Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

İlham Əliyev: «Qeyri-neft sektorunda artım var»


İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, 10.07.2016
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, 10.07.2016

Məlumat verdiyimiz kimi İlham Əliyevin sədrliyi ilə iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İlham Əliyevin iclasda toxunduğu mövzulardan qısa sitatlar veririk.

«Münaqişənin həlli mərhələli variantdır»

İlham Əliyev bildirib ki, aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.

«Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir», - deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, «münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır».

«ÜDM azalıb, amma sənaye, aqrar sektor inkişaf edib»

Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib. Bildirib ki, ötən 6 ayda ölkə iqtisadiyyatina 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. «2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq», - İlham Əliyev qeyd edib.

Prezident ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlərin davam etdiyini söyləyib.

«Xalçaçılıq, baramaçılıq, tütünçülük... proritetdir»

O, Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi üçün tapşırıqlar verib. İlham Əliyev meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davam etməsini istəyib.

Ölkə rəhbəri ASAN xidməti, Formula-1 yarışlarını ölkənin uğuru kimi qiymətləndirib və ilin ikinci yarısını da müvəffəqiyyətlə başa vuracaqlarından əminliyini söyləyib.

XS
SM
MD
LG