Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:02

«Məhkəmə Yunuslarla bağlı humanist qərar qəbul edib»


Əli Hüseynov
Əli Hüseynov

-

«ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, ATƏT-in Azərbaycanda sabitliyi pozmaq məqsədilə qrant adı altında QHT vasitəsilə ayırdıqları vəsaitlər hüquq-mühafizə və təhlükəsizlik sistemi tərəfindən ifşa olunub».

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov apa-ya müsahibəsində deyib.

Əli Hüseynov Leyla və Arif Yunuslara verilən cəza ilə bağlı isə deyib ki, ittiham tərəfi onların birinə 11 il, digərinə isə 9 il iş istəyib:

«Məhkəmə isə bir neçə il aşağı cəza təyin edərək, onların birinə 8 il 6 ay, digərinə isə 7 il cəza verib. Məhkəmə praktikasını araşdırsaq görərik ki, məhkəmə hökmü ilə verilən cəzalar ittiham tərəfinin tələb etdiyi cəzadan çox zaman cəmi bir il aşağı olur. Leyla və Arif Yunusların işi ilə bağlı isə məhkəmə cəzanın sanksiyası çərçivəsində və ittiham tərəfinin mövqeyinə münasibətdə çox humanist qərar qəbul edib».

«O ZAMAN BİZ DƏ ŞOKDA İDİK»

Əli Hüseynov Avropa Şurası Parlament Assamleyasının sədri Anne Brasseur-un sözügedən məhkəmə hökmündən şokda olması məsələsinə də münasibət bildirib: «Bizim Avropa Şurası qarşısında heç bir öhdəliyimiz yoxdur, milli məhkəmənin qərarından narazı qalanlar Avropa Məhkəməsinə müraciət edə bilirlər və bu da hamıya məlumdur. Amma bəla burasındadır ki, Avropa Şurası heç özü Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını nəzərə almır. Belə olsaydı «Çıraqov və digərləri Ermənistana qarşı» işində Azərbaycan torpaqlarının işğalı müddəalarını AŞPA-nın yay sessiyasında qəbul etdiyi sənəddə də təsbit edərdi. O zaman Azərbaycan ictimaiyyəti də Avropa Şurasının bu ədalətsizliyindən və riyakarlığından şokda idi».

Əli Hüseynov beynəlxalq təşkilatların bu cür bəyanatlarının qarşıdakı parlament seçkiləri ilə bağlı olduğunu da deyib: «Hesab edirik ki, beynəlxalq təşkilatlar bu cür bəyanatlarla Azərbaycanda bir neçə ay sonra keçiriləcək parlament seçkiləri qabağı mühitin guya antidemokratik olması ilə bağlı zəmin hazırlayır».

XS
SM
MD
LG