Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Ermənistanın rəsmisi: 'Güzəştdən danışmaq təslimçilik deməkdir'


Shavarsh Kocharian
Shavarsh Kocharian

Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharian-ın sözlərinə görə, "bir tərəfin hansı kompromisə hazır olduğunu heç zaman dilinə gətirmədiyi şəraitdə erməni tərəfinin güzəştlərdən danışması kobud taktik və strateji səhv olardı. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda güzəştlərdən danışmaq təslimçilikdir. Ermənistanda heç bir məmurun bu barədə danışmağa haqqı yoxdur, çünki bu məsələlər Dağlıq Qarabağınsəlahiyyətlərinə daxildir”.

Avqustun 19-daErmənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharianbelə deyib.

“Bakı nə vaxt güzəştlərdən danışsa...”
Nazir müavini danışıqlarda hər hansı irəliləyişin gözə dəymədiyini də vurğulayaraq, sözünə davam edib:

"Buvaxtadək Bakıdan güzəştlər barədə hər hansı bəyanat eşitməmişəm. Bakı nə vaxt güzəştlərdən danışsa, bax onda kompromisdən danışmaq olar. Nə qədər ki orada bu barədə danışmırlar, fikrimcə, belə məsələləri qaldırmaq, ən azı, düzgün deyil".

S. Kocharian-ın sözlərinə görə, kompromislər danışıqları irəlilətməyə lazımdır: "Bir tərəfin hansı kompromislərə hazır olduğunu heç zaman dilinə gətirmədiyi şəraitdə erməni tərəfinin güzəştlərdən danışması kobud taktik və strateji səhv olardı".

***Bunlara da baxın:

Erməni tərəfi məqsədini çox dəqiq ifadə edir?

Nazir müavininin fikrincə, erməni tərəfi məqsədini çox dəqiq ifadə edir və bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və oradakı xalqın güvənliyinə təminat verilməlidir.

Kocharian onu da bildirib ki, Ermənistanın "Dağlıq Qarabağ"ın ərazi bütövlüyündən danışmaq yetkisi yoxdur. Onun sözlərinə görə, nizamlama məsələləri, əsasən, Qarabağ ermənilərinin səlahiyyətlərinə daxildir.

""DQR" danışıqlar prosesinin tamhüquqlu iştirakçısı olmadığından, “proses dayanmasın deyə, Ermənistan danışıqlara qatılır. Ancaq Dağlıq Qarabağın yerinə onun statusu, yaxud ərazi bütövlüyü barədə danışmağa Ermənistanın yetkisi yoxdur" - deyə Ermənistan Xarici İşlər Nazirliyinin təmsilçisi bildirir.

Hər hansı razılaşma əldə edilməyib?

Kocharian Vyanada və Sankt-Peterburqda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı razılaşma əldə edilmədiyini söyləyib. Onun dediyinə görə, hər iki halda atəşkəs rejiminin möhkəmləndirilməsindən söhbət gedib.

Bəzi qeyri-rəsmi mənbələr guya həmin danışıqlarda Dağlıq Qarabağdan kənarda işğal edilmiş rayonların bir hissəsinin guya Azərbaycana qaytarılması məsələsinin müzakirə edildiyini desələr də hələlik tərəflərdən heç birini bunu rəsmən təsdiq etmirlər.

*** Qarabağ mövzusunda bütün yazılarımız burada

1990-cı illərin əvvəllərində Azərbaycanla Ermənistan arasında qanlı müharibə nəticəsində erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında Azərbaycanın daha 7 rayonunu işğal edib. Bu əraziləri işğalda saxlayan erməni rejimi orada müstəqil dövlət yaratdığını iddia edir. Azərbaycan isə heç vaxt öz ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyini bildirir.

Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da tez-tez bir-birini həmin razılaşmanı pozmaqda ittiham edirlər. Atəşkəs razılaşmasından bəri aparılan sülh danışıqları hələlik hər hansı nəticə verməyib.

XS
SM
MD
LG