Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:12

ABŞ bayrağı 54 ildən sonra Kubadakı səfirlik üzərində dalğalandı


Havanada keçirilən açılış mərasimində dövlət katibi John Kerry iştirak edib. Bu, ABŞ dövlət katibinin son 70 ildə Kuba adasına ilk səfəridir

Amerika Birləşmiş Ştatlarının Kubada 54 il bundan əvvəl bağlanmış səfirliyi iki ölkə arasında istiləşən münasibətlərin əsnasında yenidən açılıb.

Havanada keçirilən açılış mərasimində dövlət katibi John Kerry iştirak edib. Bu, ABŞ dövlət katibinin son 70 ildə Kuba adasına ilk səfəridir.

Amerika bayrağını, onu 1961-ci ildə endirmiş ABŞ dəniz piyadaları, yenidən qaldırılmaq üçün gənc əsgərlərə təqdim ediblər.

Fidel Castro gileylənib

Kuba özünün Vaşinqtondakı səfirlyini ötən ay açıb, lakin buna baxmayaraq keçmiş Kuba lideri Fidel Castro Amerikanı onun ölkəsi üzərindəki embarqonu qaldırmadığına görə tənqid edib.

Kubanın keçmiş lideri Fidel Castro 1959-cu ildə
Kubanın keçmiş lideri Fidel Castro 1959-cu ildə

Ötən cümə axşamı yazdığı açıq məktubda cənab Castro bildirib ki, ABŞ 53 illik embarqoya görə Kubaya milyonlıarla dollar borcludur.

Məktubda ABŞ səfirliyinin təkrar açılması məsələsinə toxunulmayıb.

Bu məktib Granma qəzetində Kuba inqilabı liderinin 89 yaşının tamam olması münasibətilə dərc edilib.

Diplomatın göz yaşları

Cümə günü keçirilmiş açılış mərasimində çıxış edən John Kerry hadisəni “tarixi” adlandırıb.

Bununla yanaşı, dövlət katibi xəbərdarlıq edib ki, ABŞ Kubada siyasi dəyişikliklərə yönəlik təzyiqlərini dayandırmayacaq.

Müxbirlər bildirilər ki, açılış mərasimində dövlət katibi iki dəfə göz yaşlarını silib
Müxbirlər bildirilər ki, açılış mərasimində dövlət katibi iki dəfə göz yaşlarını silib

O səfirliyin qarşısına yığılan yüzlərlə insan qarşısında etdiyi çıxışda deyib ki, “Kuba xalqına öz liderini sərbəst şəkildə seçmək imkanı yaradan demokratiya” lazımdır.

Açılış mərasimini izləyən BBC müxbiri Jon Soppel yazır ki, o, açılış mərasimində John Kerry-nin iki dəfə yaşaran gözlərini sildiyini görüb.

Jurnalist yazır ki, “ABŞ bayrağını onu 54 il əvvəl endirmiş dəniz piyadalarına təqdim etmək və yüksələn bayrağı ABŞ himninin sədaları altında seyr etmək hətta ən təcrübəli diplomatlardan birinə emosiyalarını cilovlamaq imkanı verməyib”.

Kubaya demokratiyanı kubalılar gətirməlidirlər

O etiraf edib ki, keçmişlərdə ABŞ-ın apardığı siyasət Kubaya demokratiya gətirməyib. “Kubanın gələcəyini kubalılar qurmalıdırlar” – deyib dövlət katibi.

Havanada ABŞ səfirliyi ilə üzbəüz balkonlardan bayraqlar asılıb
Havanada ABŞ səfirliyi ilə üzbəüz balkonlardan bayraqlar asılıb

Kuba lideri Raul Castro və ABŞ prezidenti Barack Obama diplomatik münasibətlərin bərpası barədə razılığa ötən ilin dekabrında gəlmişdilər.

O vaxtdan bəri iki ölkə arasında ticarət və səyahət qadağanları yumşaldılsa da, respublikaçıların çoxluğuna malik Konqres “kommunist adası” üzərinə ABŞ tərəfindən 1961-ci ildə qoyulmuş embarqonu qaldırmayıb.

“Təslimçi Obama”

Cənab Kerry-nin Kubaya səfərini bir neçə aparıcı respublikaçı, o cümlədən prezidentliyə nazmizəd Jeb Bush kəskin tənqid edib.

O istehza ilə bildirib ki, bu səfər “Fidel Castro-ya ad günü hədiyyəsi” olub.

Jeb Bush iki ölkə arasındakı yaxınlaşmanı “Obama administrasiyasının Fidel Castro-nun qəddar irsi qarşısında təslimçiliyinin simvolu” adlandırıb.

O və prezidetliyə başqa namizəd – Marco Rubio dövlət katibini həmçinin Kuba dissidentlərinin səfirlyin açılışı mərasiminə dəvət olunmadığına görə tənqid edib.

Cənab Kerry bildirib ki, dissidentlərlə az sonra şəxsi səviyyəli görüş keçirəcək.

XS
SM
MD
LG