Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:58

Azərbaycanın ilk müdafiə nazirinin məzarı tapıldı


Xosrov bəy Sultanov
Xosrov bəy Sultanov

Azərbaycan Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun məzarı tapılıb.

Bu haqda APA-ya ilk hərbi nazirin mənsub olduğu nəslin nümayəndəsi, araşdırmaçı Orxan Cəbrayıl məlumat verib.

Orxan Cəbrayıl bildirib ki, Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat edib, qəbri Fəriköy məzarlığındadır.

Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də Tbilisidə Milli Şura adından Azərbaycan Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biridir.

Cumhuriyyətin birinci hökümətində hərbi nazir postunu tutub.

O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.

Azərbaycanı XI Qızıl ordu işğal etdikdən (1920-ci il aprelin 28-i) 3 il sonra Xosrov bəy Sultanovun mühacirət həyatı başlayıb.

Türkiyədə, İranda, Fransada və Almaniyada mühacirət həyatı yaşayıb.

Bunları da dinlə:

Azərbaycan ordusunun təməl daşı – «Tatar Atlı Alayı»

Azərbaycanda hamının sevdiyi tək Adam…

Buna da bax...

"28 may" qurucularından kimləri tanıyırsınız?
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

XS
SM
MD
LG