►“Azərbaycan neft hasilatı həcmini dondurmağı planlaşdırmır”.
Bunu Energetika nazirinin müavini Natiq Abbasov söyləyib.
Trend-in xəbərinə görə nazir müavini ümumdünya neft hasilatında Azərbaycanın payının cüzi olduğunu söyləyib.
“Bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməyəcək” - deyə N.Abbasov bildirib.
Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatı yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarına gəldiklərini açıqlayıblar. Tərəflər neft nazirlərinin fevralın 16-də Qətərdə keçirilən görüşündə bunu deyiblər.
2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.
Buna da bax...
___________________________________________________________
Bunlara da bax:
____________________________________________________________