Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:17

Xədicə İsmayıl: "İlham Əliyev də sifarişi verməkdə acizdir"


Xədicə İsmayıl
Xədicə İsmayıl

"Hesab edirəm ki, məhkəmə sifariş gözləyir. Ona görə də məhkəmə baxışının gününü təyin etmirlər.

Sifarişi isə İlham Əliyev verməlidir. İlham Əliyev də sifarişi verməkdə acizdir"

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl həbsxanadan iki mesaj göndərib. Jurnalist mesajlarını aprelin 13-də 4 saylı cəzaçəkmə müəssisəsində onunla görüşən vəkili Yalçın İmanov vasitəsilə çatdırıb.

“MƏHKƏMƏ SİFARİŞ GÖZLƏYİR”

Xədicənin birinci mesajı Ali Məhkəmədə onun işi üzrə məhkəmə baxışının yubanması ilə bağlıdır.

Vəkil deyir ki, jurnalistin barəsindəki hökmdən kassasiya şikayətini yanvarın 19-da Ali Məhkəməyə təqdim ediblər. İş hakim Əli Seyfəliyevin icraatına verilib. Amma üstündən üç ay keçməsinə baxmayaraq, hələ də məhkəmə baxışı təyin olunmayıb: "Bu gün də Ali Məhkəməyə gedib, məhkəmə baxışının təyin olunub-olunmaması ilə maraqlandım. Məlum oldu ki, hələ gün təyin edilməyib".

"Hesab edirəm ki, məhkəmə sifariş gözləyir. Ona görə də məhkəmə baxışının gününü təyin etmirlər. Sifarişi isə İlham Əliyev verməlidir. İlham Əliyev də sifarişi verməkdə acizdir", - Xədicə İsmayılın mesajı belədir.

“ARAŞDIRMALARI DAVAM ETDİRİRLƏR”

Jurnalist Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project - OCCRP) əməkdaşlarına da minnətdarlığını ifadə edən mesaj göndərib:

"OCCRP əməkdaşlarına təşəkkür edirəm ki, dayandırmırlar, araşdırmaları davam etdirirlər. Bu, çox vacibdir".

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir və peşə fəaliyyətinə, xüsusən prezident və ailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel radio proqramında

V1 kodlu Azərbaycan rəsmisi kimdir? Azərbaycan neftinin isrlərini xarticilərə kim ötürüb?..
“Zorla pambıq əkdirməzlər”...

Buna da bax: Xədicə İsmayıl belə həbs olundu (Video)

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel TV proqramında

"Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"
"Xaricdə təhsil vəd edən fırıldaqçılar?"

XS
SM
MD
LG