Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:34

Qərib. Şeir kitabı


Rauf Alagözov
Rauf Alagözov

- QƏRİB

Şeirlər

Bakı

MÜTƏRCİM

2015

Bu kitab Azərbaycan Yazıçılar Birliyinin
AYBKİTAB

layihəsinin nəşridir.

Layihənin rəhbəri: Xəyal Rza

Rauf Qərib. Qərib şeirlər. – Bakı: Mütərcim, 2015. – 168 səh.

Kitabda Rauf Qəribin müxtəlif səpkili şeirləri toplanmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN: 978-9952-28-209-2

© AYB, 2015

© Mütərcim, 2015

Qəribin şeirlərində “Qəriblik”

və ya “Çəməndə güllərin əsməyi“

Qəribi mən uzun illərdi tanıyıram, ilk tanışlığımız internetlə başladı, adi bir mübahisə sonra yaxından tanşlığıa və hətta dostluğa gətirib çıxardı. Mübahisə də ondan ibarət idi ki, Qərib mənim sərbəst şeirlərimi qəbul etmirdi və mən bi­ləndə ki, o qədim Borçalımızdandı və Zəlimxan Yaqubla yaxındı və nahayət qərara aldıq ki, oturaq bir çay içək. Gün­lərin bir günü çay içdk və bu çay söhbəti aramızdakı “Prob­lemi” yuyub apardı. ədəbiyyat anlamında mən çay stolunu qarşılıqlı anlaşma üçün vacib bir şərt sayıram, onda adamlar bir-birini daha yaxından başa düşürlər. Sonra iş elə gətiirdi ki, mənlə BSU-nun yaradıcılıq fakültəsində görüş oldu. Qərib də həmin fakültə də oxuyurdu. Burda da bir-birimizi yaxşı tanıdıq. Yenə günlərin bir günü BSU-nun Ya­r­a­dıcılıq fakültəsində dərs dedim və Qərib də oldu mənim ən sevimli tələbəm.

Ilk baxışda sadəlövh görünən, amma həyatın hər dolambaclarından keçən dostlara çox sədaqətli bir insandı Qərib. Daim tələsən, yuxa şeirlər yazan, şeirlərində maraqlı detallara, axtarşılara üstünlük verən maraqlı şairdi Qərib.

Və bu günlər şeirlər qovluğunu mən verdi, müəllim, vaxtınız olanda baxarsınız -dedi. Indi hemin şeirlərlə üz-üzəyəm. Qəribin şeirlərinin əksəriyəti nəğmə şəklindədi, bu nəğmələr uşur Borçalıya, Təbrizə, Dərbəndə və Qarabağa. Mənə elə gəlir ki, ancaq nəğmələr üça bilir, ona görə də Qərib şeirlərinin əksəriyyətini nəğmə üstündə yazıb. Çünki nəğmə olmadan bir yerdən başqa bir yerə uçub getmək mümkün deyil.

Ay tələsik gedən gözəl,

Yavaş yeri, ayaq saxla.

Mən qəribəm bu yerlərdə,

Apar məni qonaq saxla.

Və yaxud

İnsafın olaydı, könül bağımdan,

Gülümü dərəndə, ay qara gözlüm.

Azadlıq istəyir ruhum bədəndən,

Mən səni görəndə, ay qara gözlüm.

“Azadlıq istəyir ruhum bədəndən” misrası Qəribin bütün şeirlərinin baş mövzusudur, əsas ideya xətdidir. Burda da uçub getmək məsələri gündəmdə qalır. Şair azadlıq aşiqi olduğundan, hətta ruhun da azadlığını istəyir.

Qəribin şeirləri həyatın və dünyanın amansız yolla­rından keçir, bəzən sarsılır, dayanır, bəzən də həmin yer­lərdən tələsik uzaqlaşır. Qərib şeirlərində həyata yün­gülcə toxunur, ehtiyatla hadisənin nədən ibarət olduğunu öyrənir.

Sanki hər şey çevrilibdir tərsinə,

Təmizliyi itiribdir tər sinə,

Bilmək olmur düzü nədir, tərsi nə?

Yay qış ilə, payız yazla fırlanır.

***

Ağlar gözlər saxtalaşıb, saxtadır,

Quru gözdə qanlar laxta-laxtadır,

Sanki qəlblər daşdır, ya da taxtadır,

Çox çox ilə, az da azla fırlanır.

Yaşadığımız dünyaya bu cür ironik, daha dəqiq desək gülməli tərz, amma bu tərzin altında hadisəyə ciddi münasibət şeirin əsas məzmununu təşkil edir. Qərib mo­noloqlar şairi deyil ki, uzun uzadi vətəni tərifləyib böyük bir nitq söyləsin. O, gördüyü cizgiləri qisa şəkildə özünə məx­sus tərzdə tərənnüm və təsvir edir. Onun yaradıçılığında vətən anlayışı mühüm yer tutur. Yuxarıda dediyim kimi, vətənin dağı-daşı, düzü-çəməni, insanları, şəhərləri müx­təlif üsullarlra tərənnüm olunur. Onun oğuluna xitabən yaz­dığı şeirdən də görərik ki,vətən anlayışı şair üçün hər şey­dən birincidir.

Səni böyütmüşəm vətənim üçün,

Canını qurban et torpağa, oğul.

Vətən namusundur, qeyrət yolunda,

Tabutun sarılsın bayrağa, oğul.

***

Ah-nalən qəlbimi yaxmaz, inan ki,

Qəlbimdə şimşəklər çaxmaz, inan ki,

Gözümün yaşları axmaz, inan ki,

Qoymasan yurduma qar yağa, oğul,

Canını qurban et torpağa, oğul.

Vətənini həyatı qədər sevən şair birdən- birə giley­lənir. Kədərə, qəm dəryasını qərq olur. Həyatın çətin anlarında “Məni məndən soruşmayın” deyir. Şeirin sonuna çatanda görürsən ki, şairin kədəri içtimai kədərdi. Qarabağ dərdini şair fərdləşdirir. “Mən mən deyiləm, mən vətənəm, qaçqınam, köçkünəm”- deyir. Vətənin dərdlərini könül qəminin müstəvisində açıb göstərir. Əgər vətənin ərazi bütövlüyü pozulubsa, bütün insanlar qəribdir. Burda ancaq qar yağır, çovğun əsir, çəməndə güllər əsmir. Aşağıdakı bənd­də çəməndə güllərin əsməyi çox gözəl poetik bir ta­pıntıdır. Çəməndə çiçək əsmirsə, demək, dünya və həyat kə­dərlidir. Əgər əsirsə, həyat şəndir.

Məni məndən soruşmayın,

Mən Qəribəm vətənimdə.

Qarlar yağır, çovğun əsir,

Güllər əsmir çəmənimdə

Qəribin şeirlərin demək olar ki, 95 faizi sevgi şeir­ləridir. Bu şeirlərdə Qərib elə qəribdi, qərib. Yəni bu yerlər üçün o doğma deyil, sevgisi ilə, dərdi ilə qəribdir. Vaqif Bayatlı Odər bir şeirində dediyi kimi, “Şairlər qəribdi bu yer üzündə”.

Klassik ədəbiyyatımızdə olduğu kimi, Qəribin şeir­lərində aşiq öz sevdiyindən gileyli və kədərlidir. Sevgili aşiqə laqeyiddir, onun göz yaşlarına biganədir. Demək, bütün zamanlarda eyni cür sevmək olurmuş və eyni cür də unudulmaq bir tale işi imiş.

Ey məni özünə can bilən canan,

Canımdan can çıxır, hardasan indi?

Deyirdin: ”Kədərə atmaram səni”,

Həsrət məni yıxır, hardasan indi?

Canımdan can çıxır, hardasan indi?

Bu bənd mənə dünyanın “Nəsimi gərdişini” xatır­latdı. Elə bil Nəsimi bu fırlanan dünyaya xitabən bu şeiri oxuyur və intonasiyadan görünür ki, Qəribin qəribliyi min illərin sevgi şeiri və sevgi kədəri ilə bağlıdır. Qərib saz üsündə gəlib ədəbiyyata. Qədim Borçalımızın şair ürəkli, səmimi bir oğludur. Onun şeirləri Borçalının folklorundan baş qaldırır, havalanır, min illərin dünya qəmi ilə bizi tanış edir. Dünyanın qəmi yaman şirindi. Vətən həsrəti, yurd həsrəti ilə qərib olan, amma dostları və sevənləri arasında qərib olmaya Qərib dostuma yeni-yeni yaradıcılıq uğurları azru edirəm.

Qəşəm Nəcəfzadə,

Azərbaycan Yazıçılar Birliyinin

İdarə heyətinin üzvü, “Azərbaysan” jurnalının poeziya şöbəsinin müdiri. Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Avropada keçirilən 38-ci Beynəlxal Poziya Festivalının iştirakçısı

Hardasan indi?

Ey məni özünə can bilən canan,

Canımdan can çıxır, hardasan indi?

Deyirdin: ”Kədərə atmaram səni”,

Həsrət məni yıxır, hardasan indi?

Canımdan can çıxır, hardasan indi?

***

İncidir ağrılar, artır hər zaman,

Bu gündən sabaha qalmayıb güman,

Başımın üstünü bürüyüb duman,

İldırım tərs çaxır, hardasan indi?

Canımdan can çıxır, hardasan indi?

***

Qoymusan eşqimə əngəl, qadağa,

İstirab salıbdır məni yatağa,

Sənsizkən məhkumam tənha otağa,

Otaq məni sıxır, hardasan indi?

Canımdan can çıxır, hardasan indi?

***

Ucalıb harayım, ucalıb naləm,

Səsimi dinləmir, eşitmir aləm,

Zəhərlə doludur eşqi-piyaləm,

Gözümdən qan axır, hardasan indi?

Canımdan can çıxır, hardasan indi?

***

Gedərək etmisən çaşqın Qəribi,

Sellərə qatmısan daşqın Qəribi,

Qəribəm, olmuşam eşqin Qəribi,

Eşqin ürək yaxır, hardasan indi?

Canımdan can çıxır, hardasan indi?

Sənsiz

...Və günlər ötüşdü, aylar ötüşdü,

İlləri illərə caladım sənsiz.

Onsuz da virana dönmüş qəlbimi,

Quldurluq edərək taladım sənsiz.

***

Savaşa girişdim, etmədən bəyan,

Nə amac bəlliydi, nə amal ayan.

Heç zaman demədim, ”ey mən, bir dayan”.

Od üstə odları qaladım sənsiz.

***

Nə vardı yox etdim, dağıtdım, yıxdım,

Kədərin ən dərin yerinə çıxdım,

İşıq gələn yeri qapadım, tıxdım,

Qanımı axıdıb yaladım sənsiz.

***

Tələsdim əcələ yox ikən qovan,

Ətimi çeynədim, yedim mən yavan,

Bir mismar var idi, bir də ki tavan,

Dərd ipin boynuma doladım sənsiz.

Son xahiş

Ötənlərin xatirinə dinlə gəl,

Gedər ayaq son xahişim var sənə.

Getməyinə olmayacam mən əngəl,

Öncə dinlə, sonra isə get yenə.

***

Gəlişinlə gətirmişdin sevinci,

Xoşbəxtliyi tanımışdım səninlə.

Mənim üçün sən olmuşdun bir inci,

Günəşimdin, yürüyərdim yönünlə.

***

Indi isə tərk edirsən səbəbsiz,

Gəlişintək gedişin də müəmma.

Getmə deyə çökməyəcəm sənə diz,

Son sözümü söyləyəcəm mən amma.

***

Çantaları yenidən yığ, düzənlə,

Dərdlərimi əşyalara qatarsan.

Demirəm ki, hər an gəzdir özünlə,

Məndən apar, yarı yolda atarsan.

Nə istəsən söylə mənə

Nə istəsən söylə mənə,

Yetər duyum o səsini.

Dodaqların tərpənəndə,

Alım isti nəfəsini.

Bir yaxşılıq eylə mənə.

***

Nə istəsən söylə mənə,

Mən susaram, dinləyərəm,

Ürəyimi incitsən də,

İçdən-içdən inləyərəm.

Yumum yenə gözlərimi,

Əsirgəyim sözlərimi.

Ümid yetir göylə mənə.

***

Nə istəsən söylə mənə,

Olanları, olmayanı.

Sənə baxıb xəyal qurum,

Sənlə gəzim mən hər yanı.

"O dünyanı",

"Bu dünyanı".

Xoşbəxtliyi heylə mənə.

Nə istəsən söylə mənə.

İstəyirsən çığır-bağır.

Mən baxaram gözlərinə

Məsum-məsum, fağlır-fağır.

Hər bir sözü sölə mənə.

Bircə sözü əylə mənə.

***

Nə istəsən söylə mənə.

Sevdiyimi mən deyəcəm.

Çor söləsən, can deyərəm.

"Sevdiyimsən sən"- deyəcəm.

Eşqlə cavab verməsən də

İşarə ver "neylə" mənə.

-Nə istəsən söylə mənə

Ay ürək

Bəs deyirdin "dözəmmərəm onsuz mən",

İllər ötdü, necə dözdün, ay ürək?

Madam dözmək mümkündürsə, axı sən,

Mən məzlumu niyə üzdün, ay ürək?

***

Əzab verib, qamətimi əyirdin,

Bircə günə bir ilimi yeyirdin,

Unut desəm,” mümkünsüzdü“ deyirdin,

Mümkünsüzü necə çözdün, ay ürək?

***

Gənc yaşımda saçıma dən saldın sən,

“Sevgi” deyib məni məndən aldın sən,

Olar-olmaz xəyallara daldın sən,

Xoşbəxtliyə dodaq büzdün, ay ürək.

***

Dərd əbədi oxtək girib ömrümə,

Zövq aldınmı əzab verib ömrümə?

Bir yaşamlıq, qısa, Qərib ömrümə,

Qəm kədərdən sıra düzdün, ay ürək,

Söylə, məni niyə üzdün, ay ürək?

Bircə mesaj göndər mənə

Bircə mesaj göndər mənə.

