Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:31

N.Məmmədovun Nalbandyana cavabı- 'Bu lap ağ eləmək oldu'


Novruz Məmmədov
Novruz Məmmədov

►​"Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?"

Bunu öz Facebook səhifəsində Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov yazır.

O, Ermənistanın xarici işlər nazirinə cavab verir.

Nalbandyan son açıqlamasında deyib ki, N.Məmmədov heç vaxt Qarabağ danışıqlarında iştirak etməyib, Sankt-Peterburq görüşü də istisna deyil. Nalbandyan bildirib ki, N.Məmmədov yalnız işçi nahara qatılıb.

"Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı." - deyə N.Məmmədov təəccüblənir.

N.Məmmədov demişdi ki, prezidentlərin Sankt-Peterburq görüşündə Qarabağ probleminin mərhələli həllinə dair razılıq əldə edilib.

Nalbandyan həmin görüşdə heç bir razılıq əldə edilmədiyini bildirib.

Edward Nalbandyan
Edward Nalbandyan

Ermənistan XİN-in rəhbəri deyib ki, N.Məmmədov Sankt-Peterburqda yalnız işçi naharda iştirak edib. Həmin nahar zamanı isə, onun sözlərinə görə, yalnız qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılması və ATƏT sədrinin şəxsi nümayəndəsinin komandasının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
XS
SM
MD
LG