Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

Parisdə ölənlər arasında azərbaycanlı yoxdur


Paris - 14 noyabr 2015.
Paris - 14 noyabr 2015.

-

İlkin məlumata görə, Parisdə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu ANS-ə açıqlamasında Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Nigar Hüseynova bildirib.

Onun dediyinə görə, səfirlik hadisəylə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib və qaynar xətt yaradıb:

«Bildiyiniz kimi, hadisə gecə radələrində törədilib. Biz də bununla bağlı dərhal qaynar xətt yaratmışıq. İndi bütün gücümüzü baş vermiş bu terror hadisələrində azərbaycanlının olub-olmadığını araşdırmağa səfərbər etmişik. Səfirlik olaraq, zərərçəkənlərə, xüsusən də, əgər bunlar Azərbaycan vətəndaşı olarsa, bacardığımız köməkliyi göstərməyə hazırıq», - qurum rəsmisi əlavə edib.

Noyabrın 13-də axşam saatlarında Parisdə törədilən silsilə partlayışlar və silahlı hücumlar azı 127 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG