Bu ilin ilk 6 ayı ərzində Gürcüstana üç milyona yaxın adam gedib. Bu, ötən illə müqayisədə 13 faiz çoxdur.
Xəbəri ölkənin Milli Turizm Administrasiyası açıqlayıb.
Administrasiyanın rəhbəri Giorgi Chogovadze deyib ki, gələnlərin 1 milyonu ölkədə 24 saatdan artıq qalıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
G.Chogovadze vurğulayıb ki, Gürcüstana gələn Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 18 faiz artıb: 650 minə yaxın Azərbaycan vətəndaşı Gürcüstana gedib.
Ölkəyə gələn turistlərin siyahısında Türkiyə ikinci, Ermənistan vətəndaşları üçüncüdür.
Ermənistan, Rusiya və Ukraynadan gələnlərin sayında da azı 14 faiz artım var, - Administrasiya açıqlayıb.
Gürcüstana Avropa Birliyi ölkələri vətəndaşları da maraq göstərir, onların da sayında artım müşahidə olunur.