Neft kəmərləri terrorçuların hədəfində
«Türkiyədən Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elektrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini gündəmə gətirir» – «Yeni Müsavat» belə yazır. Mətbuat icmalı
Bir parça çörək üçün (video)
Şəki bazarında həyat dan yeri söküləndə başlayır. Gün boyu müştəri haraylayan, məhsul üstündə bir biri ilə dava edən satıcılar... Şəki bazarının bir günü...
17 yaşında 3 uşaq anası
2014-cü ildə Azərbaycanda 170 min uşaq dünyaya gəlib. 25 min 500 uşağı rəsmi nikahı olmayan qadınlar doğub. Bu 2013-cü ildəkindən 4 min uşaq daha çoxdur. Nikahdankənar doğuşlar şəhərlərdə azalsa da, kənd yerlərində artıb.
Qəbul imtahanı : ildə 3 dəfə?
Facebook-da “Qəbul imtahanı ildə bir neçə dəfə keçirilsin” adlı kampaniya başlayıb.Tarixçi alim Altay Göyüşov AzadlıqRadiosuna deyir ki, Azərbaycanda universitetə qəbul ildə bir neçə dəfə aparılmalıdı: “Bir günə bu qədər stressi salmaq nəticələrə təsir edir. İnsanın imtahan günü halı pisləşə bilər, və s. Elə olur ki, abituriyent qaralamada yazır doğru, ağlamaya köçürəndə səhv edir. Bu çox böyük bir iş deyil- qaydaları dəyişmək olar və imtahanı ildə üç dəfə keçirmək olar".
Bu gün gələn iki xəbərə görə, Gəncədə bir 17 yaşlı oğlan, Kürdəmirdə bir 18 yaşlı qız testdən keçə bilmədiklərinə görə, intihar ediblər.