Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:27

1901-ci ildə bestseller kitabın mövzusu: monopolistlər


"Bir Kaliforniya hekayəti" kitabının 1901 nəşrinin üz qabığı
"Bir Kaliforniya hekayəti" kitabının 1901 nəşrinin üz qabığı

-

1901-ci ilin ədəbiyyat tarixinə düşmüş ən yaxşı, həmçinin ən çox satılan kitabı “Kaliforniya hekayəti” (Orijinal adı: “The Octopus: A Story of California”) romanı idi, müəllifi Frank Norris.

Frank Norris (1870-1902)
Frank Norris (1870-1902)

Kitab Kaliforniyada taxıl yetişdirənlərlə bir dəmiryol şirkəti arasındakı münaqişəni təsvir edir.

Romanın mövzusu ABŞ-da 1860-cı illərdə Kaliforniya və Utah ştatlarını birləşdirən dəmiryol xəttinin (Mərkəzi Sakit Okean Dəmiryol xətti) tikilməsi vaxtı baş verən hadisələrdən, həmçinin 7 nəfərin ölümüylə nəticələnən qanlı Mussel Slough faciəsindən (1880) götürülüb.

Yerli sakinlərlə sözügedən dəmiryolçular arasında ərazi mübahisəsindən doğan gərginlik süjetə çəkilir, dəmiryolu monopoliyası kimi güclərin fərdlər üzərində ağalığına işıq salınır.

Kitabın orijinal adındakı “octopus” (səkkizayaqlı dəniz heyvanı) sözü şəbəkələnmiş monopoliya mənasındadır.

Roman Presli (Presley) adlı bir şairlə açılır, elə onunla da tamamlanır. Şair velosipedlə ölkəni gəzərək mövzu axtarmaqdadır. Mülkədarlarla dəmiryolu şirkəti arasındakı dilemma da onun gözündən qələmə alınır.

Kitabın taxılçıları təmsil edən əsas qəhrəmanı Magnus Derrick – köhnə kişidir, yeni “qeyri-səmimi nəslə” qarşı durur, mülkədarlar liqasını təmsil edən mülkədardır, fermerdir.

Harran Derrick – Magnusun oğlu atasına fermanın işlərində kömək edir. Harran atasını fermaların hüquqlarını müdafiə edən Liqa yaratması üçün inandırır.

Lyman Derrick – Magnusun digər oğlu, San Fransiskoda vəkildir. Dəmiryolu şirkətinə qarşı onların hüquqlarını təmsil edir.

Bunlardan başqa, çoxlu xarakterlərlə zəngin olan kitab 1901-ci ildən sonra dəfələrlə nəşr edilib.

XS
SM
MD
LG