Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 15:20
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

14:33 17.11.2015

Terror qurbanları 9 dəfə artıb

Terror qurbanlarının sayı 2014-cü ildə 80 faiz artaraq 32 min 658 nəfərə çatıb. Bu, XXI ısrin əvvəli ilə müqayisədə 9 dəfə artım deməkdir.

Bu qənaətə İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) gəlib. İnstitut “Terrorizmin qlobal indeksi”ni (Global Terrorism Index)açıqlayıb.

Ümumi göstəricinin 78 faizini Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyada ölənlər təşkil edir. 2014-cü ilin 51 faiz qurbanları özünü “İslam dövləti” adlandıran ekstremist qruplaşmanın və əsasən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” yaraqlılarının törəkdikləri terror aktları nəticəsində həyatlarını itiriblər.

Ötən il ərzində terror nəticəsində azı 1 nəfərin belə həyatını itirdiyi 67 ölkə qeydə alınıb. Bu, 2013-cü illə müqayisədə 8 ölkə daha çox deməkdir.

Terror aktlarının vurduğu iqtisadi zərərə gəlincə, institut əməkdaşları bunun 53 milyard dollar olduğunu deyirlər.

Hesabatda yer üzünün 99 faiz əhalisinin yaşadığı 162 ölkədəki vəziyyət təhlil olunur.

13:44 17.11.2015

Rusiya təyyarəsinin partladıldığı rəsmi təsdiqləndi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğramış Rusiya təyyarəsinin partladıldığını təsdiqləyib.

Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan «Airbus A321» təyyarəsindəki qəza 224 nəfərin ölümünə səbəb olmuşdu.Ölənlərin hamısı rusiyalı idi.

Noyabrın 16-da prezident Vladimir Putinin rəhbərliyi keçirilən iclasda Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib ki, təyyarə havada ikən əldəqayırma partlayıcı qurğu partlayıb.

“Dünyanın harasında olmasından asılı olmayaraq, biz bu terror aktının arxasında dayananı tapıb cəzalandıracayıq” – Vladimir Putin belə deyib.

13:28 17.11.2015

"Azərinşaat" işçiləri yenə aksiya keçirir

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat»ın işçiləri noyabrın 17-də yenidən şirkətin Dərnəgüldəki ofisinə doğru yürüş edib.

Bu barədə AzadlıqRadiosuna işçilərdən biri – Rüstəm Musayev məlumat verib. Deyir ki, hazırda 150-yə yaxın işçi «Azərinşaat»ın binası önündədir:

««Elit» Ticarət Mərkəzinin qarşısından şirkətin ofisinə doğru yürüş etməyə çalışdıq. Polis qarşımızı kəsdi, imkan vermədi. Bizi yığıb gətirdilər «Azərinşaat»ın həyətinə. İndi «Azəryolservis»in iki əməkdaşı buradadır, bizimlə söhbətə gəliblər. Yenə vəd verirlər, amma biz artıq bu vədlərə inanmırıq. Verdikləri 10 günlük vəd artıq ayın 14-də başa çatıb».

13:21 17.11.2015

Keçmiş nazirləri hansı cəza gözləyir?

«Azadlıq» qəzeti «baş verənlərə görə nazirlər Eldar Mahmudov və Əli Abbasov hansı məsuliyyəti daşıyırlar? Rəhbər strukturlarda çalışanların həbsinin fonunda nazirlərin azadlıqda qalması mümkündürmü?» suallarına cavab tapmağa çalışıb.

Hüquqşünas Müzəffər Baxışovun fikrincə, əgər hər iki nazirliyin işçilərinin törətdiyi cinayətdən nazirlərin xəbəri olmayıbsa, bu, onlara tapşırılan vəzifənin öhdəsindən gəlməməsi deməkdir:

M.Baxışov baş verənlərin dəhşətli faktlar ortaya çıxardığını dedi: «Məlum oldu ki, hədə-qorxu, soyğunçuluqla, rüşvət almaqla, vəzifədən sui-istifadə etməklə bütün cinayətlərin başında Eldar Mahmudov dayanıb. Eldar Mahmudova bu cinayətlərə görə ittiham verilməli, onun barəsində həbs-qətimkan tədbiri seçilməli idi. Azərbaycan hüquq dövləti olmadığına görə burada nazirlərin həbsi ilə bağlı yalnız siyasi rəhbərliyin göstərişi olmalıdır».

Davamı

XS
SM
MD
LG