Səhv də olsa, boş da olsa.

İçindəki yazıların,

Bəd də olsa, xoş da olsa,

Oxuyaram sevinc ilə,

Təbəssümlə, gülə-gülə,

Dəfələrcə, dönə-dönə.

***

Bircə mesaj göndər mənə.

Gecə-gündüz yazardın sən.

Yazdığını oxumaqdan,

Zülmət bitib olardı dan.

Sözlərinlə hər bir zaman,

Ürəyimə sızardın sən.

Kaş o günlər ola yenə.

***

Bircə mesaj göndər mənə.

Əsirgəmə sözlərini.

Ürəyindən keçəni yaz,

Ya çox ola, ya da kı az.

Eşqin etsin yenə pərvaz.

Söylə doğru-düzlərini.

Ömür solur gündən günə.

***

Bircə mesaj göndər mənə.

Bilim yenə sevirsən sən.

Əsiriyəm mən zülmətin,

Olammıram məğrur, mətin.

Bu çox qəliz, bu çox çətin.

Həyatımı bürüyüb çən,

Saçlarıma düşübdü dən.

Topa-topa, dönə-dönə.

***

Bircə mesaj göndər mənə.

Mesajınla həyat bulum.

Ya da zəhər göndər mənə,

Tabutda ol öndər mənə.

Bu dünyanın Qəribiyəm.

O dünyada Qərib olum.

Son xahişim budur sənə,

Bircə mesaj göndər mənə.

Ay tələsik gedən gözəl.

Ay tələsik gedən gözəl,

Yavaş yeri, ayaq saxla.

Mən qəribəm bu yerlərdə,

Apar məni qonaq saxla.

***

Qəribləri sevər Allah,

Üzüb məni alma günah,

Həyat bitər bu gün-sabah,

Axirətə dayaq saxla.

***

Qərib elin həsrətində,

Şirin dilin həsrətində,

Ölür telin həsrətində,

Yaşamama mayaq saxla.

Bəxtsiz bəxtəvər

İçim məni yaxır, çölüm özgəni,

Görənlər sanırlar məni bəxtəvər.

Üzümdə təbəssüm olsa da hər an,

Ömrümü bürüyüb həm qüssə, həm şər,

Qəribə haldayam- “bəxtsiz bəxtəvər”.

***

Duyulmur harayım, duyulmur səsim,

Elə bil dünyada yoxdur heç kəsim,

Bir külək olub mən dağlarda əsim,

Olmasın istirab, olmasın kədər,

Qəribə haldayam-“bəxtsiz bəxtəvər”.

***

Yay vaxtı üşüyüb, qışda yanıram,

Özümü dünyaya çox yad sanıram,

Hər kəsə kədəri, dərdi danıram.

Bəs özüm? Hər kəsə danmağım hədər,

Qəribə haldayam-“bəxtsiz bəxtəvər”.

***

Razıyam, qırılım, əyilməyim mən,

Başımın üstünü bürüməsin çən,

Yaşama səbəbim sadəcə sənsən,

Sən yoxsan, neyləyim, xəyalın yetər,

Qəribə haldayam-“bəxtsiz bəxtəvər”.

***

Bu dünya dar gəldi mənim sevgimə,

Baharda qar gəldi mənim sevgimə,

İstirab kar gəldi mənim sevgimə,

Qəribin dərdinə dözməz hətta “nər”,

Qəribə haldayam-“bəxtsiz bəxtəvər”.

Bir yar axtarıram

Bir yar axtarıram, hey gecə-gündüz,

Əhdi təmiz ola, ilqarısa düz.

Mən ona ömrümü verərəm, sözsüz.

***

Bir yar axtarıram , çox gözəl ola,

Cənnətə onunla düzələm yola.

Ordaca hər zaman mənimlə qala.

***

Bir yar axtarıram, həm ola özüm,

Onunla başlaya, tükənə sözüm.

Daha tənhalığa qalmayıb dözüm.

***

Bir yar axtarıram,” can” deyə mənə,

Mənim Qəribliyim olmaya yenə.

Qurbanlıq demişəm mən həmin günə.

Ay qara gözlüm

İnsafın olaydı, könül bağımdan,
Gülümü dərəndə, ay qara gözlüm.
Azadlıq istəyir ruhum bədəndən,
Mən səni görəndə, ay qara gözlüm.

***
Dünyanın camalı cəmlənib səndə,
Mələklə, huriylə durmusan təndə,
İnan ki, sevinər bu aşiq bəndə,
Qoluna girəndə, ay qara gözlüm.

***
Naza nə gərək var, nazına qurban,
Çoxunu demirəm, azına qurban,
Olaram qışına, yazına qurban,
Qəlbini verəndə, ay qara gözlüm.

Baxmaq səndən, yazmaq məndən

Gəl səninlə şeir yazaq,

Baxmaq səndən, yazmaq məndən.

Ürəyimə axmaq səndən,

Tüm keçmişi pozmaq məndən.

***

Zillə mənə gözlərini,

Sus,duyaram sözlərini.

Xoşbəxtliyin düzlərini,

Gəzmək səndən, azmaq məndən.

***

Tut əlimi, buraxma heç,

Mənlə olan həyatı seç,

Ürəyimi açmışam, keç,

Sən də açsan, sızmaq məndən.

***

Gəl verməyək dərdə heyi,

Versək, olluq “sevgi keyi”.

Kədər dolu Qəribliyi,

Pozmaq səndən, cızmaq məndən.

Bir qız gördüm

Zülmətimi dan edəcək,

Qəm-kədəri yan edəcək,

Ömrü firavan edəcək,

Bir qız gördüm...

***

Ürəyimi eşqlə yaxan,

Sevgisiylə qəlbə axan,

Məhəbbətlə mənə baxan,

Bir qız gördüm...

***

Bir andaca oldu əziz,

Nəfəs mənə oldu ləziz,

Bulaqlardan daha təmiz,

Bir qız gördüm...

***

Sanki pəri, sanki mələk,

Ələyibdir büllur ələk,

Bu səfərlik dayan, fələk,

Bir qız gördüm...

Ağladım

Keçirdim evinin önündən sənin,

Pəncərənə baxıb-baxıb ağladım.

Gözlərim dolmuşdu məndən xəbərsiz,

Baxdım ki, göz yaşım axıb, ağladım.

***

Yenə sıraladım bir-bir “kaşları”,

Qəlbimə dəyibdir hicran daşları,

Gözlərim axıdır qanlı yaşları,

Əlimlə üzümə yaxıb ağladım.

***

Mən Qərib olmuşam elimdə sənsiz,

İstirab, qəm, kədər dilimdə sənsiz,

Sevgi xəncər olub əlimdə sənsiz,

Qəlbimə xəncəri taxıb ağladım.

Gəl səni dünyadan alim gedim mən

Bu dünyadan çox şey istəmirəm ki,
Təkcə səni versin, alım gedim mən.
Gedək özümüzə bir dünya quraq.
Qolumu boynuna salım gedim mən,
Gəl səni dünyadan alım gedim mən.

***

Bu dünya çox dardı bizə, sevgilim,
Qalsaq biz gələrik dizə, sevgilim,
İnanma boş lafa, sözə, sevgilim.
Tərəddüd etmə ki, "qalım, gedim mən"?
Gəl səni dünyadan alım gedim mən.

***

Bezdirib bu dünya, qalmayıb dözüm,
Duyulmur nə səsim, nə də ki sözüm,
Qəribəm, heç nədə olmayıb gözüm.
Dünyada qoy qalsın malım, gedim mən,
Tək səni dünyadan alım gedim mən.
Gəl səni dünyadan alım gedim mən.

Gəlmə

İstirab elmini öyrətdin mənə,

İndi də imtahan almağa gəlmə.

Təkrara gərək yox, dərdim kafidir,

Hər şeyi yadıma salmağa gəlmə.

***

Gəlirsən, kədəri sökmək üçün gəl,

Qəlbimə xoşbəxtlik əkmək üçün gəl,

Məhəbbət yuvası tikmək üçün gəl,

Keçici oteltək qalmağa gəlmə.

***

Qərarsız getmişdin, qərarlı qayıt,

Zərərlə getmişdin, sən karlı qayıt,

Yenilməz eşq ilə vüqarlı qayıt,

Yanımda xəyala dalmağa gəlmə.

***

Hər şeyi unudaq, başlayaq yenə,

Qəribəm, eşq ilə olmuşam tənə,

Razıyam cənnəti verməyə sənə,

Sən mənə cəhənnəm olmağa gəlmə.

Nə gözəldir

Bir baxanlar bir də baxmaq istəyir,

Gözəl gözlüm, gözlərin nə gözəldir.

Görənlərin canına od salırsan,

Ay parçası üzlərin nə gözəldir.

***

Yaradana qurban olum, maşallah,

Baxışınla ürəyimə saldın ah,

Hansı dağın maralısan, sən Allah?

Dərələrin, düzlərin nə gözəldir.

***

Heyran oldum, necə çəkim səndən əl?

Sən istəsən, xoşbəxtliyə yox əngəl,

Qəriblikdə Qərib etmə məni gəl,

Bir “hə” deyən sözlərin nə gözəldir.

Kor olmuş vicdan

Sənə bir söz deyim, incimə məndən,

Qəlbimdən keçəni deyəcəm indi.

Illərcə bir görüş dilədim səndən,

Kor olmuş vicdanın indimi dindi?

***

Əslində çox il də ötməyib elə,

Bir günü bənzədib həsrət bir ilə,

Gözümdən tökülən hər odlu gilə,

Dərd olub yaralı qəlbimə sindi,

Kor olmuş vicdanın indimi dindi?

***

Gəlmisən yanıma, deyirsən dayan,

Peşmanlıq hissini edirsən bəyan,

Getdiyin o gündən mənim olmayan,

Ürəyin, bədənin, söylə, kimindir?

Kor olmuş vicdanın indimi dindi?

***

Çox yaxın gəlmə, dur, toxunma mənə,

Səni istəmirəm, sevsəm də yenə,

Dəyişim rüzgarı toxunub sənə,

Mənim ürəyimsə elə həmindir,

Kor olmuş vicdanın indimi dindi?

***

Məhəbbət qəlbimə olubdur zəli,

Ağlaram ömrümdən çıxıb gedəli,

Həm Qərib olmuşam, həm də ki dəli,

Sevgilim, həmdəmim şeytandı, cindi,

Kor olmuş vicdanın indimi dindi?

Mələk


Ummadığım bir zamanda,
Hardan gəldin belə, mələk?
Sevincimdən sanki döndü,
Göz yaşlarım selə, mələk.

***
Unutmuşdum xoşbəxtliyi,
Yad olmuşdu mənə iyi,
Dolaşaraq yeri, göyü,
Gəldin gülə-gülə, mələk.

***
Ömrə işıq saçmısan sən,
Güllər kimi açmısan sən,
Cənnətdənmi qaçmısan sən?
Eşqim dönüb gölə, mələk.

***
Az qalır ki, daşa qəlbdən,
Qərib gəlib cuşa qəlbdən,
Sevgin deyir: “yaşa qəlbdən”.
Qəlbim gəlir dilə, mələk.

Məni oyat

Elə gözəl yatırsan ki,

Oyatmağa qıyammıram.

Məsum-məsum yatışını,

Seyr etməyə doyammıram.

***

Istəyirəm qucaqlayıb,

Öpüm səni ölənədək.

Bu dünyada olmayıbdır,

Belə arzu, belə istək.

***

Qorxuram ki, toxunaram,

Bu yuxudan oyanarsan.

Bəlkə, özün bir yuxusan,

Yarıdaca dayanarsan.

***

Yat, eləcə mən seyr edim,

Xəyallarla birgə səni.

Xoşbəxtliyin saf ipinə,

Düzüm cərgə-cərgə səni.

***

Oyananda gedəcəksən,

Yat o zaman, əbədi yat,

Mən də səni gerçək bilim,

Oyananda məni oyat.

Sevgim

Qışda çiçək açan ağaclar kimi,

Meyvənin dadını bilmədi sevgim.

Zamansız gəlmənin cəzasın çəkdi,

Hər zaman ağladı, gülmədi sevgim.

***

Tuş gəldi borana, qara, sazağa,

Fələyin qurduğu zalım tuzağa,

Yaxına cəhd etdi, düşdü uzağa,

Gələcəm söylədi, gəlmədi sevgim.

***

Dağladı qəlbimi, yaxdı canımı,

Zülmətə çevirdi gələn danımı,

Qəribəm, vermişəm hər bir anımı,

Şükür ki, yaşadı, ölmədi sevgim.

Tez gəl

Deyirdin, “dar gündə yetərəm dada”,

Amana yetənim, dardayam, tez gəl.

Özümü itirdim eşqin yolunda,

Bilmirəm mən indi hardayam, tez gəl.

***

Gözlərim axtarır hər yanda səni,

Ömrümü bürüyüb hicranın çəni,

Sənsizlik yamanca üşüdür məni,

Hər zaman boranda ,qardayam, tez gəl.

***

Getdiyin yollara baxıram hər gün,

Qəlbimi kədərlə yaxıram hər gün,

Bulanlıq sularda axıram hər gün,

Dərd olub okean, “kardayam”, tez gəl.

***

Axtarma sən məni gülən gözlərdə,

Sevincdən bəhs edən şirin sözlərdə,

Qəribəm, gəzirəm, tənha düzlərdə,

Hardadır ah-nalə ordayam, tez gəl,

Amana yetənim dardayam, tez gəl.

Toyuna gələrdim

Dedilər olubdur toyun, sevdiyim.

Niyə çağırmadın? Mən də gələrdim.

Ya indi, ya sonra ölsəm nə fərqi?

Sən gəlin olardın, mənsə ölərdim.

***

Əhdini pozmusan, dəyişib bütün,

Bir gəlin olmusan başqası üçün.

Dedilər doyunca gülmüsən o gün.

Son nəfəs verərkən mən də gülərdim,

Niyə çağırmadın? Bəlkə, gələrdim.

***

Təbəssüm etmisən, çatılıb qaşın,

Bəlkə də, deyərdim “fikrindən daşın”.

