Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:38

Şeyxülislam süni mayalanmaya razılıq verdi


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

►Qafqaz Müsəlmanları İdarəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əleyhinə idi

“Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbuluna obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur. Cəmiyyət bilməlidir ki, qanunun qəbulunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi idi”.

Bunu parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Trend-in xəbərinə görə, komitə sədri qanunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə görüşlər keçirdiklərini bildirib.

“Narahatlıq doğuran məsələləri birgə müzakirə edirik. Onlar bizə deyir ki, məsələnin əsl mahiyyəti tam izah olunmayıb. Artıq indi görüşümüzün nəticəsi olaraq bizə deyirlər ki, layihədə nəzərdə tutulan məsələlər heç də islama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə qanun layihəsinə razılığını artıq verib” - deyə komitə sədri bildirib.

___________________________________________________________

Bunlara da bax:
Müsəlman ölkələri Qarabağ probleminin həllinə qoşulur
Xədicə İsmayıl: "İlham Əliyev də sifarişi verməkdə acizdir"

___________________________________________________________

Komitə sədri qanunla bağlı əsas problemin ekstrokorporal mayalanma ilə bağlı olduğunu deyib. “Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox? Ona görə də burda problem görmürəm” - Ə.Əmiraslanov deyib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel radio proqramında

V1 kodlu Azərbaycan rəsmisi kimdir? Azərbaycan neftinin isrlərini xarticilərə kim ötürüb?..
“Zorla pambıq əkdirməzlər”...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel TV proqramında

"Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"
"Xaricdə təhsil vəd edən fırıldaqçılar?"

XS
SM
MD
LG