Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:51

Tofiq Zülfüqarov: «Ermənilər Rəsulzadənin məsələsini qaldırırsa, biz də...»


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

►“Ermənilər Rəsulzadə məsələsini qaldırırlarsa, biz də onların Holokostda iştirakını qaldırmalıyıq”

“Hər halda, ermənilər İsraili Azərbaycana silah satdığına görə tənqid edirsə, deməli, bizim xeyrimizə nəsə baş verir”

“Heç bir ay deyil, David Cameron Türkiyənin AB üzvü olmaması ilə bağlı zarafat etmişdi. İndi Türkiyənin bu zarafatı qaytarmasının vaxtı çatıb”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna müsahibəsində belə deyib. Onunla söhbəti təqdim edirik.

Tofiq Zülfüqarov: Novruz müəllim təzə bir şey demədi
Gözlə

No media source currently available

0:00 0:08:32 0:00
Direct-ə keçid

– Tofiq bəy, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu günlərdə prezidentlərin Sankt Peterburq görüşü ilə bağlı danışarkən bəyan etdi ki, əvvəlcə 5 rayonun, daha sonra 2 rayonun geri qaytarılması və növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi haqqında razılıq əldə edilib. Ancaq qarşı tərəf bu deyilənləri təkzib etdi. Novruz Məmmədov bunu daxili publikaya hesablayaraq demişdi və ya Ermənistanın xarici işlər naziri Nalbandian razılaşmanın açıqlanmasını istəmir?

– Birincisi, Novruz müəllim təzə bir şey demədi. Onun dedikləri Madrid prinsiplərinə uyğundur. Nazir Lavrov Azərbaycana və Ermənistana səfər edərkən bildirdi ki, “biz təzə təkliflər gətirmədik, masada olan, sadəcə, Madrid prinsipləridir”. Yəni mən burda təkzib üçün nəsə görmədim. İkincisi, təkzib edilməyib də. Rusiya XİN-in sözçüsü Zaxarovanın sözlərinə görə, hər hansı bəyanat danışıqlara ziyan gətirə bilər. Amma bu deyiləni həm də Nalbandian-a şamil etmək lazımdır. Çünki onun danışdığı paket versiyası həmsədrlərin təqdim etdiyi versiya deyil. Onun dediyinə görə, Dağlıq Qarabağın statusu digər məsələlərlə eyni vaxtda həll olunmalıdır. Onlar status məsələsini elə təsəvvür edirlər ki, guya günlərin bir günü Azərbaycan Dağlıq Qarabağı tanıyacağını və müstəqillik verəcəyini bəyan edəcək. Bu xülyadır. Nalbandianın bəyanatı da, sadəcə, vəziyyəti gərginləşdirir. Mən bir məsələni də demək istəyirəm.

– Buyurun.

– Ermənilərin versiyasına görə, üç prezident Sankt-Peterburqda ona görə görüşüblər ki, mənim hörmət etdiyim Anjey Kaspirşikin (Andrzey Kasprzyk) mandatını və redaksiyasını təsdiqləsinlər. Birincisi, yada salmaq lazımdır ki, Kaspirşikin mandatı qəbul olunanda prezidentlər bunda iştirak etmirlər. Mən bunu prosesin içində olan adam kimi deyirəm. Yəni bu məsələdən ötrü, doğrudanmı, bu üç prezidenti ora yığmaq lazımdır?

– Tofiq bəy, prezidentlərin görüşündə masanın üzərində ciddi təkliflər varıydımı?

– Təbii var. Aprel döyüşlərindən sonra bir şey bəlli oldu: Azərbaycanın hərbi, müdafiə imkanları Ermənistandan qat-qat çoxdur. Bu da təbiidir, 10 ildən çoxdur Azərbaycan müdafiə məsələlərinə Ermənistanın büdcəsi qədər, bəlkə də daha çox maliyyə sərf edib. Ermənilər də artıq Azərbaycanın güclü ordusu olduğunu etiraf edirlər. Rusiya isə erməniləri və azərbaycanlıları çağırıb ki, məsələni həll etmək lazımdır, dəyişikliklər baş verməsə, müharibə qaçılmazdır. Təəssüflər olsun, erməni tərəfi bu məsələni qeyri-ciddi qəbul edir. Hər halda, Nalbandian-ın bəyanatları onu göstərir.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsib
Ermənistanla Rusiya razılaşıb

____________________________________________________________

– O zaman yaxın bir neçə ayda münaqişənin nizamlanması yönündə ciddi addımlar atıla bilərmi? İstər diplomatik, istərsə də hərbi baxımdan.