Evindən çıxanda axıb göz yaşın.

Gözünün yaşını kaş mən silərdim,

Niyə çağırmadın? Mütləq gələrdim.

***

Qalmayıb yaralı qəlbimdə təpər,

Məzarım qoy olsun arada çəpər,

Ölümdən betərdi bu qara xəbər.

Çün səni özümə həyat bilərdim,

Niyə çağırmadın? Vallah gələrdim

Yadımdan çıxıb

Göz-gözə gəldik bu gün.

Salam verdin sən mənə.

Özümə dedim düşün.

Tanımadığım üçün,

Fikir apardı dərin.

Diqqətlə baxdım sənə.

Adın nə idi sənin?

Adın yadımdan çıxıb.

***

Gözlərin tanış gəlir,

Baxışlarınsa yaddır.

Qoy düşünüm yenə bir.

Adını de, bəlkə də,

Adın tanış bir addır.

Gülüş acı ölkədə,

Təbəssümün şirindir.

Bəlkə, bildiyim daddır,

Dadın yadımdan çıxıb.

***

Dur!

Tanıdım...

“O” san sən.

Ömrümü viran edən.

Məni eyləyib yalnız,

Tərk edib, qoyub gedən.

Bəli, sənsən,

Həmən sən.

Onun üçün, yəqin ki,

Sənin kimi vəfasız

Qadın yadımdan çıxıb.

Əzablı gözlər

Onsuz da yolumuz ayrıdır bizim,

Əzablı gözlərlə mənə baxma sən.

Söndürdün qəlbimdə yanan alovu,

İstirab verməkçün yenə yaxma sən,

Əzablı gözlərlə mənə baxma sən.

***

Taqətim qalmayıb, sən Allah bəsdi,

Ömrümdə cəhənnəm yelləri əsdi,

Gözümün yağışı təzəcə kəsdi,

Bir leysan olaraq yağıb axma sən,

Əzablı gözlərlə mənə baxma sən.

***

Olmayan duaya “amin” deyilməz,

Günahsız olarsa, şər də söyülməz,

Deyirdim, qamətim heç vaxt əyilməz,

Əymisən, qoy durum, daha yıxma sən,

Əzablı gözlərlə mənə baxma sən.

***

Getdiyin yollara divanə oldum,

Fəryadlar edərək saçımı yoldum,

Dərdindən saraldım-saraldım, soldum,

Baxışla qəlbimə qılınc taxma sən,

Əzablı gözlərlə mənə baxma sən.

***

Getmisən, qal orda, geriyə dönmə!

Qəribi görəndə danışma, dinmə,

Göylərdə uçurdun, aşağı enmə,

Yağmursuz şimşəktək boşa çaxma sən,

Əzablı gözlərlə mənə baxma sən.

Gözləmə

Səni özümə də qısqanarkən mən,
Duydum ki, sən dünən yadın olmusan.
Ürəyin məndədir, bədənin onda,
Bir evdə belə bir qadın olmusan.

***

Durmadan göz yaşın axıb toyunda.
Hər bir kəs deyib ki, sevincdən axır.
Ən yaxın rəfiqən səni öpəndə,
Demisən :- "bu oyun qəlbimi yaxır".

***

Həyatı oyunla səhv salmısan sən,
Sübhədək nə keçib sənin beynindən?
Toy günün eyvanda keçirməzlər, get,
O oyun libasın çıxart əynindən.

***

Çox şeylər dəyişib dünəndən bəri,
Sən o sən, mən isə o mən deyiləm.
Soyun gəlinliyi, yaşa ömrünü,
Boşuna gözləmə, gələn deyiləm.

Gəlir

İllər qovur bir-birini,

İti gedir, atı gedir.

Gedənlər də geri gəlmir,

Gedənlərin zatı gedir.

***

Buna necə dözə sinə?

Gərək ola təzə sinə,

Meyl edirik təzəsinə,

Gələn daha qatı gəlir.

***

Nə şeytan ol, nə də ki cin,

Nə susqun qal, nə də ki din,

Zalım sevgi hər Qəribin,

Boğazına çatı gəlir.

Fırlanır

Bu dünyadan heç nə anlamıram mən,

Hansı xətlə, hansı cızla fırlanır?

Qiyamətdən əlamətdir, yəqin, bu.

Oğlan oğlan, qız da qızla fırlanır.

***

Sanki hər şey çevrilibdir tərsinə,

Təmizliyi itiribdir tər sinə,

Bilmək olmur düzü nədir, tərsi nə?

Yay qış ilə, payız yazla fırlanır.

***

Ağlar gözlər saxtalaşıb, saxtadır,

Quru gözdə qanlar laxta-laxtadır,

Sanki qəlblər daşdır, ya da taxtadır,

Çox çox ilə, az da azla fırlanır.

***

“Varlı”, ”Kasıb” ayrı-ayrı dünyalar,

Varlıda gen, kasıbdasa dünya dar,

Pul olubdur indi namus, indi ar,

Puldan ötrü xoruz qazla fırlanır.

***

Hər kəs qaçır şan-şöhrətə, ad-sana,

Oğlan qıza, qız dönübdür oğlana,

İndi ceyran çevrilibdir “aslana”,

“Aslan” isə yaman nazla fırlanır.

***

Mən Qəribəm, bu dünyanın qəribi,

Qəlbim olub xəstə canın qəribi,

Siz anlayın, bir az qanın Qəribi,

Çün əlində qələm sazla fırlanır

Sevmək istəyir

Keçmişindən dərs almayıb, yəqin ki,

Dəli könlüm yaman sevmək istəyir.

Meyli salıb tazə açan güllərə,

Qoca yaşda cavan sevmək istəyir.

***

Həyəcanı hiss olunur uzaqdan,

Onu görür özü üçün yeni can,

Sübhü hələ doyurmamış yeni dan,

Acgözlüklə yavan sevmək istəyir.

***

Gözə alıb tikanını, oxunu,

Az hiss edir əzabların çoxunu,

Varı vardır, xəyal edir yoxunu,

Müəmmalı güman sevmək istəyir.

***

Mən Qəribəm, könlüm məndən dəlidir,

Məhəbbətə sarmaşıqdır, zəlidir,

Yar sözünə hər bir sözü “bəli”dir.

Gözlərində duman sevmək istəyir,

Dəli könlüm yaman sevmək istəyir.

Yadıma düşmüsən

Yadıma düşmüsən yenə sən mənim,

Ağlamaq istəyir yaralı qəlbim.

Sən məni tərk edib gedən o gündən,

Qalıbdır sevgidən aralı qəlbim.

***

Yadıma düşmüsən yenə sən mənim,

Qəlbimin yarası yaman sızlayır.

Eşq ilə yaxdığın əbədi alov,

Durmadan odlanır hey cayır-cayır.

***

Yadıma düşmüsən yenə sən mənim,

Sənli xatirələr gəlir beynimə.

İstirab, dərd, kədər toplaşıb bir-bir,

Yük olub yüklənir mənim çiynimə.

***

Yadıma düşmüsən yenə sən mənim,

Dünyada özümə yer tapammıram.

Kədərlə bitişik əkiz olmuşam,

Nə qədər çalışsam, heç qopammıram.

***

Yadıma düşmüsən yenə sən mənim,

Qəribəm, salmışam meyli əcələ.

Bezmişəm, canımı alması üçün,

Vallah yalvararam xeyli əcələ.

Yarali ürəyim

Ay ürəyim, niyə belə dərdlisən?

Yaraların çoxmu səni incidir?

Nazlı yarın nişan alıb atdığı,

Hədəf görən oxmu səni incidir?

***

Ay ürəyim, niyə belə qəmlisən?

Gözlərinin yaşı niyə sel olub?

Yoxsa mənmi təzələdim yaranı?

Toxunduğum, yəqin, sarı tel olub.

***

Ay ürəyim, niyə belə ağladın?

Fəryadından dünya aha büründü.

Çarx eyləyib, tərsə döndü bu dövran,

Ay bataraq günəş gecə göründü.

***

Ay ürəyim, niyə belə Qəribsən?

Vətənsizmi qaldın mənim köksümdə?

Dərd içində qəm dəryası olmusan,

Ümmanamı daldın mənim köksümdə?

Vəfasız

Bu dünya vəfasız deyil, gözəlim,

Vəfasız eyləyən sözlər vəfasız.

Etibar qalmayıb artıq heç nəyə,

Yalanlar yalandır, düzlər vəfasız.

***

Gülüşlər saxtadır, baxışlar saxta,

Enişlər saxtadır, yoxuşlar saxta,

Gözlərdən gur yağan yağışlar saxta,

Yaşları axıdan gözlər vəfasız.

***

Dəyişib təamlar, dəyişib dadlar,

Çox əziz olubdur bizlərə yadlar,

Sevgidən qəlbləri yandırmır odlar,

Qəlblərdə parlayan közlər vəfasız.

***

İnsanlar bənzəyir iki üz aya,

Bir üzü rənglidir, bir üzü saya,

Böyüyüb, dağları bəyənmir qaya,

Üz üzdən utanmır, üzlər vəfasız.

***

Həyatı çevirdik soyuq məzara,

Satmağa çıxardıq eşqi bazara,

Qəribəm, gəlmişəm belə qərara,

Dünyanı edirik bizlər vəfasız.

Gec-tez

Həyat yaman qəribədir.

Ya gec verər, ya da ki tez.

Sənin üçün doğru yolu,

Gərəkdir ki, vaxtında sez.

Ya gec verər, ya da ki tez.

***

Üç-beş günə gəlib ötür,

Payın nəsə, onu götür.

Zamanında dövranın sür,

Aparacan on metrə bez,

Ya gec verər, ya da ki tez.

***

Dünya özü “murad atı”,

Boğazına bağla çatı,

Sən gözləmə mükafatı,

Bir naxış vur, eylə firez,

Ya gec verər, ya da ki tez.

Gəl

Ən xoşbəxt anımda getmişdin mənim,

Sevincdən göz yaşım töküləndə gəl.

İndi yanğınlarla doludur qəlbim,

Qəlbimə çiçəklər əkiləndə gəl.

***

Tələsmə gəlməyə, bir azca yuban,

Xaraba qalıbdır qəlbimdə oban,

Üstümə sərilib sənin dərd əban,

O qara buludlar çəkiləndə gəl.

***

İstəməm görəsən məni bu halda,

Qalmışam geridən geridə, dalda,

Yalnızca gerçəkdə deyil, xəyalda,

Dərdlərin biləyi büküləndə gəl.

***

Qəribəm, olmuşam elin Qəribi,

Dərd ilə köklənmiş telin Qəribi,

İstəməm ağlasın elin Qəribi,

Köksümdən dərdlərim söküləndə gəl.

Məhəbbətin gücünə bax

Məhəbbətin gücünə bax.

Ürəyimi od eylədi.

Qıfıl vurdu, möhür vurdu,
Tapılmayan kod eylədi.

***

Məhəbbətin gücünə bax.

Pərçimləndi ürəyimə.
Ürək kimi, nəfəs kimi,
Döndü mənim gərəyimə.

***

Məhəbbətin gücünə bax.

Bu dünyanın təməlidir.

Qul olanın nə həddinə,
Yaradanın əməlidir.

***

Məhəbbətin gücünə bax.

Məhəbbətdən yarandıq biz.

Məhəbbətin qüdrətinə,
Hər bir insan çökübdü diz.

***

Məhəbbətin gücünə bax.

Məni etdi Eşqi-Qərib.
Mən öləndə deyəcəklər,
"Eşqdən getdi Eşqi-Qərib".

Nə olar ki?

Mən bir dəli,

Eşqə zəli,

Desən bəli,

Nə olar ki?

***

Mən bir avaz,

Çox etmə naz,

Eyləsən az,

Nə olar ki?

***

Mən bir avam,

Eşqə davam,

Olsan yuvam,

Nə olar ki?

***

Mən bir sənəm,

Sən də mənəm,

Olsan tənəm,

Nə olar ki?

***

Mən bir paşa,

Vurma daşa,

Mənlə yaşa,

Nə olar ki?

***

Mən bir Qərib...

Sandım

Bu necə bir gözəllikdir?

Səni görüb, huri sandım.

Heyran oldum camalına,

Mələklərdən biri sandım.

***

Baxışların dərdə dərman,

Baxanlara deyir ki, "yan".

Aşiqinə verirsən can,

Ölmüş eşqi diri sandım.

***

Sinə dümağ, elə bil qar,

Üzərini örtür saçlar,

Bu dünyada səni, ey yar,

Cənnətin bir yeri sandım.

***

Təkrar edib sözlərimi,

Gülümsətdin üzlərimi,

Sanki açsam gözlərimi,

Gedəcəksən geri sandım.

***

"Can" söylədim, canım oldun,

Zülmətimdə danım oldun,

Hər dəqiqəm, anım oldun,

Zamanımın "piri" sandım.

Sən məhəbbət qatilisən

Mən sevgiyəm, məhəbbətəm,

Sən məhəbbət qatilisən.

Amma gücün mənə çatmaz.

Atdığın qəm nizələrin,

Mənə çatmaz, mənə batmaz.

Məhəbbətdə sədaqətəm.

***

Sən sədaqət qatilisən.

Boşa atma oxlarını,

Tuş gələcək bir gün daşa,

Yaralama çoxlarını.

Tərəfsizəm, ədalətəm.

***

Haqq-ədalət qatilisən.

Qan götürüb hər bir yanı.

Təəccüblü təkcə budur,

Qorxu tutub tüm dünyanı.

Məhəbbətdə cəsarətəm.

***

Sən cəsarət qatilisən.

Səni eşqlə həbs edəcəm.

Məhəbbətlə edam edib,

Cəhənnəmə mən gedəcəm.

Günahları at boynuma,

Gəl atəşi sal qoynuma,

Sevgimlə mən fərasətəm.

Sən fərasət qatilisən.

