Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:48

Xədicə İsmayıla beynəlxalq dəstək


Xədicə İsmayıl
Xədicə İsmayıl

►"Xədicə İsmayılovın mənzilində gizli videoçəkiliş aparılmaqla şəxsi həyatına müdaxilə edilib."

PEN International və Privacy International başda olmaqla 14 beynəlxalq söz və ifadə azadlığı təşkilatı Azərbaycanda həbsdə olan jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın işinə baxılması ərəfəsində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

“Azərbaycan hakimiyyətinin Xədicə İsmayılova ilə çox pis davranışı son illər bu ölkədə söz və mətbuat azadlığının daim pozulmasından xəbər verir” - Beynəlxalq PEN-klubun prezidenti Cennifer Klement bildirib.

“Bu, yalnız bir ədalətsizliyin aradan qaldırılması yox, həm də ümumilikdə KİV-ə böyük dəstək məqsədilə AİHM üçün mühüm fürsətdir”, - o qeyd edib.

“Xədicə İsmayılova ciddi təzyiqlərə məruz qalıb, onun mənzilində gizli videoçəkiliş aparılmaqla şəxsi həyatına müdaxilə edilib. Azərbaycan hakimiyyəti bu pozuntuları araşdırmayıb”, - Privacy International-ın hüquq məsələləri üzrə əməkdaşı Kamila Qraham Vud deyib.

Xədicə İsmayıl isə 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir və peşə fəaliyyətinə, xüsusən prezident və ailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Avropa məhkəməsində X.İsmayılovanın maraqlarını ifadə azadlığı hüququ üzrə tanınmış vəkillər Amal Klunu və Nani Yansen müdafiə edəcək.

___________________________________________________________

Bunlara da bax:
İlqar Məmmədovun məhkəməsi başlanır
Türk fermer Rusiyadan deportasiya edildi

___________________________________________________________

XS
SM
MD
LG