Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:09

Onu "İlin Hüquq Müdafiəçisi" seçdilər


İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm

►Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyevi Civil Rights Defenders təşkilatı İlin Hüquq Müdafiəçisi mükafatına layiq görülüb.

Mükafat aprelin 7-də Stokholmda, hüquq müdafiəçisinin ölkədən çıxma yasağının olması səbəbindən onun oğlu Nəcmin Kmailsoya təqdim olunub. Bu haqda bilgini N.Kamilsoy özünün facebook səhifəsində və Civil Rights Defenders təşkilatı öz saytında yayıb.

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu.

Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü qüvvədə saxlamışdı. Sonradan Ali Məhkəmə Baş Prokurorluğun protesti əsasında hüquq müdafiəçisini şərti azadlığa buraxmışdı.

İntiqam Əliyev bütün ittihamları rədd edirdi. İnsan haqlarının müdafiəsi kimi gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirirdi.

​“Amnesty International”» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi “vicdan məhbusu” sayırdı.

Buna da bax: Qazaxda işçilər etiraz aksiyası keçirib

Qazaxda işçilər etiraz aksiyası keçirib
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

XS
SM
MD
LG