Sevmək necə gözəldir

Sevmək necə gözəldir.
Dünya sənin sanırsan,
Gözlərini yumursan,
Yalnız sevinc umursan.
Fərqi yoxdur sevgidən
Alışırsan?
Yanırsan?
Öz- özünə inan sən,
Kədəri də danırsan.
Hər sevincdən əzəldir.
Sevmək necəgözəldir.

***
Sevmək necə gözəldir.

Uşaqliğa dönürsən.
Düşünmürsən heç nəyi,
Göstərmirsən heç səyi,
Zaman özü aparır,
Səni səndən qoparır.
Hər əzabı yenirsən.
Buna görə özəldir.
Sevmək necə gözəldir.

***
Sevmək necə gözəldir.
Cənnət həzzi duyursan,
Mələklərə uyursan.
Aləm xəyal eyləyən,
Tək arzumdur söyləyən
Xoşbəxtliyə doyursan.
Əyriləri düzəldir.
Sevmək necə gözəldir.

Sevim səni

Əsl sevmək havasıdır,

Gəl mən yenə sevim səni.

Pərvanətək ətrafına,

Dönə-dönə sevim səni.

***

Damarımda qan oyansın,

Zülmətlərdən dan oyansın,

Yatmış zaman, an oyansın,

Baxım sənə, sevim səni.

***

Dəfələrcə bunu dedim,

Qəribliyə vida edim,

Nə istəsən, indi edim,

Söylə mənə, sevim səni?

Qollarında ölüm sənin

Arzum budur, mən öləndə,

Qollarında ölüm sənin.

Son nəfəsdə gözlərinə,

Baxıb bir dəm gülüm sənin,

Qollarında ölüm sənin.

***

Sevgini de dönə-dönə,

Şükr edərəm mən o günə,

Dərdin varsa, gəlsin mənə,

Dərdlərini bölüm sənin,

Qollarında ölüm sənin.

***

Hər dərdini bölərəm mən,

Göz yaşını silərəm mən,

Gülə-gülə ölərəm mən.

Qoymam olsun zülm sənin,

Qollarında ölüm sənin.

***

De ki, məni yumasınlar,

Bədənimdə xoş qoxun var.

Hara getsən, ey nazlı yar,

O qoxunla gəlim sənin,

Qollarında ölüm sənin.

***

Dünya yaddır, mənsə Qərib,

Zülmət yerli, çənsə Qərib,

Öz sözündən dönsə Qərib,

Olsun ayım, ilim sənin,

Qollarında ölüm sənin.

Sevmişəm

Səndə nə duyğu var, nə də hissiyat,
Elə bil qayanı, daşı sevmişəm.
Qəlbimə girənlər gözümdən axdı,
Bəlkə də, gözümdə yaşı sevmişəm.

***
İllərcə döz dedim özüm özümə,
Nə hikmət oldusa, baxdım sözümə.
İndi utanıram çıxım üzümə,
Sevgidə şikəsti, çaşı sevmişəm.

***
Sonra düşünürəm, olub olanlar,
Keçmişdə qalıbdır şirin yalanlar,
Axı gələcəkdə böyük ümid var.
Artıq ayılmışam, naşı sevmişəm.

Bəxtim, səndən gileyliyəm

Hər zaman üzmüsən, qırmısan məni,

Bəxtim, səndən gileyliyəm, gileyli.

Sən mənə nə verdin, nə istəyirsən?

Dərd, kədər yönəldib ömrümə meyli.

***

Bugünki halımdan sənsən günahkar,

Bu geniş dünyanı mənə etdin dar,

Ağlatdın, incitdin, oldum ahu-zar,

“Ah-vahlı”, “vay-vaylı”, “haraylı”, “heyli”,

Bəxtim, səndən gileyliyəm, gileyli.

***

Daha inanmıram bəxtə, taleyə,

Bir səbəb qalmayıb, inanım niyə?

Qəribəm, əlimi açaraq göyə,

Mən səni şikayət eylədim xeyli,

Bəxtim, səndən gileyliyəm, gileyli.

Bilirsənmi nə çəkirəm?

Tərk eləyib getmək asan,

Bilirsənmi nə çəkirəm?

Sənsiz qalan eşq bağçama,

Hər gün kədər, qəm əkirəm,

Bilirsənmi nə çəkirəm?

***

Gözlərimdə yaş qalmayıb,

Daş üstündə daş qalmayıb,

Bədənimdə baş qalmayıb,

Əvəzinə dərd tikirəm,

Bilirsənmi nə çəkirəm?

***

Yalnız səni biləcəyəm,

Sanma sənsiz güləcəyəm,

Belə getsə, öləcəyəm.

Bu gün yaman bədfikirəm,

Bilirsənmi nə çəkirəm?

***

Zərrəsi yox heç dözümün,

Dəyəri yox bir sözümün,

Hər gün sənsiz öz-özümün,

Qamətimi mən bükürəm,

Bilirsənmi nə çəkirəm?

***

Dünya mənə olubdu dar,

Qərib yaman eyləyir zar,

Sənsiz hər an , ey nazlı yar,

Gözlərimdən yaş tökürəm,

Bilirsənmi nə çəkirəm?

Çəkirəm

Bir loxma sevginin acı olmuşam,

İllərdi həsrətlə həsrət çəkirəm.

İstirab şahdirsa, tacı olmuşam,

Arıtək tikandan şəhvət çəkirəm.

***

Amma ki, hər çiçək olmayır doğma,

Yaddırsa olacaq canına boğma.

Dil tökmə, fayda yox, anlamaz yağma,

Onunçün nə çəksəm, xəlvət çəkirəm.

***

Susduqca içimi yeyir istirab,

Dözmürəm bu dərdə, gətirmirəm tab,

Qəribəm, kədərdən doldurub bir qab,

Əminlik olmadan əlbət çəkirəm.

Ayrılıq simfoniyası

Hər vaxt səni itirməzlər,

Bir gün də sən itirərsən.

İtirməyi anlayarsan,

Nə vaxt ki, "mən" itirərsən.

Ağlayarsan gecə-gündüz,

Öz başına döyə-döyə.

Tutunmağa dalın qalmaz,

Çevrilərsən sən heç nəyə.

Yaşamağın dadı qalmaz,

Zövq almazsan zövqlərindən.

Alov düşər ürəyinə,

Sızlayarsan ən dərindən.

Yalvararsan, şans dilərsən,

O şans bir də olmaz daha.

Keçmişintək baxmayaydın,

Gərək gələn hər sabaha.

Hər vaxt səni itirməzlər,

Bir gün də sən itirərsən.

Öz başına döyə-döyə,

Həyatını bitirərsən.

Olmaz olmaz

Payızın sonunda qış olur mütləq.

Hər qışın sonunda yaz olmaz olamaz.

Ağaran saçlarla, bükülən bellə,

İnsanın həyatı saz olmaz olmaz.

Nəsihət qulağa olmalı sırğa,

Qatırı ha çapsan yeriməz yorğa.

Bülbültək çəməndə ötəmməz qarğa,

Toyuqdan həyətə qaz olmaz olmaz.

Cənnətin, bəlkə də, çıxıbdır adı,

Hər daddan əzizdir dünyanın dadı.

Çatsa da yüz yaşa insan övladı,

Sabaha ümidi az olmaz olmaz.

Yuvasız quşlar

Yuva qurmur daha quşlar,
Budaqlarda gecələyir.
Hər şeydə bir xeyir varmış,
Görən bunda varmı xeyir.

Sığınacaq olur hələ,
Budaqların yarpaqları.
Yaydan sonra payız gəlir,
Sonra isə qışı, qarı.

Ağac deyil axı budaq,
Bir oyuğu yuva ola.
Yaş ötəndən sonra gənclik
Çətin dərdə dəva ola.

Nə mənası var?

Dəftər eyni dəftər olduqdan sonra,

Yeni səhifənin nə mənası var?

Yazılan yazılar təkrar gələcək,

Dərd verən o günlər yenə də olar,

Yeni səhifənin nə mənası var?

***

Bəlkə də, ayrılıq daha gözəldir,

Sevgimiz ayrıykən daha özəldir,

Zaman öz səhfini özü düzəldir.

Bəlkə də, xeyirdir bizə intizar,

Yeni səhifənin nə mənası var?

***

Bəlkə də, barışsaq çox pis olacaq,

Sevgimiz bizimçün iblis olacaq,

Onda qəlbimizdə bir hiss olacaq,

“Yaxşıdır belə bir həyatdan məzar”,

Yeni səhifənin nə mənası var?

Səni sevəcəyəm uzaqdan daha

Səni sevəcəyəm uzaqdan daha,

Yanına gələndə ürəyim əsir.

Qəlbimdən keçəni demək istəsəm,

Dodağım titrəyir, dilim tələsir.

***

Səni sevəcəyəm uzaqdan daha,

Ürəyim kədərdən qabar bağlayır.

Sən necə daş qəlbli olmusan belə?

Səninlə gəzdiyim yollar ağlayır.

***

Səni sevəcəyəm uzaqdan daha,

Həsrətin özündən vəfalıdır, yar.

Hayana getsə də qayıdır geri,

Bilir ki, yolunu gözləyəni var.

***

Səni sevəcəyəm uzaqdan daha,

Gözümün yaşını görməmən üçün.

Sevdiyin, öpdüyün ala gözlərim,

Buluda dönübdür yenə də bu gün.

***

Səni sevəcəyəm uzaqdan daha,

Sənin yoxluğunla evlənəcəyəm.

Səni canından çox sevən Qəribin,

Sənsizkən də xoşbəxt olarmı bəyəm?

Kimdir günahkar?


Hicran düşdü aralığa səbəbsiz.
Günahkarı sənsən, yoxsa mən, gülüm?
Tapammadıq düzənlikdə doğru iz,
Olammadıq biz bərabər, tən, gülüm.
Günahkarı sənsən, yoxsa mən, gülüm?

***
Tutdurmadıq qədərini qədərin,
Dostu olduq istirabın, kədərin.
Dərd dərinmiş, dərin, dərin, nə dərin.
Ətrafımız duman, çiskin, çən, gülüm.
Günahkarı sənsən, yoxsa mən, gülüm?

***
Dağ-dağ olub dağlarımız dağladı,
Fəryadımız çulğaladı, çağladı,
Halımıza zalımlar da ağladı.
Başımıza göydən yağdı dən, gülüm.
Günahkarı sənsən, yoxsa mən, gülüm?

***
Qərib olub qəribsədim elimdə,
Fəğanlarım düyünləndi dilimdə,
Bir bülbüləm, könlüm qalıb gülümdə,
O gülüm də sənsən, bil ki, sən, gülüm.
Bu həsrətin, bu hicranın, bu qəmin,
Günahkarı sənsən, yoxsa mən, gülüm?

Nədəndir?

Qışdan sonra bahar gəlir cahana,

Mənim ömrüm hey qış olur, nədəndir?

Bülbül ötür hər bir kəsin bağında,

Məndə isə bayquş olur, nədəndir?

***

Bilmirəm mən neyləmişəm fələyə,

Salır məni çıxılmaza, kələyə,

Layla üçün bürələyir bələyə,

Nəticəsi qarğış olur, nədəndir?

***

Əl sallasam, əllisindən dərd gəlir,

Bu gün gələn dünənkindən sərt gəlir,

Tale quşum gedir, geri pərt gəlir,

Qərib könlüm yatmış olur, nədəndir?

Özün seç

Bu gecə yuxuma qonaq idin sən,

Adəti üzrə bir süfrəm də vardı.

Şamlar da yanırdı baş-başa verib,

Sən mənə yar idin, şam şama yardı.

***

Yerində əyləşib baxırdın mənə,

Mənsə, badələrə eşqdən süzürdüm.

Hər bir şey tamamdı, amma ki yenə,

Boş qalan qablara sevgi düzürdüm.

***

Sevgidən yeyirdik, eşqdən içirdik,

Göz-gözə baxırdıq dəqiqələrcə.

Bəzən özümüzdən xeyli keçirdik,

Qəlbimiz oyanıq qalırdı bircə.

***

Sevirdik, sevirdik.... Yeyib içdikcə,

Səhər olmağını istəmirdik heç.

Sənin ümidinə qalıbdır təkcə.

Yuxunu gerçəyə çevirmək asan,

Söylə ki, “ey Qərib, gerçəyə oyan”.

Ya da ki, yuxuda qalım hər zaman.

Səhər olmağını istəmirəm heç.

Yuxumu? Gerçəkmi?

Bunu özün seç.

Sevgi

Qapıdan qovurdum, bacadan girdi,

Ömrümü viranə çevirdi sevgi.

Krallıq qurmuşdum öz ürəyimdə,

Taxtımı-tacımı devirdi sevgi,

Ömrümü viranə çevirdi sevgi.

***

Qaydasız-qanunsuz hücuma keçdi,

Qəlbimi özünün hədəfi seçdi,

Canıma qəsd etdi, qanımı içdi.

Kim deyib insana xeyirdi sevgi?

Ömrümü viranə çevirdi sevgi.

***

Kədərlə birləşib, dərdlə dost oldu,

Gözümü çıxartdı, saçımı yoldu,

Saraldı, açmamış gülşənim soldu.

Incəltdi, ip kimi əyirdi sevgi,

Ömrümü viranə çevirdi sevgi.

***

Doymadı, ömrümü eylədi qara,

Bu geniş dünyanı çevirdi dara,

Duasız, qibləsiz qoydu məzara.

Sonra sümüyümü gəmirdi sevgi,

Ömrümü viranə çevirdi sevgi.

***

Qəribəm, sevgidən düşmüşəm aha,

Sevginin əzabı ömürdən baha,

Tövbəkar olmuşam, sevmərəm daha.

Başından sirrini demirdi sevgi,

Ömrümü viranə çevirdi sevgi.

Nə olar bir səhər

Nə olar bir səhər qapımı döysən,

Desən ki, “əbədi dönmüşəm sənə”.

Gedərkən demişdin, “dönmərəm daha”,

Amma ki, ümidim qalıbdır yenə.

***

Nə olar bir səhər günəş kimi sən,

İşıqlı nurunu ömrümə saçsan,

Gedəndə qəlbimi möhürləmişdin,

Sevginlə gözəl bir sevgiyə açsan.

