Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:11

«Xədicəni burax, Büronu bərpa et!»


Baş prokurorluq əməkdaşları axtarışdan sonra AzadlıqRadiosunun Bakı ofisini möhürləyir
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Baş prokurorluq əməkdaşları axtarışdan sonra AzadlıqRadiosunun Bakı ofisini möhürləyir

-

Bu gün - dekabrın 26-da AzadlıqRadiosu Bakı bürosunun ofisinin möhürlənməsindən bir il ötür. Düz bir il öncəBaş Prokurorluğun əməkdaşları heç bir xəbərdarlıqsız büronun ofisində reyd keçirərək, axtarış aparmışdılar. Jurnalistlər dərhal iş yerindən çıxarılmış, sənədlər və avadanlıq götürüləndən sonra möhürlənən ofis polisə təhvil verilmişdi.

Baş prokurorluğun əməkdaşları qəfil reyd və axtarışın Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində sorğulanan cinayət işi ilə bağlı olduğu bildirmişdilər.

Ertəsi gündən başlayaraq büronun bir çox əməkdaşı adıçəkilən quruma çağırılaraq və ya məcburi aparılaraq dindirilmişdi. Beləcə, AzadlıqRadiosunun Bakı Bürosu öz fəaliyyətini dayandırmağa məcbur qalmışdı.

Büronun möhürlənmiş qapısı yalnızbir neçə aydan sonra mayın 6-da açılmış və avadanlığın ofisdə qalan qisminin aparılmasına icazə verilmişdi.

Ofis bağlanmazdan 3 həftə öncə - dekabrın 5-də araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun «İşdən sonra» proqramının aparıcısı Xədicə İsmayılova həmkarı Tural Mustafayevi intihar həddinə çatdırmaqda suçlanaraq həbs edilmişdi.

Daha sonra Xədicə İsmayılovaya yeni ittihamlar irəli sürülmüş və o, Bakı Bürosunun rəhbəri çalışarkən vəzifə səlahiyyətlərini aşmaqda, vergidən yayınmaq və vəsaiti mənimsəməkdə təqsirli bilinərək bu il sentyabrın 1-də 7 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.

Xədicə İsmayılovanın həbsinə əsas gətirilən ilkin ittiham – həmkarı Tural Mustafayevi intihar həddinə çatdırması həmin jurnalistin məhkəmə ifadəsindən sonra ləğv olunmuşdu.

Araşdırmaçı-jurnalist özünə qarşı ittihamların hamısını əsassız sayır, hakim ailənin biznes fəaliyyətinə dair araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Beynəlxalq qurumlar araşdırmaları ilə təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurlaşan, bir çox nüfuzlu mükafata layiq görülən Xədicə İsmayılovanı həbsdən buraxmağa, eləcə də Bakı Bürosunun fəaliyyətini bərpa etməyə çağırıb.

XS
SM
MD
LG