Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:45

Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm»


Arif Hacılı
Arif Hacılı

-

Müsavat Partiyasının başqanı Arif Hacılı özünün «facebook» səhifəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun seçkilərlə bağlı fikirlərinə münasibət bildirib. Arif Hacılı yazır:

«Əli Həsənovun «Bu seçkilərdə xalqın iradəsini göstərmək istəyirik» - deyimini belə başa düşmək olar:
-xalqın say-seçmə nümayəndələrini həbsxanalarda saxlayacağıq;
- xalqın nifrət etdiyi 125 nəfəri deputat elan edəcəyik;
- heç 10 faizin də iştirak etmədiyi seçkiləri xalqın əksəriyyətinin gəlib bu 125 nəfəri seçdiyini deyəcəyik;
- bundan sonra da milli sərvətləri qarət edib xalqa qul kimi baxacağıq;
Xalq da bütün bunlara qarşı möhtəşəm dözümlülük nümayiş etdirərək susacaq».

Arif Hacılı qeyd edir ki, Əli Həsənov «xalqın iradəsinin nümayişi» deyərkən bunları nəzərdə tutur: «Amma mən xalqın öz əsil iradəsini nümayiş etdirəcəyinə və o günün çox uzaqda olmadığına inanıram. Çünki xalqımın qul olmadığını bilirəm».

Müsavat Partiyası seçkilərə bir neçə gün qalmış onun boykot edilməsi ilə bağlı qərar verib. Ancaq MSK bunun seçici bülletenlərinin çapından sonra seçicilərdə çaşqınlıq yaradacağını səbəb göstərərək bu partiyadan olan namizədlərin adlarınıbülletenlərindən çıxarmamışdı.

XS
SM
MD
LG