Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:35

«Yoxlamaların dayandırılması çıxış yolu deyil»


Biznes
Biznes

-

Prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib ki, ötən ilin 1-ci rübündə sahibkarlıq obyektlərində 20 min yoxlama vardısa, bu rəqəm 2016-cı ilin eyni dövründə 30-dan bir az artıq olub.

Prezident sərmayələrin cəlb edilməsinə görə belə addımların atıldığını bildirib.

Yoxlamalar ötən il noyabrın 1-dən 2 illik müddətə dayandırılıb. Bu müddətdə yalnız vergi yoxlamaları, bir də insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar yoxlanacaq. Həmin yoxlamalar da bəlli məhdudiyyətlər nəzərə alınmaqla aparılmalıdır.

«YOXLAMA MƏMURLARIN RÜŞVƏTYIĞMA VASİTƏSİ İDİ»

İqtisadçı ekspert Qalib Toğrul deyir ki, yoxlama sayının azaldılmasının yaxşı tərəfi var: «Çünki dövlət orqanlarının yoxlamaları özəl sektorda heç nəyi müsbətə dəyişmirdi. Bu, yalnız məmurların rüşvətyığma vasitə idi. Əksinə, yoxlamalardan sonra sahibkar bir müddət özünə gələ bilmir, verdiyi pulu müəyyən qanunsuz yollarla çıxarmağa çalışırdı. Bu da son nəticədə istehlakçıdan çıxırdı».

«YOXLAMALARIN DAYANDIRILMASININ PİS TƏRƏFİ DƏ VAR»

Ekspertin sözlərinə görə, yoxlamaların dayandırılmasının pis tərəfi də var: «Bu, istehlak etdiyimiz qidaların təhlükəsizliyi ilə bağlıdır. Yoxlamaların olmamasından arxayınlaşan sahibkar standartların tələbinə cavab verməyən, mənşəyi bəlli olmayan, zərərli və zəhərli xammaldan istifadə etməklə, istehsal və ticarət fəaliyyəti ilə məşğul ola bilər».

«QADAĞA GÖTÜRÜLƏN KİMİ KÖHNƏ RÜŞVƏT MEXANİZMİ İŞƏ DÜŞƏCƏK»

Q.Toğrulun fikrincə, yoxlamaların dayandırılması çıxış yolu deyil: «Bəlkə də aralıq dövrdə bu addımdan yararlanmaq olar, ancaq bu, uzunmüddətli dövrdə gözlənilən effekti verməyəcək. Qadağa götürülən kimi köhnə rüşvət mexanizmi işə düşəcək. Nə qədər ki yoxlamalar dayandırılıb, nə qədər ki vaxtımız var, bundan faydalanıb dövlətin şəffaf və hesabatlı yoxlama mexanizmini yaratmaq lazımdır».

XS
SM
MD
LG