Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

«Görüntü naminə danışıqlar aparılmasının heç bir mənası yoxdur»


İlham Əliyev cəbhə bölgəsində, 1 may, 2016
İlham Əliyev cəbhə bölgəsində, 1 may, 2016

Bunu dövlət başçısı İlham Əliyev mayın 1-də Tərtərdə hərbçilərin qarşısındakı çıxışında bildirib.

Prezidentin sözlərinə görə, həmsədr ölkələr Ermənistana ciddi təzyiqlər göstərirlər.

Ölkə başçısı qeyd edib ki, hərçənd, onlar bunu açıq şəkildə bəyan etmirlər.

Prezidentin deməsinə görə, onlar həmişə balans saxlamağa çalışırlar:

«Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz buna əməl etdik, bu gün də əməl edirik. Lakin ermənilər ilk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücuma keçsinlər, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsınlar. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub»

İlham Əliyev deyib ki, Azərbaycan danışıqlara sadiqdir:

«Bir daha demək istəyirəm, biz çalışacağıq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirək. Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq»

XS
SM
MD
LG