Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:10

''Heydəristan'ı fransızca yazacam'


Məhəmməd Mirzəlinin Facebook-dakı Heydəristan səhifəsi
Məhəmməd Mirzəlinin Facebook-dakı Heydəristan səhifəsi

►Siyasi mühacir bu Facebook səhifəsinə görə ailə üzvlərinin hədələndiyini deyir

“Atamı pomidor əkdiyi yerdə gəlib aparıblar”.

Bunu Fransada siyasi mühacirlik həyatı yaşayan ictimai fəal Məhəmməd Mirzəli deyir.

O, AzadlıqRadiosuna danışır ki, Azərbaycandakı siyasi təqiblərdən yaxa qurtarmaqdan ötrü Fransaya pənah aparsa da, vətəndə qalan ailə üzvləri təzyiqlərlə üzləşib:

“İyunun 15-də atamı gəlib evdən aparıblar, qohum-əqrəbadan tutmuş həyətimizdəki itin adına qədər soruşublar. Məni axtarırlar, deyirlər ki, “oğlun gəlib təslim olsun, yoxsa, sizin üçün yaxşı olmayacaq””.

22 yaşlı Məhəmməd Mirzəli 4 ildir ki, AXCP üzvüdür, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyası təşkil edib, deyir, buna görə də “qara siyahı”ya düşüb. Onun sözlərinə görə, 2013-cü ildə polisə aparılıb, döyülüb, atası da polisə çağrılaraq hədələnib.

Məhəmməd Mirzəli vətəndən qaçaq düşsə də, siyasi fəaliyyətini davam etdirdiyini deyir:

““Amnesty İnternational”ın araşdırmaçı jurnalist Xədicə Ismayılınn ad günü ilə bağlı keçirdiyi tədbirin fəallarından oldum. Bundan başqa, Facebook-da “Heydəristan” adlı səhifə yaratmışam. Orda sitatlar yazıram. Hələlik, Azərbaycan dilindədir, amma bir azdan fransız dilində də yazacam”.

“Atamı əli palçıqlı götürüb apardılar”

Məhəmməd Mirzəli güman edir ki, ailə üzvləri elə “Heydəristan”a görə hədələrə məruz qalıb. Bacısı Nigar Mirzəli atasının polisə aparıldığını belə xatırlayır:

“Evdəydik, günortaydı, bir də gördük polis əməkdaşları gəldilər, əli palçıqlı götürüb apardılar. Dedilər ki, “kənd sovetinə aparırıq”. Biz də arxasınca gedəndə məlum oldu ki, polis idarəsinə aparıblar”.

Nigar Mirzəli deyir ki, atası iki saata qədər polis idarəsində qalıb:

“Ona orda nə deyiblər, nə soruşublar, nə ilə hədələyiblər, bilmirik. Bircə onu bilirik ki, atam polisdən gələndən oturub heykəl kimi... Heç bir sualımıza cavab vermir, elə bircə onu deyir ki, qohum-əqrəbanın adını soruşublar, deyir, “qorxuram onlara şər atalar, Məhəmmədə görə hamıyla pis olaq”, bir də deyir, “özünüzü qoruyun”. Vəssalam, başqa heç nə danışmır, o iki saatda kim ona başqa nə deyib, bilmirik”.

____________________________________________________________

Bunlara da bax:
“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”
''Heydəristan'ı fransızca yazacam'

____________________________________________________________

“Qardaşımdan imtina etmərik”

Məhəmməd Mirzəlinin atası Fazil Mirzəli ilə danışa bilmədik. Nigar xanım əlavə edir ki, onlar qardaşlarının işinə qarışmırlar: “Hər kəsin öz yolu var. O da siyasi yolu seçdi. Qardaşım nə pis iş tutub ki, biz ondan imtina edək? Çox ağıllı oğlandır, özü nə elədiyini bilir”, bacısı əlavə edir.

Göyçay polis idarəsindən Fazil Mirzəlinin polisə aparılması ilə bağlı iddiaları rədd etdilər, növbətçi hissədən dedilər ki, iyunun 15-də Fazil Mirzəli adında şəxsin polisə gətirilməsi ilə bağlı onlarda qeyd yoxdur.

Azərbaycan təcrübəsi

Yerli hüquq müdafiəçiləri dəfələrlə bildiriblər ki, siyasi fəaliyyətinə görə, fəalların yaxınları da təqiblərə məruz qalırlar.

“Azadlıq” qəzetinin keçmiş baş redaktoru, hazırda Fransada siyasi mühacir olan Qənimət Zahid həbs edilən iki qohumunun onun hakimiyyətə tənqidi münasibətinə görə cəzalandırıldığını bildirib.

3 il şərti həbslə azadlığa buraxılan “Meydan TV”nin rəhbəri Emin Millinin qaynı Nazim Ağabəyov həbsinin bacısının əri ilə bağlı olduğunu bəyan edib.

Yazar Günel Mövlud da narkotik ittihamı ilə həbs edilən iki qardaşının həbsini öz fəaliyyəti ilə izah edib. Onun qardaşları bir neçə aylıq həbsdən sonra azad ediliblər.

AXCP üzvü Natiq Ədilovun qardaşı Murad Ədilov da 10 aydan çoxdur həbsdədir. Siyasi mühacir olan Natiq Ədilov qardaşının həbsini özünün siyasi fəaliyyətinə bağlayır.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”
Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?
'Formula-1'ə büdcədən 300 milyon xərclənir?
Gözlə

No media source currently available

0:00 0:15:58 0:00
XS
SM
MD
LG