Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:24

'Gülənin müsahibəsi ANS-i bağlamağa əsas ola bilməz'


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

►Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Milli Teleradio Şurasının ANS televiziyasının yayımını müvəqqəti dayandırmaq barədə qərarını şərh edir.

O deyir ki, düzdür, bir tərəfdən ölkədə telekanalların yayımını dayandırmaq üçün Milli Teleradio Şurasının səlahiyyəti var:

Ələsgər Məmmədli ANS-in yayımının dayandırılması haqda qərarı şərh edir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00
Direct-ə keçid

“Qanunu dəyişdilər, bu hüququ Milli Teleradio Şurasına verdilər. Yəni qurumun yayımı müvəqqəti dayandırmaq kimi səhajiyyəti var”.

Bəs televiziya və ya radio yayımının dayandırılması üçün hansı əsasları olmalıdır?

Ələsgər Məmmədli deyir ki, televiziya və ya radio qurumdan ən azı xəbərdarlıq almalıdır:

“Əslində, o vaxt bu qanun qəbul olunan vaxt da dedik, indi də bir daha vurğulayırıq ki, burda əsassız məqamlar var, heç bir beynəlxalq hüquq tərəfindən dəstəklənmir. Medianın fəaliyyəti Konvensiyanın 10-cu maddəsi, ifadə azadlığı çərçivəsində tənzimlənir. Düzdür, orda dövlətin televiziya, radionu lisenziyalaşdırması nəzərdə tutulub, ancaq bu da qanun çərçivəsində olmalıdır”.

Ələsgər Məmmədli deyir ki, ABŞ-da mühacir həyatı yaşayan və Türkiyədəki dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülənin müsahibəsi indiki halda ANS-in yayımının dayandırılmasına səbəb ola bilməz:

“Amma nəzərə alsaq ki, Azərbaycan hüquq dövləti deyil, məsələyə hüquqi prizmadan baxmaq çətindir”.

"DÜŞÜNÜLMƏMİŞ QƏRAR"

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

“Milli Teleradio Şurasının bu qərarı Azərbaycanda söz azadlığı ilə bağlı problemlərin olduğunu göstərir”.

Tanınmış telejurnalist, televiziya nəzəriyyəçisi Qulu Məhərrəmli AzadlıqRaduosuna deyir.

Onun sözlərinə görə, ANS telekanalı Türkiyə hadisələrini hətta həmin ölkənin mediasından daha peşəkar işıqlandırıb:

Qulu Məhərrəmli: "ANS-lə bağlı qərara düşünülməmiş qərar kimi baxıram"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

“ANS hadisələrə müxtəlif prizmalardan yanaşıb, müxtəlif fikirləri təqdim edib. Hesab edirəm ki, Milli Teleradio Şurası tələsik, düşünülməmiş qərar verib”.

“ANS-İN MÖVQEYİ NORMALDIR”

Qulu Məhərrəmli hesab edir ki, media özü hadisələrə siyasi qərar vermir, ona görə də bir müsahibəyə görə yayımın dayandırılmasını düzgün saymır:

“Türkiyədə Gülənin ünvanına xeyli ittihamlar var. Görünür, Gülənin müsahibəsinin Azərbaycanda yayımlanması kimlərinsə xoşuna gəlməyib, belə bir qərar ortaya çıxıb. Ümid edirəm ki, yayımın dayandırılması müvəqqəti xarakter daşıyacaq”.

Qulu Məhərrəmli deyir ki, mətbuat azadlığına dözümlü yanaşmaq lazımdır. Onun fikrincə, Türkiyə hadisələri ilə bağlı məsələlərə daha çox Türkiyənin Azərbaycandakı yetkililəri dözümsüz yanaşıb, nəinki Azərbaycan hakimiyyəti:

“Ola bilsin ki, Türkiyənin Azərbaycandakı səfirliyi Milli Teleradio Şurasına müraciət edib, onlar da bu müraciətə baxıb belə qərar veriblər. Amma ümumilikdə, Türkiyə hadisələrinə ANS-in mövqeyi plüralizm baxımından çox normaldır. Anlaşılmazlığın tezliklə aradan qaldırılacağını güman edirəm”.

ANS televiziyasının yayaımı dayanır (VİDEO)

ANS televiziyası bağlanır (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

XS
SM
MD
LG