Keçid linkləri

2025, 14 Mart, Cümə, Bakı vaxtı 01:39

İsveçrə bankı Rusiyalı milyonçulara xüsusi xidmətini dayandırır


Isveçrə bankı Credit Suisse Rusiya qanunverciliyi çərçivəsində varlı rusiyalılara xidmət bölməsini (private banking) bağlayır. Bunu Forbes jurnalı yazır.

İndi həmin varlılar bankın müştərisi kimi qalmaq istəyirlərsə, hesablarını İsveçrəyə köçürməlidirlər.

Credit Suisse dünyanın 3 böyük bankından sonuncusudur ki, Rusiya milyonçuları ilə Rusiya qanunverciliyi çərçivəsində işinə son soyur. Deutsche Bank Rusiya milyonçuları ilə 2003-cü ildən işləyirdiu, 2015-ci ildə private bankingi dayandırdı. UBS 2007-ci ildən belə işləyirdi, ancaq 3 ildən çox dözə bilmədi.

Rusiyalı müştərilərlə işləyən bir isveçrəli bankir Forbes jurnalına deyib ki, Rusiyada private banking xidməti “ cəngəlliklə hərəkət edən Rolls Royce maşınıdır”. Həmin bankirin fikrincə, bu banklar öz dövrlərini qabaqlayıblar, həmin banklar fikirləşirdilər ki, Rusiyada lokal biznes böyük sürətlə inkişaf edəcək, ancaq bu olmadı və banklar xərclərini ödəyə bilmədilər.

Ancaq Forbes yazır ki, Credit Suisse-nin indiki qərarına səbəb həm də qalmaqallı istintaq da ola bilər.

İsveçrə prokurorluğunun bankın keçmiş meneceri ilə bağlı apardığı istintaqa görə, həmin menecer keçmiş SSRİ ərazisində müştərilərin 1,6 milyard dollarlıq aktivlərini idarə edirdi, onların arasında Bidzina İvanishvili, Vitali Malkin və başqaları var. Və istintaq materilalarına görə, isveçrəli bankir müştərilərinin bir qisminin xərclərini digərlərinin hesabına örtürmüş, həmçinin vəsaitlərdən özü üçün istifadə edirmiş.

XS
SM
MD
LG