Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21

5 min manata kirayə bağ evi...


Xəzər sahilində bağ evləri
Xəzər sahilində bağ evləri

►Bağını kirayə vermək istəyənlər çox, kirayə götürmək istəyənlərsə azdır

“Buralar əvvəllər bağ yerlərimiz idi. Sonradan əlimizdən çıxdı. İndi dəniz olan o yerlər mənim uşaqlığımda torpaq yol idi. Gəlib oynayardıq, uşaqlığımız yaxşı keçirdi. Kasıb, ancaq xoşbəxt idik”.

60 yaşlı Fəridə Məmmədova hər səhər Pirşağı bağları yerləşən ərazidə dayanıb dalğaların səsinə qulaq asır. Deyir, bu səs onu qayğısız, uzaq illərə aparır.

Kiçik Bakı bağlarının hələ görkəmini itirmədiyi yerlərə. Qonşu uşaqları bir yerdə oynayardı, dənizə bir yerdə baş vurardular... 90-cı illərdə isə həmin kiçik evləri ilə birlikdə bağları əllərindən çıxıb:

“İndi həminki kimi deyil. Onda qonşular o qədər mehriban idi ki, nə valideynlər uşaqlarından nigaran qalırdılar, nə də qonşu o biri qonşunun uşağını evdən ac buraxmazdı. İndi kənd camaatı kasıblayıb. Hətta imkansızlıqdan camaat öz bağını, torpağını satır”.

Qumun üstündə ayaqyalın gəzmək

Bakı bağı mövzusu, köhnə bakılı, bəstəkar Eldar Mansurovun da yaralı yeridir. Bəstəkar söyləyir ki, “bağ” deyəndə uşaqlığının xatirələri yadına düşür:

Eldar Mansurov: İmkanım olsaydı, istirahət üçün özümə köhnə Bakı bağı alardım
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

“Uşaqlığımız 60-cı illərə düşür. Sovet dönəmiydi, onda həyat da başqa cür idi. O bağların yeri qumluq, asfaltsız idi. Evlər taxtadan idi, çarhovuzu olurdu. O dövrün öz ləzzəti vardı. Mənə daha çox o bağlar xoş idi. Qumun üstündə ayaqyalın gəzmək başqa şeydir. İndiki bağlarda gərək kostyumda gəzəsən, mənə bü cür ləzzət eləmir”.

Eldar Mansurov deyir, indinin özündə də köhnə ləzzəti yaşamaq istəyəndə əvvəlki kimi bağ evləri olan dostlarıgilə gedir.

“Daha ucuzunu axtarırıq”

Yay mövsümü girəndən bağı olanlar artıq köçüb. İstirahətə başqa ölkələrə, ya da bölgələrə gedə bilməyənlər isə bağ axtarışındadırlar. Nailə Mehdiyeva deyir, iki həftədir bağ evi soraqlaşır:

“Qiymət bahadır. Dənizə yaxın, 3 otaqlı kürsülü evdir, ayını 1000 manata deyir. Mənimçün bahadır. Düzdür, qiymət elə keçən ilki kimidir, ancaq bu il hər şey çox bahalaşdı. Ona görəadam indi daha ucuzunu axtarır”.

Ən ucuzu 400 manat, ən bahası 5 mindən yuxarıdır

“Səyyah.az” saytının redaktoru Əli Əhmədov da deyir ki, bu yay Bakı bağlarına təlabat elə də çox deyil:

Əli Əhmədov da deyir ki, bu yay Bakı bağlarına təlabat elə də çox deyil
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00
Direct-ə keçid

“Əslində bu yay bağlara güclü axın gözləmək olardı. Ancaq gəlirlərin, iqtisadi fəallığın aşağı düşməsi turizm xərclərinə də təsirini göstərir. Ona görə də Bakı bağlarına axın o qədər də güclü olmadı. Bağ sahibləri nisbətən aşağı qiymət təklif eləsəydilər, yaxşı gəlir götürə bilərdilər. Bu yay bağını kirayə vermək istəyənlərin sayı çoxdur. Ancaq qiymət yüksək olduğundan adamların bir hissəsi bundan imtina etməli oldu”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, indi bağ kirayəsində ən aşağı qiymət 400 manat, ən yuxarı isə 5 min və ondan da yuxarıdır:

Ramil Osmanlı deyir ki, indi bağ kirayəsində ən aşağı qiymət 400 manat, ən yuxarı isə 5 min və ondan da yuxarıdır
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

“Kirayə 300-400 manatdan başlayır. 5 min və daha baha olanlar da var. Qiymətlərin dəyişməsi bağın yerləşdiyi ərazidən, şəraitindən asılıdır. Elə bağ var ki, 4 sotluq ərazidə iki otaqlı evdir. Bu evlə 15 sotluq ərazidə yerləşən 1000 kvadratmetrlik 3 mərtəbəli geniş bağ evinin qiyməti, əlbəttə, fərqlənəcək. Ya da deyək ki, Mərdəkan həm inzibati mərkəzdir, həm də infrastrukturu daha yaxşı və maraqlıdır. Mərdəkanda qiymət bahadır. Dini kontingentin çoxluğu, ərazilərin qismən məhdudluğu və digər amillərə görə Nardaranda qiymət daha ucuzdur. Ya da Novxanı ilə Pirşağıdakı bağ evlərinin qiyməti fərqli olur”.

4 otaqlı ev 1500 manata

Şüvəlandakı bağ evini kirayə vermək istəyən Teyyub Məmmədli də deyir ki, bu il müştəri qıtlığı ilə üzləşib. 4 otaqlı bağ evini aya 1500 manata təklif etsə də, hələ gələn yoxdur:

Teyyub Məmmədli də deyir ki, bu il müştəri qıtlığı ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

“Keçən il bu vaxtı bağda adam vardı. Ancaq indi hələ köçən yoxdur. Məncə qiymət baha deyil. 6 sot torpaqda geniş balkonu, böyük otaqları olan evdir. Dənizə də uzağı 5 dəqiqəyə çatırsan. Ancaq müştəri bu il qıtdır”.

Bağa köçən köçüb, ucuz axtaranlar hələ axtarışdadır. Yayın qurtarmasınasa çox qalmayıb.

XS
SM
MD
LG