Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:12

NYT: "Brexit" iqtisadi fəlakətin başlanğıcıdır"


“The New York Times” qəzetində Philippe Legrain Brexit-in iqtisadi təsirlərindən yazır.

Funt sterlinq dollara qarşı artıq 9 faiz ucuzlaşıb ki, Britaniyanın aktivləri də bununla dəyər itirib. Səhm bazarına ziyan dəyib. Əksər britaniyalıların əsas sərvəti olan daşınmaz əmlakın da qiyməti düşəcək. İngiltərə Bankının (Bank of England) başçısı Mark Carney maliyyə sistemini qorumaqdan ötrü 250 milyard funt sterlinq (345 milyard dollar) boyun olsa da, gərəkərsə, daha artığını verə biləcəyini desə də, aparıcı bankirlər davamlı iqtisadi şok qarşısında çətin duruş gətirsinlər.

QEYRİ-MÜƏYYƏNLİK, XAOS

Müəllif ölkədə biznesin üzləşdiyi qeyri-müəyyənliyə diqqət çəkir. Siyasi və hüquqi sabitliyi ilə tanınmış ölkə xaosa sürüklənməkdədir. David Cameron-u baş nazir postunda əvəzləməyə lideri Boris Johnson özünü bazar və qlobalizasiya tərəfdarı kimi göstərsə də, səsvermədən öncə deyib ki, Avropa Birliyində miqrasiyaya, Çin poladına tarif qoyulmasına və yüksək ictimai xərcləmələr tərəfdarıdır. Bununla da Britaniyanın Avropa Birliyi və digər ölkələrdə ticarətinin gələcək şərtləri qeyri-müəyyəndir. Maliyyədən tutmuş, ətraf mühitin mühafzəsinədək hər şeylə bağlı yerli qaydalar dəyişə bilər.

Müəllif yazır ki, belə qeyri-müəyyənliklə üzləşən biznes sahələri investisiyaları ertələyəcəklər. İstehlakçılar xərcləri azaldacaqlar. Nəticədə, büdcə defisiti şişəcək. Əslində, funtun dəyərsizləşməsi ixracı gücləndirə bilər, ancaq çətin ki, zərbəni önləyə bilsin. 2008-ci ildə funt sterlinqin böyük düşüşü ixracı gücləndirə bilmədi, indi isə Brexit onu çökdürəcək. Bu durum qısa sürməyəcək. Avropa Birliyindən çıxmaq kimi formal proses iki il çəkə bilər.

XS
SM
MD
LG