Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Dollar nə vaxtadək ucuzlaşacaq?..


Kapital Bankın valyuta məzənnələri, 29.01.2016-cı il.
Kapital Bankın valyuta məzənnələri, 29.01.2016-cı il.

-

Yanvarın 25-dən bəri dollara nisbətdə manat dəyər qazanmağa başlayıb. Proses fevralın 1-də də davam edib. Dolların rəsmi məzənnəsi yanvarın 29-u ilə müqayisədə 0,22 faiz azalaraq 1,5972 səviyyəsində qərarlaşıb.

Milli valyutanın möhkəmlənməsi suallara da yol açır: Manat niyə dəyər qazanır? Məzənnə sonrakı günlərdə necə dəyişəcək? Və s. Belə suallar bir müddət ard-arda bahalı dollar alanları daha çox rahatsızlandırır.

«Neftin qiyməti, hələlik, manatı gücləndirmək səviyyəsində deyil»

Vüqar Bayramov, ekspert
Vüqar Bayramov, ekspert

Maliyyə məsələləri eksperti Vüqar Bayramov deyir ki, söhbət manatın cüzi möhkəmlənməsindən gedir: «Valyuta səbətindən (səbətə avro və ABŞ dolları daxildir - red.) yararlanan Mərkəzi Bank dolların dünya bazarında zəifləməsinə uyğun olaraq, manatı gücləndirib. Düşünmürəm ki, son günlər neftin bir az bahalanması da buna təsir göstərib. Neftin qiyməti, hələlik, manatı gücləndirmək səviyyəsində deyil».

«Mərkəzi Bank, əslində, üzən valyuta rejimindən imtina edib»

Ekspertin qənaətinə görə, Mərkəzi Bankın daim bazarda qalması dollara tələbatın ödənməsinə təsir göstərir: «Etiraf etmək lazımdır ki, valyuta bazarında bir neçə həftə öncə gözə çarpan ajiotaj xeyli səngiyib. Bununla belə, Mərkəzi Bank 4 faizlik marjanı müəyyənləşdirməklə, əslində, üzən valyuta rejimindən imtina edib».

«Əhalinin dollar təklifini artırmaq istəyi də istisna edilmir»

Neftin bugünkü qiyməti manatı gücləndirmək səviyyəsində deyil...

Vüqar Bayramovun fikrincə, Mərkəzi Bank bazara, sadəcə, psixoloji mesajlar verirsə, o halda kurs istənilən zaman və istənilən yöndə dəyişə bilər: «Mərkəzi Bank bazarda əsas oyunçu olduğundan, milli valyuta məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bütün hallarda xarici valyutaya tələbatı azaltmaq üçün Mərkəzi Bankın manatı möhkəmləndirməklə bazara psixoloji təsir göstərmək və əhalinin dollar təklifini artırmaq istəyi də istisna edilmir».

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG