Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 08:45

İlham Əliyev: «Az pul qazanırıq...»


İlham Əliyev
İlham Əliyev

-

«Neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin».

Bunu prezident İlham Əliyev avqustin 8-də Şabran rayonunda yerləşən «Qalaaltı Hotel & SPA» müalicə-istirahət kompleksinin açılışında bildirib.
Xəbəri prezident.az saytı yayıb.

Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq...

Prezident deyib: «Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir».

İlham Əliyev d eyib ki, təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. «Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur».

Əli Kərimli: «Hökumət neft quyularının dibini təmizləməklə məşğuldur»

Prezidentin bu fikirləri sosial şəbəkələrdə siyasətçilərin, iqtisadçıların geniş müzakirəsinə səbəb olub.

Ticarət tənəzzüldə, banklar çökür, manat «ölür». Xalqa neftin də, qazın da isti-soyuğu çox az olub. Biz xalq olaraq çoxdan unutmuşuq nefti də, qazı da...

AXCP sədri Əli Kərimli bildirib ki, xalqa neftin də, qazın da isti-soyuğu çox az olub:

«Xalq neftin və qazın xeyrini nə zaman gördü ki? 25 ilə imzalanmış «Әsrin müqaviləsi»nin 21 ili artıq arxada qalıb. Neft tükənir. Hökumət neft quyularının dibini təmizləməklə məşğuldur. Bütün bu nəhəng «neft bumu»ndan sonra da xalqın böyük əksəriyyəti kasıb, yarıac vəziyyətdə yaşayır. Neftdən gələn pulların 70 milyard manata yaxını xərclənib, çoxu da iqtisadiyyata «investisiya qoyuluşu» adı ilə. Və bütün bu nəhəng «investiya»lardan sonra ölkəmizin cəmi qeyri-neft sektoru il ərzində bir babat müəssisə qədər - 1.8 milyard dollarlıq mal ixrac edir. Kənd təsərrüfatı batıb, tikinti sektoru batıb. Ticarət tənəzzüldə, banklar çökür, manat «ölür». Xalqa neftin də, qazın da isti-soyuğu çox az olub. Biz xalq olaraq çoxdan unutmuşuq nefti də, qazı da. İndi siz unudun nefti və qazı».

İqtisadçı: «Əgər nefti, qazı kənara qoysaq... »

Politoloq Ərəstun Oruclu isə yazır: «İlham Əliyev deyir ki, nefti, qazı yaddan çıxarın. Biz onları heç yadda saxlamırdıq da. Odur ki, indi yaddan çıxarmaq növbəsi onlardan xeyir görənlərindir. Bizdənsə «keçmiş olsun!» demək qalır».

İqtisadçı Qubad İbadoğlu bildirir ki, «Əgər nefti, qazı kənara qoysaq...
Onda ötən il dövlət büdcəsinin gəlirləri 18,4 milyard deyil, 6,5 milyard manat, ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı».

İqtisadçı Natiq Cəfərli yazır ki, Azərbaycanda neft-qaz olmasa,Gürcüstan büdcəsinə, ixracatın və adambaşına düşən ÜDM-nin həcminə görə regionun lider dövləti olar: “Deyir, nefti-qazı siz tamam unudun, daha heç özümüzə də çatmır...”

XS
SM
MD
LG