- Oda Teatrının rəhbəri Elmin Bədəlov daha bir müstəqil teatr təsis edib: ADO teatrı.
16 oktyabrda andeqraund tərzli yeni teatrın açılışı olacaq: “Bu teatr üçün artıq yeni stildə bir tamaşa hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını edəcəyik. Premyera üç gün olacaq."
“Oda Teatrı ölkədəki teatrlara alternativ idisə, ADO ölkədəki bütün teatrlara, Oda-ya da alternativ olacaq. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində olacaq.
Eyni zamanda yeni teatr yaratmaqla ölkədə müstəqil teatr ənəsi formalaşdırmaq istəyirik. İndi artıq ölkədə 2 müstəqil teatr olacaq, bu da onlar arasında yaxşı bir rəqabət yaradacaq..."
Teatrın ilk və yeni tamaşası haqda məlumatlar ADO-nun rəsmi səhifəsində yayılacaq.