***

Nə olar bir səhər sərin meh kimi,

Alışan qəlbimə sərinlik versən,

Sən gedən o gündən viran olmuşam,

Ürəyin alışar əgər ki, görsən.

***

Nə olar bir səhər Qəribini sən,

Oyatsan, səsinlə, xoş avazınla.

Ya da ki gələrək məzarım üstə,

Qəlbini boşalt sən daşa yazınla.

Rəsmini çək, rəssam əmi

Rəsmini çək, rəssam əmi,

Qəlbimdəki məhəbbətin.

Görünəni həkk eləmək,

Olmamalı sənə çətin.

***

Rəsmini çək, rəssam əmi,

Ürəyimdə olan dağın.

Fırçan ilə topla, rəngli

Boyaları yığın-yığın.

***

Rəsmini çək, rəssam əmi,

Saf eşqimin rənglərinin.

Fırça, kətan söhbət etsin,

Sən nə danış, nə də ki din.

***

Rəsmini çək, rəssam əmi,

Hər ahımın, hər vahımın.

Kədər dolu gecələrin,

Çilə dolu sabahımın.

***

Rəsmini çək, rəssam əmi,

Dərdlə keçən illərimin.

Susuzluqdan, qaranlıqdan,

Solan qönçə güllərimin.

***

Rəsmini çək, rəssam əmi,

Yaşadığım Qəribliyin.

Çək, sadəcə olanı çək.

Geyindirmə başqa əyin.

Şansımız yoxdur

Dağ dağa qovuşar, amma təəssüf,

Bizim qovuşmağa şansımız yoxdur.

Üz üzdən utanır, üz-üzə gəlib,

Nəsə danışmağa şansımız yoxdur.

***

Bu zindan dünyada sənsiz nə edim?

Hədəfsiz qalmışam, hayana gedim?

Deməməm gərəkən sözləri dedim,

Indi barışmağa şansımız yoxdur.

***

Dilim-dilim olsun, dilim söylədi,

Nə etdi bilmirəm, şeytan eylədi,

Fitnəyə, fəsada, kinə heylədi,

Dərdlə yarışmağa şansımız yoxdur.

***

Damlaya-damlaya göl oldu nifaq,

Necə də xoşbəxtdik biz ondan qabaq,

Ömrümdə sönübdür eşq adlı ocaq,

Onsuz sayrışmağa şansımız yoxdur.

***

Səhv yoldan ayrılıb bir düzə gəlsək,

Hicranı gətirib biz dizə, gəlsək,

Nə vaxtsa, hardasa, üz-üzə gəlsək,

Nəsə soruşmağa şansımız yoxdur.

***

Eşq şahı olubdur hicran nökəri,

Hər an axıdıram mən əcəl təri,

Qəribəm, qəlbimdən atsam da şəri,

Dərdə alışmağa şansımız yoxdur.

Deyə

Yenə soyuq,

Yenə yağış,

Yenə tək.

Dolaşıram küçələri sən deyə.

Hamı deyir:”Gəl bu yoldan bir əl çək”,

Söyləyirlər dəlilərə tən deyə.

***

Küçən qibləm,

Evin yönüm,

Sən canım.

Gur atəş ol, alovuna odlanım.

Hamı bilir, bunu səndən nə danım?

Hüzünlüyəm, düşüb saça dən deyə.

***

Kədər xəfif,

Çilə yüngül,

Dərd hədər.

Hər birisi bir gəlibdi, bir gedər.

Alışqınam, bunlar olmasa əgər,

Hayqıraram duman deyə, çən deyə.

***

Mən Qəribəm.

Həm qəribəm,

Həm Qərib.

Məni Allah sevmək üçün göndərib.

Kim qəlbinə sevgidən xalı sərib,

Mən var ikən deməsin o “mən” deyə.

İstirab

Sən mənim eşqimin ilk pərdəsisən,
Sonuncu pərdəsi istirabdı, gəl.
Dayana bilmirəm artıq bu dərdə,
Qalmayıb taqətim, bu, son tabdı, gəl.

***

Kədərdən qan tutub ala gözümü,
Söyləyə bilmirəm hər bir sözümü,
Mən edam etmişəm özüm özümü,
Torpağa tapşırmaq bir savabdı, gəl.

***

Göylərlə əlləşir Qərib xəyalım,
Hal kimi hal deyil, halsızdı halım,
Qoyma sən kimsəsiz, sahibsiz qalım,
İstəyim bir kəfən, bir də qabdı, gəl.

Kədərdə qoyma

Kədər mürgüləyir mənim ömrümdə,

Əbədi yatmağa qoyma, nə olar.

Dərd dərdə calansa atar alova,

Yanaram atmağa qoyma, nə olar.

***

Gözümün önünü bürüyübdü çən,

Saçıma aramca düşməkdədir dən,

Təzəcə qaçmışam dərdin əlindən,

Arxamdan çatmağa qoyma, nə olar.

***

Eşq ilə dövr edir damarda qanım,

Əzabla doludur sənsiz hər anım,

Ağrıyır, sızlayır, inləyir canım,

Ahlara batmağa qoyma, nə olar.

***

Sevginlə sağalt sən di gəl Qəribi,

Özünə eylə xoş əməl Qəribi,

Dünyadan alaraq əcəl Qəribi,

Torpağa qatmağa qoyma, nə olar.

O qız səni andırır

O qız səni andırır.

Baxışları doğmadı.

Həmən əda, həmən naz,

Eşqim eylədi pərvaz,

Onda səndən var bir az.

Mənə məni dandırır.

***

O qız səni andırır.

Gözüm doldu, yağmadı.

Qəlbə axdı sel kimi,

Sızıldadı tel kimi,

Səhradakı yel kimi,

Məni yaxır, yandırır.

***

O qız səni andırır.

Həsrət ağı, boğmadı.

Hər kəsdə sən gəzirəm,

Gəzməkdən də bezirəm,

İnan çətin dözürəm.

Dərd ölümü andırır,

O qız səni andırır,

Hamı səni andırır.

Səndə-məndə

Uşaq vaxtı oynayardıq,

“Ya səndədi, ya da məndə”.

Biz səninlə əlbir olub,

“Bənövşəni” saldıq bəndə,

Ya səndədi, ya da məndə.

***

İndi oyun bitti, gülüm,

Həyat gerçək, haqdır ölüm,

Axıb gedir ayım, ilim,

Mənim könlüm qalıb səndə,

Nə səndədi, nə də məndə.

***

Qəlbim yanıb qor olmuşam,

Həsrətindən kor olmuşam,

İnan yaman yorulmuşam,

Tufan, boran, çovğun, çəndə,

Ya səndədi, ya da məndə.

***

Gülməyibdir üzüm bir an,

Sən özünü bəxtəvər san,

Artıq bezib bu dünyadan,

Məskən qurdum “Qərib Kəndə”,

Nə səndədi, nə də məndə.

Ürəyi

Cəhənnəmin alovuna
Alışdırar söz ürəyi.
Görən elə düşünər ki,
Qor-qor edib köz ürəyi.

***
Bəzən ömrə gül bitirər,
Bəzən ömrü tam bitirər,
Öz ahına tab gətirər,
Hər insanın öz ürəyi.

***
Şirin sözü pus əbədi,
Ya da qanlar qus əbədi.
Qərib, bəsdi, sus əbədi,
Yandırmamış söz ürəyi.

Sus

Boşa yorma sözlərini,

Sus, danışma, dinmə daha.

Olduğundan aşağıya,

Enmə daha, enmə daha,

Sus, danışma, dinmə daha.

***

Son sözünü deyib getdin,

Qamətimi əyib getdin,

Şeytan donun geyib getdin.

Faydası yox, dönmə daha,

Sus, danışma, dinmə daha.

***

Hər bir sözün yalan-dolan,

Unut getsin, olub olan,

Mən olmuşam hər an solan.

Köklərimə sinmə daha,

Sus, danışma, dinmə daha.

***

Saf eşqimi çökdürdün diz,

Dərdlə saldın qəlbimə iz,

Qoy xatirən qalsın təmiz.

Şeytanını minmə daha,

Sus, danışma, dinmə daha.

***

Dərdə zəfər çalacağam,

Sevgidən zövq alacağam,

Həmin Qərib qalacağam.

Bir də deyim, dönmə daha,

Sus, danışma, dinmə daha.

Ana

Dünya məni yaman yorub,

Qalmayıbdır dözüm, ana.

Hərdən baxıb öz-özümü,

Tanımıram özüm, ana.

***

Ürəyimə doldu qada,

Doğma, yaxin döndü yada.

Ümman kimi bu dünyada,

Yelkənim yox üzüm, ana.

***

Dövr eyləyib zaman gəldi,

Qaranlıqlar yaman gəldi,

Günəş getdi, duman gəldi,

Görməz oldu gözüm, ana.

***

Fələk məni hədəf bildi,

Atəş edib qəlbi dəldi.

Nə olsun ki, biri gəldi?

Getdi onum, yüzüm, ana.

***

Qərib dərdli, ağlar olub,

Ürəyini dağlar olub,

Susub, qara bağlar olub,

Tükənibdir sözüm, ana.

Qurban sənə özüm, ana.

Anamı yadıma saldım

Bir ana gördüm ki, gözləri yaşlı,

O anda anamı yadıma saldım.

Niyə ağlayırdı nurlu gözüylə?

Düşündüm, daşındım, xəyala daldım,

Kədərli anamı yadıma saldım.

***

Bükülüb qaməti, əyilib qəddi,

Ömrünə çəkilib qocalıq səddi,

“Cənnətdən əzizdir ananın cəddi”.

Peyğəmbər irsindən mən bunu aldım,

Müqəddəs anamı yadıma saldım.

***

Nə olub? Övladı atıbdır, bəlkə,

Ya da ki, yuxusun qatıbdır, bəlkə,

Ömrünün sonuna çatıbdır, bəlkə.

Gözlərim yaşardı, yerimdə qaldım,

Ağlayan anamı yadıma saldım.

***

Yaxına getdim ki, silim gözünü,

Soruşum, anlayım, duyum sözünü,

Taqəti yox idi tutsun özünü,

Yıxıldı, dolmuşdum, yağdım, boşaldım,

Yıxılan anamı yadıma saldım.

***

Bir ana ölmüşdü tək-tənha bu gün,

Aləmi qaranlıq bürüdü bütün,

Utandım mən insan olduğum üçün.

Bir ildə, bəlkə də, yüz il qocaldım,

Qocalmış anamı yadıma saldım.

Bilə-bilə

Sevgi sənə bənzəyir çox.

Bəlkə, sevgi sənsən elə?

Ya da sənin bənzərin yox.

Hərədə bir sən axtardım.

“ Olsun elə, olsun belə”,

Axtardığım bilmirəm nə.

Yoxsa, bunlar bir bəhanə?

Səndə də sən tapammırdım,

Başqasında tapım necə?

Özümü salmışam gücə,

Olmayacaq, bilə-bilə.

Bir ata gördüm

Övladı ölümlə pəncələşərkən,

Çarəsiz ağlayan bir ata gördüm.

Bilir ki, dünyadan köçəcək erkən,

Qaralar bağlayan bir ata gördüm,

Çarəsiz ağlayan bir ata gördüm.

***

Yardıma möhtacdır, acizdir kasıb,

İstəyir qurtulsun özünü asıb,

Sızlayan oğlunu bağrına basıb,

Qəlbini dağlayan bir ata gördüm,

Çarəsiz ağlayan bir ata gördüm.

***

Gənc yaşda düşübdür saçlarına dən,

Gözünün önünü bürüyübdü çən,

Canının parçası oğlu sağ ikən,

Yasını saxlayan bir ata gördüm,

Çarəsiz ağlayan bir ata gördüm.

Can istə

Həkim xəstə,

Dərman xəstə

...və xəstə.

Beləcə də həyat bitir ahəstə.

Xərcləyirik xırda ömrü xırdatək,

Gəl indi sən can verəndən can istə.

***

Yeyib içmək,

Gülüb keçmək

...və seçmək.

Belə həyat xoşumuza gəlir tək.

Rahatlıqdan eyləyirik hətta şəkk.

Haramlar da murdar qoxur nəfəsdə,

Gəl indi sən can verəndən can istə

***

Olar betər,

Ömür bitər

...və betər.

Yolumuzdan çıxarmasın bizi şər.

Çalış hər an şeytanlara sinə gər.

Yoxsa olar ruhun damdar qəfəsdə,

Üzün varsa, can verəndən can istə.

***

Gəlmə qərib,

Yerli qərib,

Mən Qərib.

Allah bizi sınamağa göndərib.

Bu dünyada cənnət üçün gül dərib,

Kim olubsa hər an belə həvəsdə,

Bax o zaman can verəndən can istə.

Azan səsi eşidəndə

İnan bütün dünya durur,

Azan səsi eşidəndə.

Xəstələr də cana gəlir,

Azan səsi eşidəndə.

***

Ürəklərdə işıq yanır,

Mömün özün xoşbəxt sanır,

Hər bir varlıq rəbbi anır,

Azan səsi eşidəndə.

***

Rəbbim bizə verib baxtı,

Namaz olub cənnət taxtı,

Olacaqdır şurun vaxtı,

Azan səsi eşidəndə.

***

Təmiz ruhlar qidalanır,

Minarələr ədalanır,

Göydə quşlar sədalanır,

Azan səsi eşidəndə.

***

Şeytan bizdən uzaq qaçır,

Bu dünyaya günəş saçır,

Cənnətdə də güllər açır,

Azan səsi eşidəndə.

***

Qərib olub sözün mərdi,

Ürəyini açıb sərdi,

Unuduram hər bir dərdi,

Azan səsi eşidəndə.

Bu gün sənin ad günündü

Bu gün sənin ad günündür, sevdiyim,

Dərdlərim köz üstə dəm alıb yaman.

Bəlkə də, sevincə qərq olmusan sən,

Mənəsə istirab verməyir aman.

Sən ayri bir halda, mən ayrı halda,

Sən gerçək dünyada, mənsə xəyalda.

