Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25

İran bir şəhərini kitab paytaxtı seçmək istəyir


İran prezidenti Hassan Rohani 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin açılışında
İran prezidenti Hassan Rohani 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin açılışında

-

İranda 2-ci İran Kitab Paytatı Festivalı keçirilir. 100 şəhərin namizəd olduğu festivalda 15 şəhər yarım-finala qalıb.

Festivalın katibi İbrahim Heydəri deyib ki, festivalın əvvəlində 100 şəhər 1400-ə yaxın proqram ilə namizəd olub, bu proqramlar kitab oxumaq mədəniyyətini yaymaq üçün yazılıb. Şəhərlərin seçimində dini-milli dəyərlər, yerli ənənələr, özəl sektordan və xalqdan gələ biləcək maddi dəstək kimi meyarlar əsas götürülüb.

Yarım-finala qalan 15 şəhər bunlardır: İsfahan, Buşəhr, Təbriz, Hurmoc, Dezful, Ramhürmüz, Rəşt, Səbzəvar, Sircan, Rey, Şehrekürd, Şiraz, Kaşan, Nişabur və Yəzd.

İndi "qiymətləndirmə aparılacaq və yalnız 5 şəhər finala qalacaq, aralarından biri İranın mədəniyyət paytaxtı olacaq."

Məlumata görə, İranın yeni kitab paytaxtı 7 martda dövlət rəsmilərinin də iştirak edəcəyi bir mərasimdə açıqlanacaq.

XS
SM
MD
LG