Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Məcburi köçkünlərin ikinci didərginliyi


Zorla köçürülən sakinlər: "30 min manata necə ev alaq?"
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Zorla köçürülən sakinlər: "30 min manata necə ev alaq?"

-

Əlliyə yaxın ailədir. 1992-93-cü ildə pənah gətiriblər bu uçuq-sökük binaya. Evlərindən didərgin düşüb Bakıya gələn məcburi köçkünlər, görünür, ikinci köçkün həyatı yaşamağa məcbur olacaqlar.

HEÇ BİR TƏKLİF QƏBUL OLUNMUR

Keşlə maşınqayırma zavodunun sanatoriyasında məskunlaşan köçkünlər qısa zaman kəsiyində evlərindən çıxmasalar, yaşadıqları bir otaqlı, divarları nəm qoxuyan mənzilləri başlarına uçuracaqlar. Artıq buldozerlər hissə-hisə balaca dükanları, qarajları yerlə-yeksan edir.

Ərazidən yol keçəcək.
Ərazidən yol keçəcək.

Ərazidən yol keçəcək. Ona görə də, deyəsən, məsələni biryolluq həll etmək istəyirlər.

Hər ailəyə 30 min manat kompensasiya verilir. Bu məbləğlə razılaşmayan vətəndaşlar pulun artırılmasını istəyirlər. Onlar məsul şəxslərə alternativ variant da təklif edirlər – başqa bir ünvanda mənzil verilsin. Ancaq heç bir tələb-təklif keçərli deyil.

XƏRİTƏ KİMİ BİR MƏNZİL

1992-ci ildən sözügedən ünvanda məskunlaşan Əyyub Əliyev giley-güzarını dilə gətirir:

«İndi də başımıza oyun açırlar. «Azəryolservis» yeni yol çəkilişi aparır. Ona görə də bizim burdan köçməyimizi tələb edirlər. Bizə təzyiq edirlər. Qapı-pəncərəni söküb bizi bayıra atırlar. Təklif etdikləri pulla indi ev almaq mümkünsüzdür. İş yerlərimiz də bura yaxındır. Elə məbləğ versinlər ki, çöldə qalmayaq, gedək ev alaq».

Əyyub Əliyev
Əyyub Əliyev

Əyyub Əliyev ikiotaqlı mənzili doğulduğu Şuşa şəhərinin şəkilləri bəzəyib. Dayanmadan Qarabağdakı evlərindən, təbiətindən, insanlarından danışır.

Başqa bir mənzildə isə qaz sobasının üstündə vedrədə su qızdırırlar. Evin gəlini deyir ki, soyuqda qab-qacaq yumaq çətin olduğundan məsələnin çarəsini belə tapıblar. Həm mətbəx, həm də yataq otağı kimi istifadə edilən otağın divarından dünya xəritəsi asılıb. Qarmaqarışıq elektrik naqilləri, yarısı çökmüş tavandan asılmış plastik qab-qacaq xəritəylə birlikdə otağa qəribə görünüş verir.

«HƏRƏSİ BİR AİLƏ OLUB»

Üç uşaq atası Arif Abbasov burada birtəhər yaşadıqlarını dilə gətirir:

Sanatoriyanın içərisi.
Sanatoriyanın içərisi.

«Onların bizə verdiyi məbləğə bəlkə 1 otaq ala bilərik. Beş nəfər bir otaqda yaşaya bilərmi?!».

«Bura gələndə hamımızın uşaqları balaca idi. İndi böyüyüb hərəsi bir ailə olub. Daşınmaz əmlakın indiki qiyməti ilə biz o pula heç yerdə ev ala bilmərik. Deyirlər ki, «çıxmasanız, binanı uçurub başınıza tökəcəyik». Bizim hüquqlarımızı tapdalayırlar», - deyə Arzu Nuriyeva bildirir.

Pansionatın sökülməsi ərazidəki yolun genişləndirilməsi ilə bağlıdır. Yolu dövlət sifarişi əsasında «Azəryolservis» Açıq Səhmdar Cəmiyyəti salır. Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli fevralın 4-də AzadlıqRadiosuna bildirib ki, köçkün ailələrinə 30 min manat kompensasiya qanunvericiliyə uyğun təyin olunub, bunun artırılması onlardan asılı deyil.

XS
SM
MD
LG