***

Dərdlərə sinəmi mən gərəmmirəm,

Bu günü “o günə” döndərəmmirəm,

Hədiyyə almışam, göndərəmmirəm.

Qəbul etməyinə etmirəm güman.

Mən kasıb, sən isə cahü-cəlalda,

Sən gerçək dünyada, mənsə xəyalda.

***

Yenə də hekayə uydurmuşam mən,

Bir Qərib dünyaya baş vurmuşam mən,

Kədərin içinə yurd qurmuşam mən.

Sənsizkən beləcə dövr edir zaman.

Xoşbəxtsən, Qəribin dərdi-məlalda,

Sən gerçək dünyada, mənsə xəyalda.

CanınI qurban et torpağa, oğul

Səni böyütmüşəm vətənim üçün,

Canını qurban et torpağa, oğul.

Vətən namusundur, qeyrət yolunda,

Tabutun sarılsın bayrağa, oğul.

***

Ah-nalən qəlbimi yaxmaz, inan ki,

Qəlbimdə şimşəklər çaxmaz, inan ki,

Gözümün yaşları axmaz, inan ki,

Qoymasan yurduma qar yağa, oğul,

Canını qurban et torpağa, oğul.

***

Atıl döyüşlərə ” Ya Allah” deyə,

Haqq səsin ucalsın əlçaltmaz göyə.

Nə vaxt görülüb ki, Türk boyun əyə

Şərəfsiz, biqeyrət, yaltağa, oğul?

Anantək sahib çıx torpağa, oğul.

***

Nəzər sal, xalqımın soyuna bir bax,

Şəhadət adlanan toyuna bir bax,

Dünyada dövr edən oyuna bir bax.

Elin layiqdirmi tapdağa, oğul,

Canını qurban et torpağa, oğul.

Çətin olacaq

O qədər istirab, kədər görmüşəm,
Bir daha gülməyim çətin olacaq.
Bu boyda həyatı hədər sürmüşəm,
Nəyisə bölməyim çətin olacaq.

***

Yamanca qaralıb bu işə qanım,
Zülmətə çevrilib toranlıq danım,
Nə adım qalacaq, nə də ki sanım.
Sanmıram ölməyim çətin olacaq.

***

Sümüyüm sızlasa yeddinci qatda,
Şənlik də olacaq, toyda, büsat da,
Heç kimsə yadına salmaz da hətta.
Bu halı bilməyim çətin olacaq.

***

Çoxuna bir təbib, bir həkim oldum,
Müəllim, ya usta, ya hər kim oldum,
Bir şair yerinə münəccim oldum.
Özümə gəlməyim çətin olacaq.

Dağlar məni haraylayır

Dağlar məni haraylayır.

Mən gedimmi, getməyimmi?

Gül-gülüstan yaylağında,

Çiçək olub bitməyimmi?

***

Dağlar məni haraylayır.

Ova, meşə, dərə, çayır

Baxanlara sevinc yayır.

Bülbül olub ötməyimmi?

***

Dağlar mənə gəl-gəl deyir.

Hər bir otu dərman, xeyir,

Bahar vaxtı “cənnət” geyir.

Cənnətində itməyimmi?

***

Qərib oğlu o dağların,

Aşiqiyəm boran, qarın.

Mənə verib dövri-varın.

Canı qurban etməyimmi?

Daha şeir yazmayacam

Daha şeir yazmayacam.
Çünki hamı şeir yazır.
Xəbəri yox yazdığıyla,
Şeiriyyata məzar qazır.

***

Daha şeir yazmayacam.
Mən küsmüşəm misralara.
Sözlərimə əməl etmir,
Ağ deyirəm, deyir qara.

***

Daha şeir yazmayacam.
Başqa nəsə yazacağam.
Yazdığıma bir ad qoyub,
Ənənəni pozacağam.

***

Daha şeir yazmayacam.
Qəriblikdən əl çəkirəm.
Sözlərimi toxum edib,
Ürəklərə söz əkirəm.

Daha şeir yazmayacam!

Dodaqdəyməz

Dağdan axar sular sərin,

Yataqları olar dərin,

Ürəyində sevgi yoxdur,

Naz eyləyən gözəllərin.

***

Olsa əgər, nazdan qaçar,

Ürəyinin sirrin açar,

Aşiq olan qalır naçar,

Zindan edir nurlu yerin.

***

Eşq Sultanı dərdlə dolu,

Çiləlidir sağı-solu,

Eşq yoludur doğru yolu,

Yağısıdır şeytan şərin.

Təcnis

Dərd vermisən, sevinərək almışam,

Ay əndamlı, ay günəştək yaxalı

Yanan gündən görən yanıb almı şam?!

Bəlkə olub sən qəlbimi yaxalı.

Əzab mənim qəlbim üçün yarandı,

Görmədim ki, düzə çıxa yar andı.

Məni yaxan sənin qara yarandı,

Sıraladın ya ləkəni, ya xalı.

Bundan sonra ürəyimi yaralar,

Ağrı verməz daha mənə yaralar.

Qərib üçün son nəfəsdə yar alar,

Nə fərqi var, ya kəfəndi, ya xalı?

Dostluq

Gərəkdir hər zaman qədrini bilək,

Allahın verdiyi nemətdi dostluq.

Dünyanın varından daha dəyərli,

Ilahi varlıqdı, zinətdi dostluq.

***

Hər şeydən üstündü, hər şeydən uca,

Dünyadan alidir, dünyadan qoca,

Fərq etməz, yaşlıdır, ya da balaca,

Safdırsa, ən böyük qüdrətdi dostluq.

***

Təmənna güdmədən olması gərək,

Qəlblərə saflıqla dolması gərək,

Ürəkdə əbədi qalması gərək,

Sarsılmaz sevgidi, şövkətdi dostluq.

***

Çalış ki, dostluqda çıxasan zilə,

Heç bir vaxt acı söz gəlməsin dilə,

Qəribəm, deyirəm mən bilə-bilə,

Allahdan dünyaya rəhmətdi dostluq.

Dünya

Planı var, yəqin, çəkib yaradan,
Lap başdan xəyaldı, gümandı dünya.
Ola ki, milyon il keçib aradan,
Ümmanı sonsuz bir limandı dünya.

***
Nə başı bəllidi, nə də ki sonu,
Bir ömür yetməyir çözəsən onu.
Hər ana xərcləyir mini, milyonu,
Cömərtlik deyəndə yamandı dünya.

***
Müəmma doludur, inan, büsbütün,
Ey Qərib, dinc dolan sən onun üçün.
Deyirlər, axirət olacaq bir gün,
Bəlkə də, lap axır zamandı dünya?

Getdi


Bu dünyaya hər bir insan,
Tamaşaya gəldi, getdi.
Əcəl, ölüm gələn zaman,
Ürəyini dəldi, getdi.

***
Ölüm gəlir bir gün, əlbət,
Çox qısadır zaman, möhlət,
İnsan boşa çəkir zəhmət.
Nəyin dadın bildi getdi?

***
Kəfənin də olmur cibi,
Dərin olur məzar dibi,
Bu əsərin getmir dəbi.
Hələ az bir cildi getdi.

***
Bədən sümük, bir də dəri,
Qovmalıdır şeytan-şəri,
"Mənəm-mənəm" deyənləri,
Gələn gəlib sildi, getdi.

***
Qərib meyil salıb sözə,
Deyir:-gələk doğru izə.
Əmin olun bir gün bizə,
Deyəcəklər öldü, getdi..

Günah işlə

Əmr eyləyib şeytan sənə, ey insan,

Günahları işləginən dalbadal.

Unut getsin Allahını, dinini,

Əsas puldu, əsas vardı, əsas mal,

Günahları işləginən dalbadal.

***

Meyl eləmə sən oruca, namaza,

Çoxu istə, şükr eləmə gəl aza,

Düşünmə ki, gedəcəksən güdaza,

Keyfini sür, dünyanı et halbahal,

Günahları işləginən dalbadal.

***

Oğurluq et, haramı ye, qorxmadan,

Bu dünyada sən özünü baki san,

Allahı dan, imanı dan, dini dan,

Şeytan deyən yollara sən meyli sal,

Günahları işləginən dalbadal.

***

Yalan danış, doğru demə, amandı,

Yalan ilə dövr eləyən zamandı,

Dürüstlərin indi halı yamandı,

İzdən çıxma, öz getdiyin izdə qal,

Günahları işləginən dalbadal.

***

Tapda haqqı, tapda düzü, doğrunu,

Haqlı haqsız çıxardammır oğrunu,

Möhkəm qışqır, partlat düzün bağrını,

Lotuluq et, zəiflərdən xərac al,

Günahları işləginən dalbadal.

***

Qumar oyna, zina eylə, hacca get,

Nəvən yaşda biri ilə kama yet,

Zavallının həyatını viran et,

Pula güvən, vur çoxuna qara xal,

Günahları işləginən dalbadal.

***

Dinsə əgər vur kasıbı, susacaq,

Peşman olub ağızdan qan qusacaq,

Susmasa da, pulun “dama” basacaq,

Pulu yoxsa, haqqa yoxdu bir dəlal,

Günahları işləginən dalbadal.

***

Axırda da tövbə eylə Allaha,

Peşman oldum, etməyəcəm bir daha,

Öyrənmisən, sözün çatmaz sabaha,

Zurnanı al, yenə eyni hava çal,

Günahları işləginən dalbadal.

***

Dinləmə sən Qərib deyən sözləri,

Nə olsun ki, söyləyir o, düzləri,

Sənin kimi yaşayıbdı yüzləri,

Axırda da qismətinə düşüb yal,

Günahları işləginən dalbadal.

İndicə

Sözlər axır ürəyimdən,

Misralara düz indicə.

Bir dənəydi, birdən oldu,

On indicə, yüz indicə.

***

Xəyallarım uçur göylə,

Çox getməsin, çağır, heylə,

Sözlərimi şərab eylə,

Badələrə süz indicə.

***

Günlər uzun, ömür qısa,

Gecələr də dönüb yasa,

Istəsən ki, Qərib susa,

Boğazını üz indicə.

Qadın

Səni yaradanı sevdiyim üçün,

Səni də sevməyə borcluyam, qadın.

Dərd ilə yüklənmiş gözlərdən axan,

İstirab qaynaqlı bir suyam, qadın.

***

Sevgili sevdiyim veribdir səni,

Xəyanət etmərəm, şəkkə sayılar.

İbadət bilirəm səni sevməyi,

İnləsəm, harayım göydə duyular.

Sorursan sən kimsən?

-Mən buyam, qadın.

***

Zərrədən yaranıb olmuşam dərya,

Dünyaya sığmayan dünya kimiyəm.

Sevgidir mənşəyim, sevgidir köküm,

Sevgidən bəslənən dərya kimiyəm.

Çətin Qəribliyə mən doyam, qadın.

Qoca dünya

Qoca dünya, məni niyə qocaltdın?

Nə istədin axı məndən? Bilmirəm.

Sevincə yox, qəm dağına ucaltdın.

Nə istədin axı məndən? Bilmirəm.

***

Acımadan bükdün mənim belimi,

Susduraraq lal eylədin dilimi,

Nəyə atdım, boş çevirdin əlimi,

Nə istədin axı məndən? Bilmirəm.

***

Bircə-bircə saçlarıma dən saldın,

Gözlərimə duman saldın, çən saldın,

Qocalığı kəm ağlıma sən saldın,

Nə istədin axı məndən? Bilmirəm.

***

Qoymadın ki, durum durduğum yerdə,

Gənc yaşayım məskən qurduğum yerdə,

Cavanlıqla külüng vurduğum yerdə,

Nə istədin axı məndən? Bilmirəm.

***

Mən Qəribəm, ömrü qısa edəcəm,

Sanma səntək bakiliyi güdəcəm,

Qalmayacam, bir gün mən də gedəcəm,

Nə istədin axı məndən? Bilmirəm.

Salam, yağış

Salam, yağış, necəsən?

Nə var, nə yox? Xoş gəldin.

Ürəyimin yanğısın,

Şükür olsun ki, bildin.

***

Küləyə də de gəlsin,

Yanında meh gətirsin.

Bəlkə, onlar birləşib,

Qəmi sona yetirsin.

***

Qar da gəlsin istəsə,

Gəlsə soyudar odu.

Həsrətdən yanan qəlbin,

Çarə məlhəmi budu.

***

Salam, yağış, dayanma,

Yağ, qarğışı düzmərəm.

Əbədiyyən yağsan da,

İnan ki, mən bezmərəm.

Tapın görək

Tapmacaya dönüb yaman.

Açmasını tapın görək.

Necə olur anlamıram,

Iki bədən, bircə ürək?

Tapın görək.

***

Tapan olsa, xoşbəxt olar,

Tapammasa həyat solar,

Buludlartək ürək dolar.

Buna nə cür bir ad verək?

Tapın görək.

***

Məcnun daddı, düşdü çolə,

Bülbül axır gəldi dilə,

Hiss etməyən gərək ölə.

Nə nəfəsdi, nə də çörək.

Tapın görək.

***

Nə ağladır, nə güldürür,

Nə yaşadır, nə öldürür,

Hara getsək bizi görür.

Axı hansı dona girək?

Tapın görək.

***

Yaman çətin tapmacadır,

Nə cavandır, nə qocadır,

Ucalardan çox ucadır.

Bu dünyaya sütun, dirək,

Tapın görək.

***

Dünyamızın təməlidir,

Yaradanın əməlidir,

Bunu hamı deməlidir:

-“Mənə lazım, mənə gərək”,

Tapın görək.

Uşaq olmaq istəyirəm

Uşaq olmaq istəyirəm,

Dərdi, qəmi unutmaqçün.

Uşaqlığım yada düşüb,

Mən kövrəldim yenə bu gün.

***

Uşaq olmaq istəyirəm,

Layla desin anam yenə.

Sığallasın saçlarımı,

Öpsün məni dönə-dönə.

***

Uşaq olmaq istəyirəm,

Atam tutsun əllərimdən.

