Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22

Prezident Nazirlər Kabinetinin iclasını çağırdı


İlham Əliyev
İlham Əliyev

-

Aprelin 9-da prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində Ermənistanın təxribatının qarşısı alınıb. Bununla da Azərbaycanın hərbi mövqeyi daha da möhkəmləndirilib. «Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir. Danışıqlar prosesinin pozulmasına çalışır», -deyən İlham Əliyev qeyd edib ki, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan təxribatlara əl atır.

«Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq», - deyən prezident İlham Əliyev əlavə edib ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.

ÜDM AZALIB, 37 MİN İŞ YERİ AÇILIB...

İlham Əliyev birinci rübdə Ümumi Daxili Məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artımın proqnozlaşdırıldığını bildirib. Bütün maliyyə-iqtisadi sektorun mütərəqqi prinsiplər əsasında inkişaf etməsinin əhəmiyyətindən danışıb. O, deyib ki, birinci rübdə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq.

Prezident deyib ki, «Cənub Qaz Dəhlizi» layihəsinin icrası cədvəl üzrə gedir, bu strateji layihə vaxtında icra olunacaq.

Sonra energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev danışıb.

SOSİAL MƏNZİLLƏRİN TİKİNTİSİNƏ BAŞLANACAQ

Prezident İlham Əliyev yekun nitqində ordu quruculuğuna daha böyük önəm veriləcəyini söyləyib.

«İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir», - deyən prezident qeyd edib ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir. Onun deməsinə görə, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyindən də danışıb. Paytaxtda və rayon mərkəzlərində sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.

XS
SM
MD
LG