Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:45

«Apple» 40 yaşa çatdı


«Apple»ın ilk kompüteri - 1976.
«Apple»ın ilk kompüteri - 1976.

-

Steve Wozniak ilk «Apple» kompüterini 1976-cı ildə «Homebrew» Kompüter Klubuna gətirəndə, hamı təəccübləndi, ancaq lap çox da həyəcanlanmadı.

Klubun mühəndisi Bob Lash deyir ki, bunun böyük, gözəl bir iş olduğunu bilirdilər, ancaq o zaman hərə öz dizaynını hazırladığından, elə də qeyri-adi hadisə saymayıblar.

Şəxsi kompüteri, mp3 pleyeri, yaxud smartfonu «Apple» kəşf etməyib, yəni bir dünya markasına bu cür çevrilməyib.

«Kəşf nə deməkdir?». Kompüter Tarixi Muzeyinin kuratoru Dag Spicer deyir. «Həmişə yeni bir kəşf etməlisən? Yoxsa mövcud olanı götürüb yenidən qura, gözəlləşdirə də bilərsən? Deyərdim ki, bu da bir kəşfdir».

Cümə günü «Apple»ın 40 yaşı tamam olur. D.Spicer deyir ki, şirkətin həmtəsisçisi Steve Jobs-un əsas məqsədi gözəlik və asanlıq yaratmaq idi.

«Macintosh» buna parlaq misaldır. «Apple» şirkətinin reklamında deyilirdi ki, bu, hər kəsin istifadə edə biləcəyi bir kompüter idi.

«Microsoft Windows» bazara girəndən sonra «Apple»ın bazar payı kiçildi. IBM fərdi kompüterləri daha geniş istifadə olunmağa başladı, həm də ucuz idi. Üstəlik, indi xeyli şirkət kompüter proqramları da hazırlayırdı. «Microsoft» sistemləri üstünlüyü ələ aldı və «Apple» bazarda sıxışdırıldı.

Ancaq «Apple» «iPod», daha sonra «iPhone» kəşf etdi.

İndi də «Android» sisteminin yayılması şirkətin payının azalmasına səbəb olur. Belə ki, açıq əməliyyat sistemi olan «Android» hər kəsin onu hazırlamasını mümkün edir.

«Apple» 40 yaşını qeyd etmir. Həmtəsisçi Jobs nə vaxtsa deyirdi ki, «Biznesində geriyə boylansan, məhv olarsan. İrəliyə baxmalısan».

Jobs və Wozniak-ın vaxtilə ilk «Apple» kompüterlərini düzəltdiyi Los Altos qarajı indi turistləri cəlb edən bir məkandır. Yerli sakinlərinin hamısının ürəyincə olmasa da, turistlər buranın fotosunu çox çəkirlər. Özü də «iPhone» telefonları ilə.

XS
SM
MD
LG