Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

Sahibkarın özünü yandırmasının qarşısı alındı [video]


Sahibkarın özünü yandırmasının qarşısı alındı…
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Sahibkarın özünü yandırmasının qarşısı alındı…

-

Fevralın 5-də Nəqliyyat Nazirliyi yanındakı körpüyə çıxaraq özünü yandırmaq istəyən sahibkar Dönməz Abdullayevin intiharının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin və Yasamal rayon Polis İdarəsinin əməkdaşları danışıqlar apararaq D.Abdullayevi körpüdən endiriblər. Bu zaman onun jurnalistlərlə təmasına belə imkan verilməyib.

O, özünü yandırmasına səbəb kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına imkan verilməməsini göstərib. D.Abdullayev «Amal-D» MMC-nin rəhbəridir. Onun şirkətinə məxsus 501 nömrəli marşrut Bakı-Saray-Sumqayıt xətti üzrə işləyib.

Bakıda intihara cəhd - 5 fevral 2016
Bakıda intihara cəhd - 5 fevral 2016

D.Abdullayev həm də Qarabağ müharibəsi veteranıdır. Buna qədər də sahibkarlıq fəaliyyətinə basqılarla bağlı ölkə mətbuatına açıqlamalar verib. Bu təzyiqlərlə bağlı bütün instansiyalara teleqramlar vurub, amma sahibkarın deməsinə görə, sözü eşidilməyib. Təzyiqlərə cavab olaraq D.Abdullayev Gürcüstana keçərək orada aclıq aksiyası keçirib. Sonra onu geri çağırıblar.
Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində onun müraciəti əsasında ölümə təhdid və korrupsiya ilə bağlı cinayət işi başlanılıb. Bu il yanvarın 2-də onun marşrutunu qərarla özünə qaytardılar.

Ölkəyə qayıtdıqdan sonra onun şirkətinə məxsus, Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobusları Nəqliyyat Departamentinin cərimə meydançasından buraxılıb. Sürücülər eyni xətt üzrə fəaliyyətlərinə davam ediblər.

Sahibkar deyir ki, son günlər yenidən ona təzyiq göstərirlər. Ona deyirlər ki, get istintaqda ifadələrini dəyiş: «Mən də getmədim. Mənə təzyiqlər var».

D.Abdullayev ona təzyiq edənlərlə bağlı bunları deyib: «Sahibkar kimi bezar oldum. Bu qədər haqsızlıq olmaz. 1 ildir ki, işimi əlimdən almaq üçün başıma açmadıqları oyun qalmadı.. Mənim qanım bunların üzərindədir».

XS
SM
MD
LG