Işə getsin, evə gəlsin,

Qucağına hoppanım mən

***

Uşaq olmaq istəyirəm,

Nağıl desin mənə nənəm.

Desin:”Mənim balam kimdi?”

Deyim mənəm, mənəm, mənəm.

***

Uşaq olmaq istəyirəm,

Babam ilə söhbət edim.

Babam kimi əli beldə,

Mən də o yan, bu yan gedim.

***

Uşaq olmaq istəyirəm,

Kirlənməmiş bu dünyada,

Nə yalanlar, nə palanlar,

Nə də pislik düşsün yada.

***

Uşaq olmaq istəyirəm,

Böyüməyi istəmirəm.

Gələn, gedən vurur mənə,

Sanki cansız daş-dəmirəm.

***

Uşaq olmaq istəyirəm,

Mən cənnəti yaşamağa.

Uşaq olum, uşaq ölüm,

Yenə düşüm cənnət bağa.

***

Uşaq olmaq istəyirəm,

Olmamaqçün artıq Qərib.

Acımasız, zalım dünya,

Vurub məni yerə sərib.

Uşaq olmaq istəyirəm.

Vəsiyyət

Ay ellər, vəsiyyət edirəm sizə,

Ölürəm, yarıma deməyin ölüb.

Sorarsa, danın siz əzablarımı,

Söyləyin: “hər zaman gözləri gülüb”.

***

Vəsiyyət edirəm-ölsəm, dəfn edin,

Yarımın evinin önünə məni.

O, mənim müqəddəs qibləm, yönümdür,

Çevirin yarımın yönünə məni.

***

Vəsiyyət edirəm-ağlayanda siz,

Səssizcə ağlayın, yarım duymasın,

O gözəl gözündən yaşlar axmasın,

Fəryadlar eyləyib qəlbi oymasın.

***

Vəsiyyət edirəm, ay ellər, bunu,

Qəribə qoymayın siz məzar daşı.

Baş daşı üstündə şəklimi görüb,

Axmasın yarımın gözünün yaşı.

Mən kiməm?

– Mən zərrəyəm.

Birləşəndə dəryaları yaradacaq kiçik zərrə.

Gərəkərsə, parçalanmam milyon yerə.

– Mən damlayam.

Buludlardan torpaqlara

qovuşmamış göydə uçan.

Ulduzlartək sayrışaraq işıq saçan.

– Mən bulağam.

Qaynadıqca ətrafına həyat verən.

Nehirlərə qovuşaraq

bu dünyanı dövr eləyən.

Pərən-pərən.

– Mən dənizəm.

Sərhədlərim okeanı aşıb keçən.

Damla-damla buludlardan zərrə içən.

– Mən günəşəm.

Dənizlərdən zərrələri göyə alan.

Buludlara sutək dolan.

– Mən buludam.

Dənizlərdən qidalanıb yağmur olan.

Yağıb, yağıb bomboş qalan.

– Mən Qəribəm.

Zərrə boyda qığılcımı

dünya boyda məhəbbətlə əvəz edən.

Nakam gedən.

Məndən şeir istəmə

Məndən şeir istəmə, dost.

Vallah şeir yazmıram mən.

Ürəyimdən keçənləri

Boşaldıram misralara.

Kimilərə gözəl gəlir,

Kimilərə cızma-qara.

Bəlkə, sağlıq,

Bəlkə də, tost.

***

Məndən şeir istəmə, dost.

Şeir deyil yazdıqlarım.

Ürəyimdən gələn səsdir.

Məhəbbətdən budur karım.

Bəyənməyin mənə bəsdir.

Sözlə qurum ürəklərə,

Keçilməz sədd,

Aşılmaz post.

***

Məndən şeir istəmə, dost.

Şair deyil, mən Qəribəm.

Qəribədir yazdıqlarım.

Qəribəlik gözlə məndən.

Qəriblikdir yoxum, varım.

Tək xahişim budur səndən,

Məndən şeir istəmə, dost.

Mənə şair söyləmə, dost.

Qıy cana

Alışdırır sazda sarı tel məni,

Göz yaşımda boğacaqdı sel məni,

Qoy ağlasın oba məni, el məni,

Qaraları bağlayacaq yarım yox.

***

Çalışmışam hər bir sözü düz deyim,

Bircə yalan sözüm yox ki, söz deyim,

Inanmırlar, cana necə söz deyim?

Bu dünyadan kiçicik bir karım yox.

***

Dərd düşübdü ürəyə ki, odlana,

Qərib, bəsdi arxalandın ad-sana,

Ən yaxşısı intihardı, qıy cana,

Nə də olsa, candan başqa varım yox.

Sabahin xeyir, dünya

Çoxunu gizli tutur,

Azını deyir dünya.

Gedəni saxlac edir,

Gələni yeyir dünya.

***

Sanırsan ki, şirindi,

Elə sənin yerindi,

Çox acıdı, dərindi,

Hüzünlü şeir dünya.

***

Gecəsi zülmət qara,

Gündüzü çəkir dara,

Bilmirəm gedim hara?

Sabahın xeyir, Dünya.

Özümdə özüm qalmayıb

Bir azca yavaşdan yeri, sevdiyim,

Arxandan qaçmağa dözüm qalmayıb.

Uzaqdan süzürəm o xoş camalın,

Yanına gəlməyə üzüm qalmayıb.

***

Mən özüm etmişəm, özüm bulmuşam,

Həsrətdən saralıb, yaman solmuşam.

Fəqanlar eyləyib, saçı yolmuşam,

Tükənib, deməyə sözüm qalmayıb.

***

Həyatım virandı, həyatım talan,

Dərd-sərim çoxalıb, olubdur kalan,

Yalanla ömrümü eylədim yalan,

Bir dənə gerçəyim, düzüm qalmayıb.

***

Istirab salıbdır qəlbimi tora,

Ömrümü çevirib məzara, gora,

Sənsizkən dönmüşəm şikəstə, kora,

Sevdiyin o gözəl gözüm qalmayıb.

***

Qəm-kədər yoluma qurubdur tuzaq,

Bir yanım borandır, bir yanım sazaq,

Qəribəm, hər kəsdən düşmüşəm uzaq,

Inan ki, özümdə özüm qalmayıb.

Qalıbdır

“Niyə belə giley-güzar edirsən?”

Deyə sorma, qəlbim hayda qalıbdır.

Doğma elim, doğma yurdum, diyarım,

O dağlardan lap o tayda qalıbdır.

***

Qisas günü gündən-günə uzanır,

Biz susuruq, düşmən zaman qazanır,

Unudanlar el adını az anır,

Xatırlayan üç-beş sayda qalıbdır.

***

“Halva-halva” deyə-deyə qalmışıq,

Özümüzü haldan-hala salmışıq,

Ağzımıza “ qırıq tütək” almışıq,

Sədası yox, məchul qayda qalıbdır.

***

Boyumuzu gərək soxaq yerə biz,

Yağı deyir:” çökdürmüşəm sizi diz”,

Gəlin salaq gələcəyə yeni iz,

Soyumuz da desin “fayda qalıbdır”.

***

Yoxsa niyə yaşayırıq dünyada?

Təslim etsək, doğma yurdu bir yada,

Çağır gəlsin əsənləri fəryada,

Qərib kimi hamı hayda qalıbdır.

Qocalma sən, gözəl anam

Çox istədim böyüməyi.

İndi isə çox peşmanam.

Zaman keçdi, mən böyüdüm,

Qoca oldu cavan anam.

Çox üzgünəm, çox peşmanam,

Qocalma sən, gözəl anam.

***

Çox istədim böyük olum,

Güclü olsun mənim qolum.

İndi gərək saçı yolum.

Bu arzumdan dərddir ənam.

Çox üzgünəm, çox peşmanam,

Qocalma sən, gözəl anam.

***

Çox istədim mən boy atım,

Böyüklərə çox tez çatım.

İndi dərddən necə yatım?

“Ağ saç” oldu gözəl sonam.

Çox üzgünəm, çox peşmanam,

Qocalma sən, gözəl anam.

***

Çox istədim bu günümü,

Dəyişmədim mən yönümü,

Fələk vurdu düyünümü.

Qara oldu “əlvan xınam”,

Çox üzgünəm, çox peşmanam,

Qocalma sən, gözəl anam.

***

Mən Qəribəm dərd içində,

Oldum dərdin pərt içində,

Qəlbim vurur sərt içində.

İstəyirəm oda yanam.

Çox üzgünəm, çox peşmanam,

Qocalma sən, gözəl anam.

Unutmuşammış

Deyirdim "unuda bilmərəm səni",

Sənsizkən yaşamaq çətin gəlirdi.

Gecələr çox uzun, gündüzlər sonsuz,

Əqrəblər dayanıb qəlbi dəlirdi.

***

Divarlar üstümə yeriyirdilər,

Tavan döşəməyə yaxınlaşırdı,

Qapılar üzümə kilidlənirdi,

Bacadan içəri kədər daşırdı.

***

Bir soluq almağa macal tapanda,

Gördüm ki, bir yalnış saf tutmuşammış.

Savaşın izləri qalsa da, hərçənd,

Mən səni lap çoxdan unutmuşammış.

Qəribliyə qaçmalıyıq

Yaradanın mürgüsüyük,

Yuxusunda görgüsüyük,

Xəyalların hörgüsüyük,

Məhəbbətdən uçmalıyıq.

***

Göylər bizə açılıbdır,

Sevgidən nur saçılıbdır,

Nə qədər yol qaçılıbdır,

Biz daha çox qaçmalıyıq.

***

Marafondur həyat bizə,

Gərək çıxaq düzdən-düzə,

Gözləməyib bir möcüzə,

Çox sirləri açmalıyıq,

Qəribliyə qaçmalıyıq.

Qurulubdur söz məclisi

Qurulubdur söz məclisi,

Şairlərin sözdür işi.

Saz havası bir aləmdir,

Unutmarıq bu vərdişi.

***

Samavarı qala görək,

Çaylar rəngli olsun gərək,

Təndirdən də çıxıb çörək,

Kabab yanar, çevir şişi.

***

Təamlardan dada-dada,

Xoş anları salaq yada,

Tərsə dönən bu dünyada,

Düz eyləyək gəl gərdişi.

***

Beləcənə keçsə zaman,

Xoş günümüz olmaz yaman,

Qərib belə edir güman,

Belə istər hər bir kişi.

Satira

İndi tülkü cəng eləyir aslana,

Aslan isə yer axtarır yaslana.

***

Qarğa tutub qartalların yerini,

Qartal isə seçib daha dərini.

***

Çaqqal qurdun əvəzinə ov edir,

Qurda sorsan, deyəcəkdir “ov nədir?”.

***

Bülbül kimi cəh-cəh vurur sərçələr,

Bülbül çətin bundan sonra dirçələ.

***

Siçan isə qovar olub pişiyi,

Pişik çəkir it əvəzi keşiyi.

***

Toyuq təkin qaqqıldaşır xoruzlar,

Qoyun kimi nazla gəzən qoç da var.

***

Dəyişibdir zəmanəmiz, arkadaş,

Qərib, dinmə, bu gün,sabah yağar daş.

Sən şükr eylə məzarda

Təkcə silahla olmur
Müharibə dünyada.
Yumruq-təpik davası,
Sözün ağır havası,
Kökündən vurur ya da.

***

Sən şükr eylə məzarda,
Silahla vurulan dost.
Tələlər qurmayıblar,
Sırtından vurmayıblar,
Kəndiri qırılan dost.

***

Sağ ikən ölülər var,
Sən məzarda dirisən.
Birinin başı yoxdur,
Birinin qəlbi oxdur,
Sən bəxtəvər birisən.

***

Məzarda uyuyan dost,
Ən azından yerin var.
Yeri geniş dünyada,
Çoxuna yox bir oda.
Sonsuz dünya olub dar.

***

Sən şükr eylə məzarda,
Silahla vurulan dost.
Bizi hər gün vururlar,
Sənin rahat yerin var,
Göz yaşı durulan dost.

Şəhid

Vətəninin torpağına,

Öz canını verən şəhid.

Sarılıbdır bayrağına,

Cəsur, igid, ərən şəhid.

***

Türkçülükdür mavi rəngi,

Qırmızısı azad cəngi,

Yaşıl çalar islam zəngi,

Ay-ulduzu görən şəhid.

***

Örnəkdir dost, yoldaşına,

Yaxınına, sirdaşına,

Anasının göz yaşına,

Bu dünyanı sərən şəhid.

***

Yanar elin hər ahına,

Baxmaz yaşam tamahına,

Düşmənlərin silahına,

Sinəsini gərən şəhid.

***

Sən fəxrisən göyün, yerin,

Şəhid adın yaman dərin.

Qərib deyir, düşmənlərin,

Olsun pərən-pərən, şəhid.

Mən dahiyəm

Üç beş dənə cızma-qara yazmışam,

Təkəbbürdən öz yolumu azmışam,

Əlimdə söz dərin cığır qazmışam.

Tərif edin, mənə tənqid yaraşmaz,

Füzuli də mənim ilə yarışmaz.

***

Mən dahiyəm, dahilərin şahıyam,

Deyirlər ki, şeiriyyat ilahıyam.

İlah azdır, bəlkə, söz allahıyam?

Nizaminin Xəmsəsini pozacam,

Zəif yazıb, başdan özüm yazacam.

***

Nəsimitək sığmayaraq cahana,

On cahanı sığdıracam bu cana.

Adım, sanım yayılanda hər yana,

"Tənqidçilər" məni tərif edəcək,

"Filoloqlar" yollarımı güdəcək.

***

Bəyənmirəm Zəlimxanı, Vurğunu,

Ələsgərdir şeiriyyatın durğunu,

Şairlərə salacağam qırğını.

"Gözəllər" də mənə heyran olacaq,

Hamı getsin, mənə onlar qalacaq.

***

Adım mənim soyadlara dönəcək,

Ay qaçacaq, parlaq günəş sönəcək,

Görən məni axırda kim yenəcək?

Dindirməyin, yaxşı yuxu görürəm,

Mən "şairəm", dahi ömrü sürürəm.

