Mingəçevirdən çəkilmiş fotolar
Çəkdiklərinizi bizə də göndərin
Rastınıza çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən.
Çəkdiklərini MobilReportyor-a belə çatdır:
- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.
- WhatsApp nömrəmiz:
(+420) 778 711 700
Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com
Saxlananlardan bəzisi buraxıldı
Mingəçevir polis şöbəsinə çoxlu sayda narazı adamlar gəlir. Onlar bugünkü aksiyada saxlananların yaxınlarıdır.
Polis şöbəsindən AzadlıqRadiosuna saxlananlardan bir neçə nəfərin buraxıldığını deyiblər.
Polis zorakılığa etiraz edənləri döyür
Mingəçevirdə polis aksiyaçıları dağıdandan sonra arxa məhəllələrə səpələnmiş etirazçılara da zor tətbiq edib. Polisin döydüyü, saxladıqları şəxslər arasında aksiyada iştirak etməyənlər də olub. Polis onlardan biri - səkidə oturmuş gənci vuranda, o buna etiraz edib. Soruşanda ki, «oturduğum yerdə məni niyə vurursunuz», polislər deyiblər ki, «sən qaçanlardansan». Bundan sonra onu zorla polis maşına oturdub aparıblar.
Baş verənləri küçədə izləyən şəhər sakinləri isə polislərə «camaatın balasını vurub öldürmüsünüz, pəncərən atmışınız» deməklə etirazını bildirib.