Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:34

Rusiya Oskar mükafatına ciddi yanaşır


Nikita Mikhalkov
Nikita Mikhalkov

- Rusiya Oskar mükafatına böyük əhəmiyyət verir. Soyuq Savaş dövründən bugünə qədər həmişə ABŞ-a bahalı, keyfiyyətli, iddialı filmlər göndərməyə çalışır.

Vaxtilə Sovet İttifaqının beynəlxalq imicində də Oskar mükafatı qazanan filmlərin müstəsna rolu olurdu.

Rusiya Oskar mükafatını ilk dəfə Varlamov və İlya Kopalinin “Moskva hücuma keçir” filminə görə 1942-ci ildə almışdı.

Ən böyük uğuru isə 1968-ci ildə Oskar almış “Hərb və Sülh” filmi sayılır. Tolstoyun eyniadlı romanı əsasında 17 ilə çəkilmiş həmin filmə 100 milyon dollar xərclənmişdi.

Müqayisə üçün, bu il Oskara göndərilən filmə Rusiya 21 milyon dollar xərcləyib. Bu, Nikita Mixalkovun “Günvurma” filmidir. Nobel mükafatlı rus yazıçısı İvan Buninin eyniadlı hekayəsinə əsaslanan film Krımda 1920-ci illərdə gedən müharibə şəraitində cərəyan edən bir eşq hekayətindən bəhs edir.

Ruslar Oskar yarışına müharibə filmlərilə qatılmağı sevirlər. 2 il bundan əvvəl Fyodor Bondarçukun İkinci Dünya Müharibəsindən bəhs edən “Stalinqrad” filmi Rusiyanın Oskara namizədi olmuşdu.

Fyodor məşhur sovet rejissoru Sergey Bondarçukun oğludur, atası da bir vaxt “Hərb və Sülh” filmi ilə Oskar heykəlciyini Rusiyaya aparmışdı.

Yetmişinci illərin ikinci yarısına qədər ruslar Oskar yarışmasında “Hərb və Sülh” uğurunu təkrarlaya bilmədilər.

Nəhayət, 1973-cü ildə “Mosfilm” tanınmış yapon rejissoru Akira Kurosawa'ya əməkdaşlıq təklif edir, o, Moskvaya dəvət edilir.

Kurosawa rus səyyahı Vladimir Arsenyevin avtobioqrafik əsəri olan “Dersu Usala” əsasında film çəkəcəkdi.

1973-cü ilin sonunda Kurosawa dörd köməkçi rejissorla birlikdə Sovet İttifaqına gedir.

İki il Moskvada yaşayır. Filmdə təbiətlə harmoniya içində yaşayan bir ovçunun hekayəsi canlanır.

Dersu Uzala” filmi 1976-cı ildə Ən yaxşı Xarici Film nominasiyası üzrə Oskar qazanır.

Sovet İttifaqı dağılandan sonra Rusiya Oskar iddiasını qoruyub saxladı.

1980-ci illərdə isə Vladimir Menşovun çəkdiyi “Moskva göz yaşlarına inanmır” filmi yenə Oskarı Rusiyaya qazandırır.

Filmdə Moskvada varlı ər axtaran gənc qadınların arasında öz ayaqları üstə dura bilən bir qadının həyatını göstərirdi.

Sovet İttifaqı dağılandan sonra Rusiya Oskar iddiasını qoruyub saxladı.

Nikita Mixalkov Rusiyanın Oskar mükafatıyla adı ən çox hallanan rejissorudur.

1994-cü ildə çəkilmiş “Günəşlə sovrulanlar” Ən yaxşı xarici film nominasiyası üzrə Oskar almışdı. Nikita Mixalkov bu filmdə Stalini təftiş edirdi.

2012-ci ildə Nikita Mixalkovun Günəşlə sovrulanlar 2” filmi Oskar yarışına göndərilimişdi.

Nikita Mixalkov 1992-ci ildə “Urga”, 1997-ci ildə “12” filmiylə Oskar uğrunda mübarizə aparıb.

2014-cü ildə Andrey Zvyagintsevin “Leviafan” filmi Oskar mükafatında ən güclü namizəd olub.

Son illərdə Oskar yarışmasında rus filmləri ilk beşliyə qədər qalsalar da, mükafatın özünə çata bilmirlər.

XS
SM
MD
LG