Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:05

«Brexit» lağa qoyulur


Avropa İttifaqının bayrağındakı ulduzların yerinə emosiya smayliklər
Avropa İttifaqının bayrağındakı ulduzların yerinə emosiya smayliklər

İSPANLAR ÖZ HAYLARINDA, FRANSIZLARLA RUSLAR...

Böyük Britaniyanın baş naziri David Cameron referendumun nəticələri açıqlanar-açıqlanmaz payızadək tutduğu vəzifədən gedəcəyini bəyan edib.

Rəsmi nəticələr elan olunduqdan sonra isə Fransada sağ radikalçıların partiyası «Milli cəbhə»nin lideri Marine Le Pen bir təkliflə çıxış edib. O Avropa Biliyini tərk etməklə bağlı oxşar referendumların başqa ölkələrdə də keçirilməsi təklifində bulunub.

İspaniyanın xarici işlər naziri José Manuel García-Margallo güman edir ki, fürsət bu fürsətdir, onlar müvəqqəti olaraq Gibraltar üzərində nəzarəti paylaşacaqlar, daha sonra boğaz əsrlər öncə burdakı hakimiyyətini itirmiş İspaniyanın təsiri altına düşəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri də «Brexit» ilə bağlı özünəxas tərzdə zarafat etməyə cəhd göstəriblər: «Əgər tezliklə «Grexit» və «Brexit» kimi ayrıca ölkə terminləri yerinə universal anlayış «Whoexit» yaranarsa buna təəccüblənmərəm», - nazirliyin sözçüsü Maria Zakharova yazır.

YENİ AVROPA ÖLKƏLƏRİ: DEPORTUGAL, FİNİSH...

Sosial şəbəkələrin istifadəçiləri ideyaları, yanaşmaları bir qədər də inkişaf etdirir və növbəti kampaniyalar üçün adlar düşünüb tapırlar. Onlar növbəti «brexit»lərdən sonra Avropa ölkələrinin adlarını bu şəkildə «deformasiya edəcəyini» güman edirlər: «Grexit, Deportugal, İtaleave, Czechout, Oustira, Finish, Slovakout, Latervia, Byegium».

Sosial şəbəkələrdə Avropanın gələcək xəritəsi də fərqli şəkildə cızılmaqdadır. Məsələn, ironiya ilə Yunanıstanın Çinə məxsus olacağını, Almaniya ilə Fransanın Merkelreich adlanacağını yazırlar. Avropanın gələcəkdə bu şəkildə görünəcəyini düşünənlər də var:

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının başlıca səbəblərindən biri birliyin miqrasiya siyasəti idi. Brüsselin sərhədləri effektiv qorumadığı, miqrantların Avropaya, o cümlədən Biritaniyaya axışmasında günahkar olduğu iddia edilirdi. Ancaq bu gün insanlar Birləşmiş Krallığın koloniya keçmişini ironiya ilə yada salırlar. Onun Şimali və Latın Amerikasında, Afrikada, Hindistandakı koloniyalarının xəritəsi verilir:

«BRİTANİYA, GÖMRÜK İTTİFAQINA GƏL»

Ekspertlər və iqtisadçılar Britaniyanın yeni iqtisadi tərəfdaşlıqlarını araşdırarkən internetdə ölkənin Gömrük ittifaqına (bu qurum Rusiya Federasiyası, Belorus, Ermənistan, Qazaxıstan və Qırğızıstandan ibarətdir) üzv götürülməsi barədə təkliflər də fırlanmaqdadır:

Avropanın 2022-ci ilə mümkün xəritəsi, Mikhail Golub (status Twitter)
Avropanın 2022-ci ilə mümkün xəritəsi, Mikhail Golub (status Twitter)

Belə bir rəy də var ki, Böyük Britaniyanın AB-ni tərk etməsi onun Rusiya və MDB ölkələri ilə iqtisadi əlaqələr qurmasında müsbət təsirini göstərəcək. «Brexit» tərəfdarları dəfələrlə bildiriblər ki, AB xaricindəki bazarlarla, o cümlədən də Rusiya ilə ticarət və maliyyə əlaqələr qurmaqda niyyətlidirlər. Hətta gələcəkdə bu addımın Krımın ilhaqından sonra Rusiya Federasiyasına qoyulan sanksiyaların götürülməsinə rəvac verəcəyini və Britaniyanın Donbas münaqişəsinin həllində iştirak edəcəyini güman edirlər.

SAXTA NİKAHLAR VƏ LA-MANŞDA TUNEL

Ancaq bəzi britaniyalılar heç nəyə baxmayaraq Britaniya tərkibində qalmaq istəyirlər. Sosial şəbəkələrdə saxta nikahlarla bağlı zarafatlar da səslənməyə başlayıb. Məsələn yazırlar ki, Tom Avropa vətəndaşlığı olan çex qadınla evlənmək istəyir və hətta toy xərclərini də boynuna götürməyə hazırdır, ancaq ifrata varmadan.

Hələlik bu referendumun Britaniya üçün nə ilə nəticələnəcəyi bəlli deyil. Ancaq YouGov araşdırmaçıları hər ehtimala qarşı hesablayıblar ki, britaniyalılar nəticədən asılı olmadan orta hesabla neçə il bu qərara görə perşmançılıq çəkəcəklər.

Sosial şəbəkə istifadəçilərinin rəyinə görə tezliklə La-Manş altında Britaniya ilə Avropa qitəsini birləşdirəcək tunel görünəcək.

XS
SM
MD
LG