Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:43

Baş nazirdən QHT-lərlə bağlı qərar


Nazirlər Kabineti
Nazirlər Kabineti

-

Azərbaycan Nazirlər Kabineti «Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası»nı təsdiq edib.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu qaydaların tənzimlənməsi uzun müddətdi gözlənilirdi: «İctimai təşkilatlar və fondlar haqqında qanuna edilən son dəyişikliklərdən sonra qrantlarla bərabər ianələrin də müvafiq icra hakimiyyəti orqanında qeydiyyat zərurəti göstərilirdi. Qeydiyyat bildirişi olmasa, bankdan vəsaiti çıxarmaq olmazdı. Əks təqdirdə, hər iki tərəfi - həm QHT-ni, həm də bankı sanksiya gözləyirdi».

Sahib Məmmədov deyir ki, ianə alan təşkilatlar vəsaiti harada qeydiyyatdan keçirməli olduqlarını bilmirdi: «Qanunvericilikdə əsaslar var idi, amma bunu tənzimləyən qərar yox idi. Baş nazirin verdiyi bu qərar artıq ianə alan QHT və fondların işinə müsbət təsir edəcək».

Yeni qaydalara görə, qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi tarixdən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları dövlət reyestrinə salmaq üçün Ədliyyə Nazirliyinə təqdim edir.

Qanuna görə, QHT 200 manat həcmində vəsaiti nağd qəbul edə bilər, ondan yuxarı məbləğlər bank yolu ilə təşkilatın hesabına köçürülməlidir.

XS
SM
MD
LG