Xoş gəldin, ya Ramazan

Həsrət qaldıq on bir ay,

Xoş gəldin, ya Ramazan.

Sahur vaxtı, sübh çağı,

Zövqü oxşayır azan,

Xoş gəldin, ya Ramazan.

***

Xoşbəxtlikdi hər rükət,

Var canlanma, hərəkət,

Sənlə gəlib bərəkət,

Nurla dolub hər qazan,

Xoş gəldin, ya Ramazan.

***

Yeni ruh, yeni nəfəs,

Hər bir kəsdə xoş həvəs,

Sultan deyilsən əbəs,

Allahdır savab yazan,

Xoş gəldin, ya Ramazan.

***

Hər günün min gün savab,

Sanki etmişik tavab,

Gələndə sual-cavab,

Olarsan günah pozan,

Xoş gəldin, ya Ramazan.

***

Qərib deyir-Allahım,

Sən ver xeyir, Allahım,

Yazdım şeir, Allahım,

Sənsən ən böyük ozan,

Xoş gəldin, ya Ramazan.

O gördüyün mənim atam

O gördüyün mənim atam,

Şux duruşlu, dağ vüqarlı.

Dünya onu kirlətməyib,

Bu dünyadan çıxıb karlı.

***

O gördüyün mənim atam,

Düşünmə ki, qocalıb o.

Dünya ona yenik düşüb,

Bu dünyadan bac alıb o.

***

O gördüyün mənim atam,

Baxışında min məna var.

Bir söz desə, yer titrəyər,

Aləm ona təslim olar.

***

O gördüyün mənim atam,

Fəxr edirəm ağ saçıyla.

Çəkib neçə namərdlərin,

Ürəyinə dağ saçıyla.

***

O gördüyün mənim atam,

Nəfəsiylə cənnət qoxar.

Yorğunluğu bəlli etməz,

Bizim üçün vurar, yıxar.

***

O gördüyün mənim atam,

Bizə bağlı hər diləyi.

Bədənini sipər edər,

Toxundurmaz yel, küləyi.

***

O gördüyün mənim atam,

İnsanların ən güclüsü.

Cəmləşibdir hər şey onda,

Namus, arın ən güclüsü.

***

O gördüyün mənim atam,

Yenilməzdir, əyilməzdir.

Qarlar yuyub ürəyini,

Bulaqlardan tərtəmizdir.

***

O gördüyün mənim atam,

Dərya kimi çox dərindir.

Soyuqlarda isti olar,

İstilərdə çox sərindir.

***

O gördüyün mənim atam,

Hər vaxt mənə arxa, dayaq.

Ödənilməz ata haqqı,

Yerdə onu Tanrı sayaq.

***

O gördüyün mənim atam,

Yer üzündə Allahımdır.

Yaradanım verib töhfə,

Mənim nurlu sabahımdır.

***

O gördüyün mənim atam,

Saymaq ilə bitməz şanı.

Gec olmamış qədrini bil,

Sonra demə “Atam hanı?”

***

O gördüyün mənim atam,

Qərib qurban atalara.

Səcdə edək, baş əyək biz,

Hər an, hər an atalara.

Nənəmin

Bu həyat nə zalım, bu həyat qəddar,

Dən səpib ağarıb başı nənəmin.

Enişli-yoxuşlu həyat yolunda,

Yetmişə çatıbdır yaşı nənəmin.

***

“Ay nənə”deyirəm, “can bala” deyir,

Mən yenə deyirəm, “can bala” deyir,

“Sən mənə yenilməz bir qala” deyir.

Olmuşam cəlalı, daşı nənəmin.

***

Artıq böyüsəm də, yenə əzizlər,

Yastığım olubdur o qoca dizlər,

Ürəyi yansa da parlayır gözlər,

Baxmayır gözləri çaşı nənəmin.

***

Özü ana olub, böyüdüb ana,

Neçə oğul verib qoca cahana,

Deyirəm sözümü mən qana-qana,

Dolammaz qəlbinə naşı nənəmin.

***

Nə yemək bişirsə təkdi ləzzəti,

Əriştə, əvəlik, ya quzu əti,

Xəngəlin biz yanda vardır hörməti,

Necə bərəkətli xaşı nənəmin.

***

Hələ ki, demirəm “əbbəşi”ni mən,

Dovğa qızıl olur onun əlindən,

Çayları dəmləyir həyat gülündən,

Behiştə dad verir aşı nənəmin.

***

Qəribəm, yazaram dünyalar qədər,

Buna nə ağ kağız, nə qələm yetər,

Ey paxıl insanlar, eyləyin kədər,

Mənəm həm gözləri, qaşı nənəmin.

Mənim adım Azə1rbaycan

Məni məndən soruşmayın,

Mənim məndən xəbərim yox.

Çırpınıram dərd içində,

Kədərim çox, dərd-sərim çox.

***

Məni məndən soruşmayın,

Mən Qəribəm vətənimdə.

Qarlar yağır, çovğun əsir,

Güllər əsmir çəmənimdə.

***

Məni məndən soruşmayın,

Ağlayıram, sızlayıram.

Mən mən ilə üzləşəndə,

Nədən görən artır yaram?

***

Məni məndən soruşmayın,

Mən kiməm ki, haralıyam?

Dost-tanışlar satır məni,

Niyə qəlbi yaralıyam?

***

Məni məndən soruşmayın,

Mənsiz qalıb aran, dağlar.

Üzüm hər an gülsə də, bil,

İçim ağlar, ağlar, ağlar.

***

Məni məndən soruşmayın,

Susuz qaldım, səhralaşdım.

Elə şeylər oldu ki, hey..

Mat-məəttəl qaldım,çaşdım.

***

Məni məndən soruşmayın,

Solum getdi, sağım getdi.

Ürəyimin bir parçası,

Gözəl Qarabağım getdi.

***

Məni məndən soruşmayın,

Dost dediyim vurdu məni.

Başım üstə məkan qurdu,

Cəhənnəmin duman-çəni.

***

Məni məndən soruşmayın,

Nə sorsanız yersiz, hədər.

Dərdlərimi açsam əgər,

Tüm dünyanı tutar kədər.

***

Məni məndən soruşmayın,

Mən “Mən” kimi qalacağam.

Düşmənlərin gözlərində,

Əl çatmayan uca dağam.

***

Məni məndən soruşmayın,

Mən dünyanın təməliyəm.

Mən böyüyəm, mən ucayam,

Başa düşün kiməm, nəyəm.

***

Məni məndən soruşmayın,

Mənə heyran bütün cahan.

Mənim adım Odlar Yurdu,

Mənim adım Azərbaycan.

MÜNDƏRİCAT

Qəribin şeirlərində “Qəriblik” və ya “Çəməndə güllərin əsməyi“ (Qəşəm Nəcəfzadə) 3

Hardasan indi?................................................................................... 8

Sənsiz................................................................................................. 10

Son xahiş........................................................................................... 11

Nə istəsən söylə mənə.................................................................... 12

Ay ürək............................................................................................. 14

Bircə mesaj göndər mənə............................................................... 15

Ay tələsik gedən gözəl................................................................... 17

Bəxtsiz bəxtəvər............................................................................... 18

Bir yar axtarıram............................................................................. 20

Ay qara gözlüm............................................................................... 21

Baxmaq səndən, yazmaq məndən................................................ 22

Bir qız gördüm................................................................................ 23

Ağladım............................................................................................ 24

Gəl səni dünyadan alim gedim mən........................................... 25

Gəlmə................................................................................................ 26

Nə gözəldir...................................................................................... 27

Kor olmuş vicdan............................................................................ 28

Mələk................................................................................................. 30

Məni oyat.......................................................................................... 31

Sevgim.............................................................................................. 33

Tez gəl............................................................................................... 34

Toyuna gələrdim............................................................................. 35

Yadımdan çıxıb................................................................................ 36

Əzablı gözlər................................................................................... 38

Gözləmə............................................................................................ 40

Gəlir................................................................................................... 41

Fırlanır.............................................................................................. 42

Sevmək istəyir................................................................................. 44

Yadima düşmüsən........................................................................... 45

Yarali ürəyim................................................................................... 46

Vəfasız............................................................................................... 47

Gec-tez............................................................................................... 48

Gəl...................................................................................................... 49

Məhəbbətin gücünə bax................................................................. 50

Nə olar ki?........................................................................................ 52

Sandım.............................................................................................. 54

Sən məhəbbət qatilisən.................................................................. 56

Sevmək necə gözəldir.................................................................... 58

Sevim səni........................................................................................ 60

Qollarında ölüm sənin................................................................... 61

Sevmişəm......................................................................................... 63

Bəxtim, səndən gileyliyəm............................................................ 64

Qəribin şeirlərində “Qəriblik” və ya “Çəməndə güllərin əsməyi“ (Qəşəm Nəcəfzadə) 3

Hardasan indi?................................................................................... 8

Sənsiz................................................................................................. 10

Son xahiş........................................................................................... 11

Nə istəsən söylə mənə.................................................................... 12

Ay ürək............................................................................................. 14

Bircə mesaj göndər mənə............................................................... 15

Ay tələsik gedən gözəl................................................................... 17

Bəxtsiz bəxtəvər............................................................................... 18

Bir yar axtarıram............................................................................. 20

Ay qara gözlüm............................................................................... 21

Baxmaq səndən, yazmaq məndən................................................ 22

Bir qız gördüm................................................................................ 23

Ağladım............................................................................................ 24

Gəl səni dünyadan alim gedim mən........................................... 25

Gəlmə................................................................................................ 26

Nə gözəldir...................................................................................... 27

Kor olmuş vicdan............................................................................ 28

Mələk................................................................................................. 30

Məni oyat.......................................................................................... 31

Sevgim.............................................................................................. 33

Tez gəl............................................................................................... 34

Toyuna gələrdim............................................................................. 35

Yadımdan çıxıb................................................................................ 36

Əzablı gözlər................................................................................... 38

Gözləmə............................................................................................ 40

Gəlir................................................................................................... 41

Fırlanır.............................................................................................. 42

Sevmək istəyir................................................................................. 44

Yadima düşmüsən........................................................................... 45

Yarali ürəyim................................................................................... 46

Vəfasız............................................................................................... 47

Gec-tez............................................................................................... 48

Gəl...................................................................................................... 49

Məhəbbətin gücünə bax................................................................. 50

Nə olar ki?........................................................................................ 52

Sandım.............................................................................................. 54

Sən məhəbbət qatilisən.................................................................. 56

Sevmək necə gözəldir.................................................................... 58

Sevim səni........................................................................................ 60

Qollarında ölüm sənin................................................................... 61

Sevmişəm......................................................................................... 63

Bəxtim, səndən gileyliyəm............................................................ 64

Bilirsənmi nə çəkirəm?.................................................................. 65

Çəkirəm............................................................................................ 67

Ayrılıq simfoniyası........................................................................ 68

Olmaz olmaz.................................................................................... 69

Yuvasız quşlar................................................................................. 70

Nə mənası var?................................................................................ 71

Səni sevəcəyəm uzaqdan daha...................................................... 72

Kimdir günahkar?........................................................................... 73

Nədəndir?......................................................................................... 74

Özün seç............................................................................................ 75

Sevgi.................................................................................................. 76

Nə olar bir səhər............................................................................. 78

Rəsmini çək, rəssam əmi............................................................... 79

Şansımız yoxdur.............................................................................. 81

Deyə................................................................................................... 83

İstirab................................................................................................ 85

Kədərdə qoyma............................................................................... 86

O qız səni andırır............................................................................ 87

Səndə-məndə.................................................................................... 88

Ürəyi.................................................................................................. 89

Sus...................................................................................................... 90

Ana..................................................................................................... 92

Anamı yadıma saldım.................................................................... 94

Bilə-bilə............................................................................................. 96

Bir ata gördüm................................................................................. 97

Can istə............................................................................................. 98

Azan səsi eşidəndə........................................................................ 100

Bu gün sənin ad günündü............................................................ 102

CanınI qurban et torpağa, oğul.................................................. 103

Çətin olacaq................................................................................... 104

Dağlar məni haraylayır............................................................... 105

Daha şeir yazmayacam................................................................ 106

Dodaqdəyməz................................................................................ 107

Təcnis............................................................................................... 108

Dostluq............................................................................................ 109

Dünya.............................................................................................. 110

Getdi................................................................................................ 111

Günah işlə....................................................................................... 113

İndicə............................................................................................... 116

Qadın............................................................................................... 117

Qoca dünya..................................................................................... 118

Salam, yağış................................................................................... 119

Tapın görək.................................................................................... 120

Uşaq olmaq istəyirəm.................................................................. 122

Vəsiyyət.......................................................................................... 124

Mən kiməm?.................................................................................. 125

Məndən şeir istəmə....................................................................... 126

Qıy cana.......................................................................................... 127

Sabahin xeyir, dünya.................................................................... 128

Özümdə özüm qalmayıb............................................................. 129

Qalıbdır........................................................................................... 130

Qocalma sən, gözəl anam............................................................ 131

Unutmuşammış............................................................................. 133

Qəribliyə qaçmalıyıq................................................................... 134

Qurulubdur söz məclisi............................................................... 135

Satira................................................................................................ 136

Sən şükr eylə məzarda................................................................. 137

Şəhid................................................................................................ 139

Mən dahiyəm................................................................................. 140

Xoş gəldin, ya Ramazan............................................................... 142

O gördüyün mənim atam............................................................ 144

Nənəmin......................................................................................... 147


Təşkilati dəstək:

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu
www.aybkitab.az
www.kitabevim.az
"Yazıçı" nəşriyyatı
"Vektor" nəşriyyatı
"Mütərcim" nəşriyyatı
Yayım Assosiasiyası

"Bayatı" kitab dükanı

Əlaqə telefonu: (+99450) 358 77 55

*** *** **

Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində

səhifələnmiş və çap olunmuşdur.

Çapa imzalanıb: 25.05.2015. Format: 70x100 1/32.

Qarnitur: Times. Həcmi: 9,75 ç.v. Tiraj: 300. Sifariş № 110

XS
SM
MD
LG