Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:29

Məni döyüşdən əvvəl bircə şeydi qorxudan


Rudyard Kipling
Rudyard Kipling

- Radyard Kiplinq (Rudyard Kipling)

İngiliscədən tərcümə: Zülfüqar Rüfətoğlu

Qorxu

Məni döyüşdən əvvəl

Bircə şeydi qorxudan

Döyüşlər qurtaranda

Birdən bəlli olsa ki,

Təkcə mənəm sağ qalan.

Birdən bəlli olsa ki,

Hələ mən qılıncımı

Çıxarmamış qınından

Bütün dostlarım keçib

Mənimçün öz canından.

Birdən məlum olsa ki,

Təkcə mənəm sağ qalan

Çiynim tab gətirərmi

Bu ağır xəcalətə?

Kim inanar, axı kim

“Satqın deyiləm” - deyə

Verdiyim şəhadətə?..

XS
SM
MD
LG