu Milli Şurada çıxışı zamanı AXCP sədri Əli Kərimli deyib. Milli Şuranın sədri Cəmil Həsənli də hazırda seçkilərin keçirilməsi üçün minimum şəraitin olmadığını bildirib:
«Milli Şura üzvlərinin xeyli hissəsi hazırda həbsxanadadır. Bunlar ictimai-siyasi həyatda aktiv olan adamlardır.Ona görə də biz Milli Şura olaraq seçkidə iştirak qərarının qəbul olunmasında ilk növbədə bu həssas məqamı dəyərləndirməliyik». Mətbuat İcmalı
İranın və Rusiyanın qonşuları və Qərb
“İndiyədək Azərbaycanın enerji resursları və strateji mövqeyi Qərbin insan haqları və siyasi azadlıqlar uğrunda işini məhdudlaşdırıb. İndi dəyişilmiş durum pozuntuların gözardı edilməsinə haqq qazandırmır”
“İrana sanksiyaların qaldırılmasının mümkünlüyü Cənubi Qafqazdakı qonşularına – Ermənistan, Azərbaycan və Gürcüstana iqtisadi faydalar gətirə bilər. Ancaq bu, regionda dərindən kök salmış zəiflikləri, etnik gərginlikdən tutmuş hökumət korrupsiyası, davamlı yoxsulluğu ört-basdır edə bilməz”. “Newsweek” dərgisində Denis Corboy, William Courtney və Richard Kauzlarich-in imzasıyla dərc olunmuş “Rusiya və İranın qonşularıyla münasibətlərə yenidən baxaq” başlıqlı məqalədə belə deyilir.
Azərbaycanda insan alveri, məcburi əmək
"Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya və Ərəb Əmirliklərində məcburi əməyə məruz qalırlar." "Bununla yanaşı, Azərbaycanda da Çin, Rusiya, Türkiyə və Özbəkistandan gətirilənlər əməyə məcbur edilirlər".
ABŞ dövlət katibi John Kerry 2015-ci il üçün İnsan Alverinə dair hesabatı (2015 Trafficking in Persons (TIP) Report) təqdim edib.
Uçan avtomobil
Avtomobil-təyyarələrin istehsalı ilə məşğul olan ABŞ-ın “Terrafugia” şirkəti uçan avtomobilinin görüntülərini yayıb. Əslində buna avtomobil-helikopter də demək olar.
“Terrafugia TF-X” avtomobil-təyyarəsi hələlik yalnız 3D layihəsində mövcuddur. Bəzi mənbələrə görə isə bu avtomobilin 1:10 miqyasında modeli artıq hazırdır.