– Gəlin, bir az da gözləyək. Nəticənin olması üçün hər iki tərəf buna cəhd etməlidir. Ermənistan gələcəyi, Nalbandian-ın dediyi kimi, bu şəkildə təsəvvür edirsə, hansısa irəliləyişin olacağına inanmıram. İkincisi, biz görüşün formatına baxanda görürük ki, Vladimir Putin nəinki Rusiyanın, hətta prezident kimi özünün imicini ortaya qoyub və vəziyyətin dəyişməsini istəyir. Mən inanmıram ki, ermənilər bu cür manevrlərlə onun sözünü yerə salsınlar, təşəbbüsünə əhəmiyyət verməsinlər. Yenə deyirəm, gözləmək lazımdır. Ancaq bu cür bəyanatlarla irəliləmək, hələlik, qeyri-ciddidir. İkincisi də, təəccüb doğuran bir məsələ də var, Nalbandian-ın bəyanatı Rusiyanın ən böyük agentliklərindən birində gedir və buna imkan yaradılır. Rusiya tərəfi bu cür məsələlərə çox ciddi yanaşmalıdır. Bu, sülhə böyük maneələrdən biridir. Bir də, mən ayrı məsələyə toxunmaq istərdim. Bu günlərdə Ermənistanda Qaragen Nijdeyə heykəl qoyulması Rusiyada da müzakirə edildi. Rusiya XİN-in brifinqində ermənilər sual verdilər ki, niyə Azərbaycan Rəsulzadəyə heykəl qoyanda da münasibət bildirilmədi? 1998-ci ildə prezident Heydər Əliyev Vaşinqton səfərində yeni açılmış Holokost muzeyini ziyarət edib və hədiyyələr verib.

– Maraqlıdır, Əliyev yəhudilərə nə bağışlayıb?

– Sənədlər toplusu idi. Birinci sənədlər toplusu yəhudilərin Azərbaycanda yaşaması ilə bağlı idi, ikincisi isə diplomatların 1947-48-ci illərdə əldə etdiyi sənədlər idi. Həmin illərdə Sovet İttifaqının xüsusi xidmət orqanları Abver (1919-1944-cü illərdə “3-cü Reyx”in hərbi kəşfiyyat və əks-kəşfiyyat orqanı) zabitlərini dindirərkən üzə çıxır ki, Gestapo (1933-1945-ci illərdə “3-cü Reyx”in siyasi polisi) Abver ilə əməkdaşlıq edib. Bunun nəticəsində ölüm düşərgələrində yəhudilərdən müsadirə edilən zinət əşyaları Amsterdamdan Yaxın Şərqə ötürülürmüş. Erməni diasporu və Daşnaksutyun partiyasının özəkləri isə burda bu zinət əşyalarını sataraq pulların bir hissəsini Abverə qaytarırmış və beləliklə, onun əməliyyatlarına xidmət edirmiş. Bu sənədlər toplusunu Əliyev muzeyə verib, 2-ci Dünya Müharibəsi vaxtı kimin nəylə məşğul olduğu maraqlıdırsa, o sənədlər toplusuna baxa bilər. Sənədlər indiyəcən ordadır. Təsəvvür edin, bu adamlar yəhudlilərin holokostunda iştirak ediblər.

– Heydər Əliyev o sənədləri necə əldə etmişdi? Bu haqda məlumatınız varmı?

– Yox.

– Bu sənədlər toplusu muzeyə təqdim edildi. Bəs Azərbaycan diplomatiyası bundan öz xeyrinə yararlana bildimi?

– İstifadə edilib. Yəhudi diasporları, təşkilatlarıyla əlaqələrimiz çox yaxşıdır. Bu istiqamətdə işlər gedir. Amma hamısı haqda danışmaq lazım deyil. Hər halda, ermənilər İsraili Azərbaycana silah satdığına görə tənqid edirsə, deməli, bizim xeyrimizə nəsə baş verir. Amma ermənilər Rəsulzadə məsələsini qaldırırsa, biz də bu məsələni, onların holokostda iştirakını qaldırmalıyıq.

– Söhbəti burda da yekunlaşdırmaq olardı, amma, Tofiq bəy, bu gün dünyanın müzakirə etdiyi məsələdən yan keçməyək deyirəm. Britaniya Avropa Birliyinə “yox” dedi. Britaniya ilə Azərbaycan iqtisadi tərəfdaşlardır. Bu addımın münasibətlərə hansı formadasa təsiri olacaqmı?

– Heç bir ay deyil, David Cameron Türkiyənin AB üzvü olmaması ilə bağlı zarafat etmişdi. İndi Türkiyənin bu zarafatı qaytarmasının vaxtı çatıb. Yadınızdadır da, o demişdi ki, Türkiyə 3 min ilə də AB üzvü olmayacaq. Azərbaycana gələndə, Britaniya onun böyük iqtisadi tərəfdaşıdır. Bizi maraqlandıran odur ki, bu hadisələr iqtisadi baxımdan ziyan edəcəkmi, ya yox? Hesab edirəm ki, Britaniya biznesi, iqtisadi dairələri tərəfdaşları ilə indi daha sərbəst əlaqələr saxlayacaq və layihələri maliyyələşdirəcəklər. Azərbaycanın Britaniya ilə iqtisadi əlaqələri daha da genişlənə bilər. Təəssüflər olsun ki, AB-nin nöqsanlarından biri enerji siyasətinə baxışların müxtəlif olması idi. Bəzən bu, Azərbaycanda həyata keçirilən enerji layihələrinə mənfi təsirini göstərirdi. NABUCO ilə bağlı Almaniyanın fərqli münasibəti vardı,Fransa, İtaliya ayrı mövqedəydi. İndi isə hesab edirəm ki, Britaniya enerji layihələrinin icrasında Azərbaycanla daha sərbəst münasibət quracaq.

Buna da bax: "Arvadım İŞİD-ə qoşulub"

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir
XS
SM
MD
LG